Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
19-09-2022, 19:42
Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi


Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində sənəd saxtalaşdırmaqda təqsirləndirilərək həbs olunan “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Ələkbərov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, Orxan Ələkbərov pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi dövründə (bölgələrə gediş-gəlişdə məhdudiyyət zamanı) rüşvət müqabilində direktoru olduğu şirkətin adından icazə arayışları verməkdə ittiham olunur. İddia olunur ki, Orxan Ələkbərov 60-80 manata saxta sənədlər əsasında vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, adına saxta əmək müqavilələri tərtib edib. 33 yaşlı Orxan Ələkbərov 2020-ci ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.
19-09-2022, 19:40
Azərbaycan Fransaya nota verdi


Azərbaycan Fransaya nota verdi

19 sentyabr 2022-ci il tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib. Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib. Həmçinin, diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.
19-09-2022, 19:38
Sərhəddəki atışmada 41 tacik ölüb


Sərhəddəki atışmada 41 tacik ölüb

Tacikistanın xarici işlər naziri Sodik İmomi sərhəddəki hadisələrlə bağlı brifinq keçirib. Butov.az xəbər verir ki, XİN başçısı brifinqdə Qırğızıstanla sərhəddə baş verən toqquşmada həyatını itirənlərin sayını açıqlayıb. "Qırğızıstanın aqressiv hərəkətləri nəticəsində hazırda 41 nəfərin öldüyünü təsdiqləyə bilərik", - nazir deyib. Qırğızıstan tərəfindən isə ötən gün ölənlərin sayının 60 nəfər olduğu açıqlanmışdı.
19-09-2022, 19:34
“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” - Deputat


“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” - Deputat

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb. Bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb. Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir: “Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”. Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır: “Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”.
19-09-2022, 19:32
İran şahının arvadı: “Tehran gənc qızın ölümünə görə cavab verməlidir”


İran şahının arvadı: “Tehran gənc qızın ölümünə görə cavab verməlidir”

İranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmin adlı qızın ölümü xaricdə yaşayan iranlıları hiddətləndirib. Hadisə həm də İran daxilində etirazlara səbəb olub. Butov.az xəbər verir ki, İranın devrilmiş şahının həyat yoldaşı, “Şahbanu” titullu Fərəh Pəhləvi hadisəni qınayan açıqlama yayıb. “Mehsa Əmin adlı gənc qız İran hakimiyyətinin əlində faciəli şəkildə həyatını itirdi. Bir iranlı ana olaraq bu böyük və acı faciəyə görə Mehsanın valideynlərinə və sağ qalanlarına ürəkdən başsağlığı verirəm.
Rejimin qadınları sıxışdırmaq üçün bütün səylərinə baxmayaraq, onların azadlıq uğrunda yorulmaz mübarizələri tərifə və təqdirəlayiqdir”. Qeyd edək ki, Fərəh Pəhləvidən əvvəl oğlu Reza Pəhləvi də Mehsa Əminin ölümünə görə İran rejiminin cavab verməli olduğunu bildirmişdi.
19-09-2022, 19:28
Azad edilən ərazilərdə daha 201 mina aşkarlanıb


Azad edilən ərazilərdə daha 201 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 58, tank əleyhinə 143 mina və 98 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 563 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
19-09-2022, 19:15
“Düşmənin postuna girəndə üstümüzə 3 qumbara atdılar”


“Düşmənin postuna girəndə üstümüzə 3 qumbara atdılar”

Xəbər verdiyimiz kimi, 12-14 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Butov.az XəzərXəbər-in yaralı hərbçilərimizin müalicə aldığı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından hazırladığı süjeti təqdim edir:

19-09-2022, 19:12
Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi


Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi

Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: "Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
19-09-2022, 19:10
Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra intihar edib


Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra intihar edib

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar. Butov.az xəbər verir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub. M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.
19-09-2022, 19:07
Azərbaycanla İsrail arasında yeni saziş imzalanacaq


Azərbaycanla İsrail arasında yeni saziş imzalanacaq

"Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Butov.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının günədliyinə daxil edilib. Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib. Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir. Həmçinin, Sazişə əsasən bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!