TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
25-09-2022, 17:32
Millimiz bu gün son oyununa çıxacaq


Millimiz bu gün son oyununa çıxacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Butov.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək."Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq. Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur


20:00. Azərbaycan - Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, "Dalğa Arena" stadionu
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.
25-09-2022, 17:28
Odessaya dronlarla hücum edildi


Odessaya dronlarla hücum edildi

Ukraynanın Odessa şəhəri dron-kamikadzelərin hücumuna məruz qalıb. Bu barədə Cənub Operativ Komandanlığı məlumat yayıb. "Odessa yenidən düşmən PUA-ların hücumuna məruz qalıb. Şəhərin mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - məlumatda bildirilib. Qeyd olunub ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.
25-09-2022, 17:21
İranda “Skype” bloklandı


İranda “Skype” bloklandı

İranın müxtəlif şəhərlərində hökumət əleyhinə keçirilən ümumxalq nümayişlərindən sonra bu ölkədə Skype platformasının bloklanmasına qərar verilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bundan əvvəl İran hökuməti kütləvi etirazların qarşısını almaq məqsədilə “WhatsApp” və “İnstagram”a girişi bloklayıb.
25-09-2022, 17:19
Orbitə daha 52 peyk çıxarıldı


Orbitə daha 52 peyk çıxarıldı

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. Butov.az xəbər verir ki, daşıyıcı raket şənbə günü ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:32-də Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürüb. Kompaniyanın məlumatına görə, yerətrafı orbitə daha 52 mini-peyk çıxarılıb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 62-cü qrupudur və onların ümumi sayı 3,3 mini ötüb. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, layihənin reallaşdırılması 10 milyard dollara başa gələcək. Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır.
25-09-2022, 17:14
Ərdoğandan Azərbaycanla bağlı nəyi xahiş ediblər


Ərdoğandan Azərbaycanla bağlı nəyi xahiş ediblər

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Prezident Rəcəb Tayyib Ərdoğandan xarici səfərlərdə Azərbaycanla bağlı xahişlərin edildiyini deyib. Butov.az xəbər verir ki, Vahit Kirişçi Prezident Ərdoğanı bir sıra xarici səfərlərdə müşayiət etdiyini vurğulayaraq, bəzi dövlətlərin rəsmilərinin onlardan öz ölkələri ilə bağlı xahişlər etdiklərini diqqətə çatdırıb. “Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar - deyirlər”, - deyə türkiyəli nazir qeyd edib.
25-09-2022, 17:08
Çavuşoğlu: Ermənistanı cəsarətləndirmək lazımdır


Çavuşoğlu: Ermənistanı cəsarətləndirmək lazımdır

“Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik”. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Angelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən danışan Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır. «Təəssüf ki, sayları az olan ABŞ-dakı erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki, onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var, bu fürsəti dəyərləndirməsi lazımdır», - deyə Türkiyə XİN rəhbəri vurğulayıb.
25-09-2022, 17:01
Ukraynalılar ruslardan gürcülərin intiqamını aldı


Ukraynalılar ruslardan gürcülərin intiqamını aldı

"2008-ci ildə Gürcüstana daxil olan 58-ci ordu ukraynalılar tərəfindən tamamilə məhv edilib və Rusiya rəhbərliyi onun buraxıldığını elan edib". Bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabı vasitəsilə paylaşım edib. Onun sözlərinə görə, rus hərbi dəstələri Moskvadan geri çəkilmək əmri istəyir. “Hətta Xerson olmasa belə, rus qruplaşması praktiki olaraq parçalanıb və Moskvadan geri çəkilmək üçün əmr istəyir. Buna baxmayaraq, Putinin sona qədər dayanmaq əmri var. Bu istər-istəməz minlərlə şəxsin, həmçinin texnikanın ələ keçirilməsinə və Rusiyanın Xarkovdan daha geniş miqyaslı məğlubiyyətinə gətirib çıxaracaq”, - deyə Saakaşvili qeyd edib.
25-09-2022, 16:58
İranın DİN rəhbəri etirazçıları həbslə hədələdi


İranın DİN rəhbəri etirazçıları həbslə hədələdi

İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək. Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib. "Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar", - nazir deyib. İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. O deyib ki, tibbi rəyə əsasən, qız döyülməyib və kəllə sümüyünün sınığı aşkar edilməyib.
25-09-2022, 16:55
Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi


Yaponiya Şimali Koreyaya qarşı müdafiəsini gücləndirdi

Şimali Koreyanın sonuncu raket sınağından sonra Yaponiyanın özünü müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida əmr imzalayıb. Bildirilir ki, baş nazir Şimali Koreyanın sentyabrın 25-də həyata keçirdiyi növbəti raket sınağı ilə bağlı əlaqədar nazirlik və idarələrə gözlənilməz hallarla əlaqədar hazırlıq barədə xüsusi göstəriş verib. Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı əlaqədar nazirliklərə və idarələrə üç əsas tapşırıq verib. Həmin tapşırıqlar gəmiçiliyin və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, əhaliyə vəziyyətlə əlaqədar operativ və düzgün informasiyanı çatdırmaq və gözlənilməz vəziyyətə hazır olmaqdır. Baş nazirin ofisində operativ məlumatın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb. Yaponiya Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra ərazidəki gəmilərə ziyan dəyməyib.
25-09-2022, 16:45
Şimali Koreya yeni raket sınağına hazırlaşır


Şimali Koreya yeni raket sınağına hazırlaşır

Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkar edib. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Agentlik adı açıqlanmayan Cənubi Koreya hərbi mənbəsinə istinadən bildirir ki, hərbçilər bu həftə Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində hazırlıqlar gördüyünü müəyyən ediblər. Məlumatı ABŞ-da yerləşən beyin mərkləzləri də təsdiqləyib. Qeyd edək ki, raketin sınaqları ABŞ vitse-prezidenti Kamala Harrisin regiona səfəri ərəfəsinə təsadaüf edir. Harris gələn həftə bölgəyə səfər edərək Yaponiya və Cənubi Koreya liderləri ilə görüşməyi planlaşdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!