İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Baş prokuror Çinə səfər edib .....                       
22-09-2022, 22:11
Aktrisa Fərqanə Quliyeva vəfat etdi


Aktrisa Fərqanə Quliyeva vəfat etdi

Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib. O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib. Allah rəhmət eləsin!
22-09-2022, 22:08
Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı


Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb. Butov.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko Morlakki, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber, 19. David Dyuriş, 20. Kristian Herts
Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
22-09-2022, 22:05
KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi


KTMT Baş katibi Azərbaycanla sərhədə gəldi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə baş çəkib. Bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib. Onun sözlərinə görə, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib. Zas orada yerli rəsmilər və hərbçilərlə görüşüb. Səfərin digər detalları hələlik məlum deyil.
22-09-2022, 22:01
Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi


Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. Butov.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib. Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
22-09-2022, 21:58
Rusiya kanadalı məmurlara “stop” qoydu


Rusiya kanadalı məmurlara “stop” qoydu

Rusiya 87 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, siyahıda ölkənin ştat və ərazilərinin rəhbərləri, hərbçilər, Kiyevi silah və texnologiyalarla təchiz edən şirkətlərin rəhbərləri, ölkə fəalları yer alıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Rusiya bu qadağanı Kanadanın sanksiyalarına cavab olaraq tətbiq edib.
22-09-2022, 21:54
Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video


Şabranda qəzaya düşənlər fəhlələr imiş - Hadisə yerindən video

Bu gün Şabran rayonunun Aygünlü kəndi ərazisində ağır yol qəzası baş verib. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Butov.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər meyvə bağlarında çalışan fəhlələr olub. Onlar Quba rayonundan qayıdarkən mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəzaya düşənlərdən bəziləri qadınlardır. Hadisə zamanı xəsarət alan şəxslər Şabran rayon sakinləridir. Qeyd edək ki, qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib. Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

22-09-2022, 21:51
Maşın nömrələri elektron qaydada veriləcək


Maşın nömrələri elektron qaydada veriləcək

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.
22-09-2022, 21:48
İrandakı aksiyalarda ölənlərin sayı 30-u keçib


İrandakı aksiyalarda ölənlərin sayı 30-u keçib

“Iran Human Rights” qeyri-hökumət təşkilatı ölkədə davam edən etiraz aksiyaları zamanı ölənlərin sayını açıqlayıb. Butov.az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, İranda 6 gündür davam edən aksiyalarda azı 31 nəfər həlak olub. Ölü sayının artacağı istisna edilmir.
22-09-2022, 21:43
Sürücülük imtahanları ilə bağlı yenilik


Sürücülük imtahanları ilə bağlı yenilik

Nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək. Butov.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb. Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.
22-09-2022, 21:29
Daşqınlar böyük faciəyə səbəb oldu - 324 nəfər ölüb


Daşqınlar böyük faciəyə səbəb oldu - 324 nəfər ölüb

Cari ilin iyulun 1-dən Pakistanın Sind əyalətində baş verən daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər həyatını itirib. Butov.az xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər. Daşqınlar səbəbindən əyalətdə evlərindən didərgin düşmüş 500 mindən çox insan düşərgələrdə yaşamağa davam edir. Daşqınlardan sonra bir çox şəhər və rayonlarda sular hələ də çəkilməyib. Mövcud vəziyyət əhalinin xəstəxanalara çıxışına mənfi təsir göstərir, tibbi ləvazimat və dərman vasitələri ilə təminatda problemlər yaradır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!