“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
21-09-2022, 18:55
"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu


"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu

"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb. Butov.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb. 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb. Miçel Qonsales 1982-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013-2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib. Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
21-09-2022, 18:53
Qazi övladına kobud davranan direktor cəzalandırıldı


Qazi övladına kobud davranan direktor cəzalandırıldı

Vətən Müharibəsinin iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılıb. İdarədən verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.
Qeyd edək ki, sentyabrın 19-da BŞTİ rəhbərliyi qazi polkovnik Elşən Umarovla görüşüb və övladının təhsili üçün yaradılmış şəraitlə bağlı söhbət aparılıb. "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda deyilir.
21-09-2022, 18:51
Vilayət Eyvazov məşhur idmançını yeni vəzifəyə təyin etdi


Vilayət Eyvazov məşhur idmançını yeni vəzifəyə təyin etdi

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova DİN-də yüksək vəzifə verilib. Butov.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Eduard Məmmədov DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Məşhur idmançı məlumatı təsdiqləyib. "Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm. Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm", - deyə E.Məmmədov feysbuk hesabında yazıb.
21-09-2022, 18:47
Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdi


Makron Ermənistan-Azərbaycan münasibətlərindən bəhs etdi

Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Dövlət Müstəqilliyi günü münasibətilə təbrik məktubu göndərib. Butov.az xəbər verir ki, Makronun təbrik mesajında ermənilər və fransızlar dost xalqlar adlandırılıb. Makron deyib ki, Ermənistan Fransanın tam dəstəyinə arxalana bilər. “Fransa regionunuzda sabitlik, sülh və rifah naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, xalqlarımızın mənafeyi naminə mənim şəxsi dəstəyimə arxalana bilərsiniz”,- deyə Makron vurğulayıb.
21-09-2022, 18:43
Putinin nüvə hədəsinə Londondan cavab gəldi


Putinin nüvə hədəsinə Londondan cavab gəldi

Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğurur və onun hədələri ciddi qarşılanmalıdır. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan deyib. “Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”, - Britaniya rəsmisi Putinin çıxışına cavab olaraq bildirib. Onun sözlərinə görə, Rusiya tərəfindən belə təhdidlər dəfələrlə olub. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahlı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.
21-09-2022, 18:40
Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb


Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb

Ermənistanda döyüşlər zamanı ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar. Butov.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər. “Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular”, - deyə etirazçılardan biri söyləyib. Qeyd edək ki, ötən gün Ermənistanda ölən hərbçilərin yaxınları ilə polis əməkdaşları arasında qarşıdurma yanaşıb.



21-09-2022, 18:38
İtkilərimiz çoxdur - Peqovdan Şoyquya etiraz


İtkilərimiz çoxdur - Peqovdan Şoyquya etiraz

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın müharibədə 61 207 hərbçi itirdiyini, Rusiya tərəfindən isə 5937 nəfərin həlak olduğunu açıqlayıb. Butov.az xəbər verir ki, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov "Telegram" kanalında Şoyqunun bu açıqlamasına etiraz edib. Şoyqu Rusiyanın müharibədəki real itkilərinin açıqlanan rəqəmdən daha çox olduğunu iddia edib. “Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - Peqov bildirib.
21-09-2022, 18:35
Ruslar səfərbərliyə qarşı etirazlara başlayır


Ruslar səfərbərliyə qarşı etirazlara başlayır

Rusiyada müharibə əleyhinə genişmiqyaslı aksiyalar başlayır. Bu barədə Rusiya mediası məlumat yayıb. Aksiya təşkilatçıları vətəndaşları etirazlara qoşulmağa səsləyiblər. Məlumata görə, bu gün Moskva vaxtı ilə saat 19:00-da bir çox şəhərlərin mərkəzində etirazlar başlayacaq. Aksiya iştirakçıları Rusiya Prezidenti Vladimir Putini ölkədə səfərbərlik elan edilməsi ilə bağlı qərarı ləğv etməyə çağırıblar: "Atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin qurbanı olacaq. Bu kimə lazımdır? Putinin maraqlarına görə uşaqlarımız ölür". Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
21-09-2022, 18:33
Deputat onlara şəhid statusunun verilməsini təklif etdi


Deputat onlara şəhid statusunun verilməsini təklif etdi

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib. Butov.az-ın məlumatına görə, deputat komitənin bugünkü iclasnda çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb. O, təkliflərini Milli Məclisə təqdim etdiyini bildirib: “Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu, mənim təklifimdir və çox həssas məsələdir”.
21-09-2022, 18:31
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı


"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı

“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb. Butov.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!