Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
21-09-2022, 20:23
Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir


Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir

Tacikistan tərəfi Qırğızıstanla sərhəddə iki dəfə atəş açıb. Hazırda vəziyyət gərgin olaraq xarakterizə olunur. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti məlumat yayıb. "Atışma Qırğızıstanın Batken rayonunun Dostuk kəndi istiqamətində baş verib”, - məlumatda deyilir. Qeyd edək ki, bir neçə gün öncə Tacikistan-Qırğızıstan sərhədində silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində hər iki tərəf ağır itkilər verib. Daha sonra atəşkəs rasılaşması əldə olunub.
21-09-2022, 20:12
NATO və ABŞ-dan Putinin nüvə hədəsinə cavab


NATO və ABŞ-dan Putinin nüvə hədəsinə cavab

"Rusiyanın təhdidlərinə uyğun olaraq cavab verəcəyik". Bunu NATO Baş katibi Yens Stoltenberq Rusiya prezidentinin nüvə təhdidinə münasibət bildirərkən deyib. "Putinin çıxışı bizim üçün gözlənilən idi. Təbii ki, buna hazırlaşırdıq. Eyni zamanda, Ukraynaya yardımı davam etdirəcəyik", - deyə NATO rəhbəri vurğulayıb. Bundan əlavə, rəsmi Vaşinqton da prezident Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı xəbərdarlığına reaksiya verib. “Biz təhdidi ciddi qəbul edirik. Ehtiyac yaranarsa, onlara cavab verəcəyik", - rəsmi açıqlamada deyilir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 20:08
Şarl Mişel Putinin səfərbərlik qərarını şərh etdi


Şarl Mişel Putinin səfərbərlik qərarını şərh etdi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən hərbi səfərbərlik keçirmək barədə bəyanatını şərh edib. Butov.az xəbər verir ki, Şarl Mişel tvitter-də yazıb: "Kreml səfərbərliyi Beynəlxalq Sülh günündə və BMT Baş Assambleyasında ölkələrin əməkdaşlıq, təhlükəsizlik və firavanlıq yollarını tapmağa çalışdığı bir vaxtda elan edib". Ş.Mişelin sözlərinə görə, Avropa Şurasının Ukraynaya dəstəyi dəyişməzdir.
21-09-2022, 20:04
Rusiya prezidenti etiraf etdi


Rusiya prezidenti etiraf etdi

"Xarici tərəfdaşların Rusiyadan getməsi iqtisadiyyata mənfi təsir göstərə bilər". Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Lakin indiyə qədər iqtisadiyyatda demək olar ki, heç bir axsama baş verməyib",- deyə dövlət başçısı vurğulayıb.
21-09-2022, 20:02
Əvəz Zeynallı həbsdə qaldı


Əvəz Zeynallı həbsdə qaldı

Rüşvət almaqda təqsirləndirilərək saxlanılan "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallının ev dustaqlığına buraxılmasına dair vəsatətə baxılıb. Butov.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməyib. Qərara əsasən Ə.Zeynallı ev dustaqlığına buraxılmayıb. Xatırladaq ki, "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadıqovla birgə həbs olunmuşdu. Rəsmi məlumatda bildirilib ki, aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra vəkil Elçin Sadıqov apellyasiya şikayəti verib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayət qismən təmin edilib. Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib.
21-09-2022, 20:00
Vaksin vurulanların sayı 14 milyona çatır


Vaksin vurulanların sayı 14 milyona çatır

Azərbaycanda son gündə koronavirus əleyhinə 833 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 183, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 448, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 883 429 təşkil edir.

21-09-2022, 19:52
Daha 251 yoluxma - 4 nəfər öldü


Daha 251 yoluxma - 4 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 476 nəfərdir. Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.

21-09-2022, 19:50
Vətəndaşlardan pul yığan "Şəhid bacısı" tutuldu


Vətəndaşlardan pul yığan "Şəhid bacısı" tutuldu

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında fake profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib: "O törətdiyi əməli etiraf edib. Hazırda araşdırmalar davam etdirilir".
21-09-2022, 19:32
İranda internet məhdudlaşdırılacaq


İranda internet məhdudlaşdırılacaq

İranda internetdən istifadəyə məhdudlaşdırılacaq. Butov.az xəbər verir ki, hazırda hökumət rəsmiləri məsələ ilə bağlı müzakirə aparırlar. Qeyd olunub ki, bu addım ölkədə son günlər baş verən etiraz aksiyalarının sosial şəbəkələrdə daha da geniş yayılmaması üçün atılacaq. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.
21-09-2022, 19:30
Tokayev növbədənkənar seçkilərin tarixini təyin etdi


Tokayev növbədənkənar seçkilərin tarixini təyin etdi

Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb. Butov.az xəbər verir ki, fərmana əsasən, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-də keçiriləcək. Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin təşkilini və keçirilməsini təmin etmək tapşırılıb. Hökumət növbədənkənar prezident seçkilərinin təşkilati, maddi-texniki və maliyyə təminatı üçün lazımi tədbirlər görməlidir. Qazaxıstanda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!