Ermənistanın baş prokuroru Artur Davtyan dövlətə xəyanətə görə edam hökmünün tətbiq olunmasını təklif edib. Bu barədə “News.am” saytı məlumat yayıb. Baş prokurorun sözlərinə görə, təhlükəsizliyə qarşı ən ağır cinayət vətənə xəyanətdir. "Ermənistan vətəndaşlarını casusluğa və kəşfiyyat şəbəkələrinə cəlb etmək, müasir texnologiyalardan istifadə, xüsusilə də regionda mövcud təhlükəsizlik çağırışları fonunda cinayət-hüquqi mübarizənin gücləndirilməsi məsələsini ortaya qoyur", - deyən Artur Davtyan vurğulayıb ki, cinayətkarlıq və cəza siyasətinin sərtləşdirilməsi prioritet məsələdir. "Vətənə xəyanətin ifrat təzahürləri qeydə alınır. Prokurorluq problemin vacibliyini nəzərə alaraq, Ermənistanın bu sahədə beynəlxalq öhdəliklərinin əhatə dairəsini öyrənib və müəyyən edib ki, ölkəmizin ölüm cəzasına mütləq qadağa qoyulması ilə bağlı birbaşa beynəlxalq hüquqi öhdəliyi yoxdur”, - deyə baş prokuror vurğulayıb.
Sərhəd pozucuları saxlanılıb - 22 nəfəri əcnəbidir
Dövlət Sərhəd Xidməti tərəfindən 2022-ci ilin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 67 nəfər saxlanılıb, оnlardan 45 nəfəri Azərbaycan Rеspublikası, 1 Şri-Lanka, 1 Türkiyə, 1 Banqladeş, 7 Hindistan, 5 İran İslam Respublikası, 2 Özbəkistan, 5 Pakistan vətəndaşları оlublar. Etibarlı sərhəd nəzarətinin təşkili, qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 31 halda dövlət sərhədini saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə keçməyə cəhd göstərmiş 35 nəfər saxlanılıblar. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 673 halda 729 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 237 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 537 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 17 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb. Dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirləri çərçivəsində 2 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Qaçaqmalçılıqla mübarizə fəaliyyətləri nəticəsində ümumi dəyəri təqribən 3 milyon 405 min 367 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, zinət əşyaları və spirtli içkilər saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
Sülhməramlıların bütün postları Laçından götürülüb
Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb. Hazırda Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir. Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
"Rusiyanın Ukraynadakı fəaliyyətlərini dəstəkləyirəm". Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko onlayn tarix dərsində iştirakı zamanı deyib. "Rusiya itirə bilməz, Rusiya Ukraynada məğlub ola bilməz. Həm mən, həm də bir çox belaruslular bu baxımdan Rusiyanı dəstəkləyirik", - deyə Lukaşenko Ukrayna müharibəsində Moskvanın tərəfində olduğunu növbəti dəfə bəyan edib.
ABŞ-ın Missisipi ştatının Cekson şəhərində su böhranı yaşanır. Butov.az xəbər verir ki, sutəmizləyici qurğular güclü yağış və daşqınlardan sonra sıradan çıxıb. Bununla əlaqədar olaraq, ABŞ prezidenti Co Bayden şəhərdə fövqəladə vəziyyət elan edib. Son məlumata görə, şəhərdə 150 mindən çox insan susuz qalıb.
Rusiya lideri Vladimir Putin SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin hazırda Kalininqradda olduğunu, səfərdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını deyib. “Kalinqrada yola düşməzdən əvvəl prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, vida və dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", - deyə Kremlin sözçüsü qeyd edib.
Müdafiə Nazirliyi Laçın rayonunun Sus kəndindən yeni videogörüntülər yayıb. Butov.az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Avropa İttifaqının (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dondurmaq qərarı digər absurd qərarları kimi gülünc səslənir. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Qərar ruslar üçün pisdir, çünki viza almaq daha uzun və çətin olacaq. Amma təbii ki, bu razılaşmanın geri çəkilməsi həm də avropalılar üçün vəziyyəti çətinləşdirəcək. Ona görə də bu, sadəcə digər absurd qərarlardan əlavə daha gülünc qərardır”, - Kreml sözçüsü Avropa İttifaqının viza ilə bağlı qərarını şərh edərkən deyib.
İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır - Prezident
Bugünkü mərasim Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında keçirilir. Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. Bu barədə Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında bildirib. “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”, - deyə dövlət başçısı vurğulayıb.