22-09-2022, 22:37
Zelenski Səudiyyə kralına təşəkkür etdi
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə “Al Arabiya” məlumat yayıb .Zelenski Səudiyyə şahzadəsinə hərbi əsirlərin mübadiləsində göstərdiyi səylərə görə minnətdarlığını bildirib və krallığın bu prosesdə əsas rolunu qeyd edib. Salman Əl Səud ölkəsinin Ukrayna münaqişəsinin bütün tərəfləri arasında vasitəçi kimi səy göstərməyə hazır olduğunu bəyan edib. Zelenski Ukraynanın enerji təhlükəsizliyi, müharibədən sonrakı yenidənqurma və birgə investisiya layihələrini də müzakirə etdiklərini açıqlayıb. Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi sentyabrın 21-də baş tutub. Rusiya 55 nəfəri, o cümlədən Vladimir Putinin xaç atası adlandırılan Viktor Medvedçuku geri qaytarıb. Ukrayna tərəfi 215 hərbi qulluqçu, o cümlədən Azov alayının döyüşçülərini qəbul edib.
22-09-2022, 22:35
“Həyat bahalaşıb, soydaşlarımız çətin vəziyyətdədir” - MakronPrezident Emmanuel Makron cümə axşamı bildirib ki, Fransada ərzaq və elektrik enerjisinin qiymətləri artıb, yaşayış minimumu qalxıb. Makron bunu BFMTV-yə müsahibəsində bildirib. "Həyat bahalaşıb, ona görə də soydaşlarımız çətin vəziyyətdədir. Ərzaq, enerji və s. qiymətləri artırmışıq. Əhalini qorumaq üçün tədbirlər görmüşük... Və hər kəs üzərinə düşəni etsə, bu qışdan sağ çıxa bilərik”. Prezident deyib ki, bu yay Fransa hökuməti qarşıdan gələn qışda qıtlığın qarşısını almaq üçün elektrik enerjisi istehlakını 10% azaltmaq məqsədi ilə "enerji ehtiyatlılığı" proqramına başlayıb. O, hökuməti və şirkətləri enerji istehlakını azaltmaq üçün konkret planlar təqdim etməyə çağırıb.
22-09-2022, 22:31
Rusiyada saxlanılan etirazçılara çağırış vərəqələri verildi
Ötən gün Rusiyanın bir neçə şəhərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.
Butov.az xəbər verir ki, aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb. Yerli KİV-in məlumatına görə, Moskva və Voronej şəhərlərində aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib. Bildirilir ki, saxlanılanlardan biri çağırış vərəqəsini imzalamaqdan imtina etdiyinə görə, onu cinayət işi ilə hədələyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məsələyə belə münasibət bildirib: “Mitinqlərdə vətəndaşa orduya çağırış vərəqələrinin verilməsi praktikası qanuna zidd deyil”. Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərlik tədbirlərinin keçirilməsi haqqında fərman artıq Kremlin saytında dərc olunub. Daha sonra müdafiə naziri Sergey Şoyqu döyüş təcrübəsi olan, hərbi ixtisaslara malik rusların ehtiyatdan çağırılacağını bildirib. O, təxminən 300 min nəfərəin səfərbər olunacağını qeyd edib.
22-09-2022, 22:29
Laçın şəhərində məktəb tikiləcək - 800 min manat ayrıldıPrezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
22-09-2022, 22:28
İki qurum arasında müqavilə imzalanıbQovlar Şəhər Bələdiyyəsi ilə Müvəkkil Hüquq Mərkəzi arasında müqavilə bağlanıb.Bu barədə
Butov.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.
S.Vəkilov bildirib ki, Qovlar Şəhər Bələdiyyəsi ilə aramızda bağlanan müqaviləyə hüquqi xidmətlərin göstərilməsi, o cümlədən Azərbaycan Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təmsilçilik, beynəlxalq əlaqələrin qurulması daxildir.
Müqaviləni Qovlar Bələdiyyəsinin sədri Rövşən Əsgərov və “Müvəkkil Hüquq Mərkəzi” sədri Səməd Vəkilov imzalayıblar.
22-09-2022, 22:27
Azərbaycan Avropaya qaz tədarükünü 40 faiz artırırAzərbaycan Avropaya qaz tədarükünü 40 faiz artıracaq. Bunu energetika naziri Pərviz Şahbazov Rumıniya Beynəlxalq Qaz Konfransında deyib. "Əgər keçən il tədarükün həcmi 8,2 milyard kubmetr təşkil edirdisə, bu il tədarük 40 faiz artaraq, demək olar ki, 11,5 milyard kubmetrə çatacaq. Bu o deməkdir ki, biz təbii qazın nəqlini təmin etmək üçün mümkün olan hər şeyi edirik", - nazir çıxışında bildirib.
22-09-2022, 22:25
Prezident BDYPİ ilə bağlı fərman imzaladı“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir. Daxili İşlər Nazirliyi bu Fərmanda nəzərdə tutulan informasiya sisteminin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Bu Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə əlavə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin fəaliyyətində iştirak edən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda qeyd olunan dövlət orqanları (qurumları) həmin Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görməli, Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi”nin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görməlidirlər. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
22-09-2022, 22:21
Qaz kəmərini partlatmaq istəyən şəxs saxlanıldı
Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (CSP) Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti tərəfindən Türkiyə və Avropanı enerji ilə təmin edən qaz kəmərində terror aktının qarşısının alındığını elan edib. Bu barədə TASS məlumat yayıb. “Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksinin obyektində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb”, - deyə məlumatda bildirilir. Qeyd olunub ki, planlaşdırılmış terror aktını törədən şəxs anbardan iki yüksək güclü əldəqayırma partlayıcı qurğunun götürülməsi zamanı saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşıdır, SBU tərəfindən Ukraynada işə götürülüb. Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanlarının şərikləri olan Rusiya Federasiyasının dörd vətəndaşı da saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
22-09-2022, 22:18
Peskov oğluyla bağlı yayılan videodan danışdı“Oğlum Nikolay ilə özünü hərbi komissarlıq və nəzarət orqanının əməkdaşı kimi təqdim edən məhkum Aleksey Navalnının şəriki Dmitri Nizovtsev arasında söhbətdən xəbərim var. Mən söhbətin tam mətni ilə tanışam. Onlar söhbəti tam yayımlamayıblar”. Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin oğluyla bağlı yayılan video barədə sualına cavab verərkən deyib. "Yox, əlavə nəsə deməyəcəm. Bu mənim oğlumla bağlıdır, ona görə də, məcbur deyiləm",- deyə Peskov jurnalistlərə əlavə məlumat verməkdən çəkinib. "Populyar siyasət" internet kanalının aparıcısı Dmitri Nizovtsev kanalın Rusiyada hərbi səfərbərliyə həsr olunmuş yayımı zamanı efirdə Peskovun oğluna zəng vurub. Özünü hərbi komissarlığın nümayəndəsi kimi təqdim edən aparıcı Nikolay Peskova çağırış vərəqəsi göndərildiyini deyərək, onu səhər saat 10-da Moskva Hərbi Komissarlığında tibbi müayinədən keçməyə dəvət edib. “Bu gün sizə çağırış vərəqəsi göndərilib, orada nömrə verilib, siz o nömrəyə zəng etməli idiniz. Əvvəla siz niyə zəng etmədiniz, ikinci də biz saat 10:00-da gözləyəcəyik, siz komissarlığa gələ biləcəksinizmi”, - deyə jurnalist soruşub. “Əlbəttə ki, saat 10:00-da gəlməyəcəm. Bilirsiniz ki, mən cənab Peskovam, ora getməyimin nə qədər düzgün olduğunu başa düşməlisiniz. Bir sözlə, mən buna başqa cür cavab verəcəm”, - deyə Peskovun oğlu cavab verib. Söhbətin sonunda Nizovtsev sorğu vərəqəsində Peskovun oğlunun adının qarşısına könüllü olaraq cəbhəyə getməyə razılıq verdiyini bildirən işarə qeyd etməyin mümkün olub-olmadığını soruşduqda isə N. Peskov belə cavab verib: “Xeyr, mənə belə işarə qoymağa ehtiyac yoxdur".
22-09-2022, 22:15
Xaricdən ölkəyə maşın gətirənlərin nəzərinə
Gömrük rəsmiləşdirilməsindən keçərək ölkəyə gətirilmiş nəqliyyat vasitələri barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil ediləcək.
Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumat, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı, həmçinin sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdiyi şəxs barədə müvafiq məlumatlar da sistemə daxil ediləcək.