26-09-2022, 19:56
Sərhədlərin bağlanması müzakirə olunmur - PeskovHazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik fonunda sərhədlərin bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. "Hazırda bu məsələ ilə bağlı qərar yoxdur", deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən sonra rusiyalılar müharibəyə etiraz olaraq ölkəni tərk edirlər.
26-09-2022, 19:53
Kəlbəcərdə növbəti erməni təxribatıAzərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
26-09-2022, 19:46
Azad edilən ərazilərdə daha 190 mina aşkarlandıAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
26-09-2022, 19:44
Həbs olunmuş jurnalistin adı reyestrə salınmayacaqAğır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilən jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək. Bununla bağlı məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Bildirilib ki, habelə jurnalistlərin məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək. Qeyd edək ki, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunan hallar müəyyənləşib.
26-09-2022, 19:42
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcəkAli təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək.
Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb. Qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək.
26-09-2022, 19:39
Yoluxma kəskin azaldı - Ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 1282 aktiv xəstə var. Bu günə qədər 9903 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1973, ümumilikdə isə 7 238 737 test icra olunub.
26-09-2022, 19:36
Temperatur yenidən yüksələcək - Rekord göstəriciBu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb. G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib. Xidmət rəsmisi qeyd edib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək:“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.
26-09-2022, 19:32
Putin və Zelenskini görüşdürməyi hədəfləyirik - ƏrdoğanTürkiyə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini görüşdürmək niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Hədəfimiz Rusiya və Ukrayna liderlərini ən qısa zamanda bir araya gətirərək müharibəni dayandırmaqdır”, - Ərdoğan deyib. O qeyd edib ki, Türkiyədə imzalanan saziş çərçivəsində Ukrayna limanlarından 5 milyon tondan çox taxıl göndərilib. Türkiyə lideri Rusiya və Ukrayna arasında əsir mübadiləsinə də dəstək verildiyini vurğulayıb.
26-09-2022, 19:29
Türkiyə ABŞ və Yunanıstana nota verdiYunanıstanın Türkiyədəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Türkiyə XİN rəsmi məlumat yayıb. Bildirilib ki, buna səbəb Yunanıstanın Midilli və Saqqız adalarına ABŞ-ın tədarük etdiyi zirehli texnikanı yerləşdirməsi olub. Səfirdən Yunanıstanın bu hərəkətlərinə son verməsi tələb olunub. Eyni zamanda Türkiyə ABŞ-a da nota verib. Türkiyə notasında Şərqi Egey dənizindəki adaların statusuna hörmətlə yanaşmağı və statusun pozulmasına görə silah istifadəsinin qarşısını almaq üçün tədbirlər görməsini tələb edib.
26-09-2022, 19:26
Robert Köçəryan mətbuat konfransı keçirəcəkErmənistanın ikinci prezidenti, Xocalı soyqırımının müəlliflərindən biri Robert Köçəryan mətbuat konfransına hazırlaşır.
Butov.az “Hraparak”a istinadən xəbər verir ki, Köçəryan sentyabrın 28-də jurnalistlərin önünə çıxacaq. Eks-prezidentin ötən həftə sabiq dövlət başçıları Levon Ter-Petrosyan və Serj Sarkisyanla görüşün nəticələrindən danışacağı gözlənilir. Qeyd edək ki, həmin görüş bütün ermənilərin katalikosu II Qareginin vasitəçiliyilə baş tutmuşdu. Görüşdə sabiqlər Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmağın və baş nazir Nikol Paşinyanı devirməyin yollarını müzakirə ediblər. Ermənistan KİV-lərində yer alan xəbərlərə görə, Robert Köçəryanın yenidən prezident postuna iddia etməsi Levon Ter-Petrosyanı narazı salıb. Ter-Petrosyanın “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsini istəmədiyi vurğulanır.