Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-09-2022, 19:24
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir


Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda lider mövqeyindədir. Bu barədə "Global Firepower" beynəlxalq reytinq şirkətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycan reytinq siyahısında 142 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Qonşu Gürcüstan 88-ci, Ermənistan isə 98-cidir. Qeyd edək ki, reytinqin tərtib olunması zamanı orduların texnoloji inkişafı, insan potensialı və çevikliyi əsas götürülür.
26-09-2022, 19:21
İsveçdəki seçkilərdə 6 həmyerlimiz mandat qazandı


İsveçdəki seçkilərdə 6 həmyerlimiz mandat qazandı

İsveç Krallığında keçirilən builki seçkilərdə iştirak edən Azərbaycan icmasının 6 nümayəndəsi ölkə parlamentinin (Riksdaq) və yerli bələdiyyə məsliclərinin mandatını qazanıb. Butov.az xəbər verir ki, seçkilərin nəticələrinə görə, Alin Fazelian ölkə parlamentinin, İradə Əliyeva Söderberg Jönşöping bölgəsi üzrə regional məclisin, Xalidə Mərafət Huddinge bələdiyyə məclisinin, Aida Kərimli Vestra-Götaland region məclisinin, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin, Əminə Sadıqbəyli Solentuna bələdiyyə məclisinin üzvü seçiliblər. Qeyd edək ki, İradə Əliyeva Söderberq Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, fəal diaspor üzvü Turan Əliyev Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Əminə Sadıqbəyli Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Rahim Sadıqbəylinin qızıdır. Diasporla İş üzrə Dövlət Komitəsi seçkilərdə qalib gələn soydaşlarımızı təbrik edir, ictimai-siyasi karyeralarında davamlı uğurlar qazanmağı arzulayır.


26-09-2022, 19:17
Rusiyada məktəbdə ölənlərin sayı 15-ə çatdı


Rusiyada məktəbdə ölənlərin sayı 15-ə çatdı

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, silahlı insident zamanı 22 uşaq olmaqla 24 nəfər xəsarət alıb. Xatırladaq ki, faciə ilə əlaqədar Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.
26-09-2022, 18:30
Xüsusi karantin rejimi ləğv ediləcək?


Xüsusi karantin rejimi ləğv ediləcək?

Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il noyabrın 1-i saat 06:00-dək uzadılıb. Yoluxma statistikasında ciddi artım olmadığına görə, bir çox ekspertlər və ictimaiyyət nümayəndələri artıq xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olmadığı haqqında fikirlər səsləndirirlər. Hətta bu yaxınlarda Azərbaycanın səhiyyə naziri Teymur Musayev pandemiyanın yekunlaşmaq üzrə olduğunu deyərək, əhaliyə xoş xəbəri çatdırıb. Nazirin açıqlamasında belə qənaətə gəlmək olar ki, pandemiya dövrü bitirsə, artıq xüsusi karantin rejiminin müddətinin uzadılmasına ehtiyac qalmayacaq. Bu barədə danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev düşünür ki, noyabrın 1-dən sonra xüsusi karantin rejiminin tamamilə ləğv edilməsi haqqında fikir söyləmək hələ tezdir. Komitə sədri diqqətə çatdırıb ki, payız aylarından etibarən hava-damcı yolu ilə yayılan virus infeksiyaları artır. Bu baxımdan xüsusi karantin rejiminin ləğvinə tələsməməliyik.“Biz koronovirusun özünü necə aparacağını bilmirik. Bu templə davam edərsə, karantin rejimini daha da yüngülləşdirmək, hətta ləğv etmək olar. Amma əsas qərarı Operativ Qərargah verə bilər. Hesab edirəm ki, indiki karantin rejimi çox yüngüldür. Artıq demək olar ki, bütün növ qapanmalar geridə qalıb. Arzu edək ki, bundan sonra yeni dalğa gəlməsin, yeni bir virus da ortaya çıxmasın. Hesab edirəm ki, bu templə getsək, oktyabr ayında artımlar olmasa, biz karantin rejimindən çıxa bilərik. Mənə elə gəlir ki, maska taxmağa və vaksinasiyaya davam etməliyik. Bu tədbirlər özümüzü qorumaq üçün lazımdır. Ən azı payız- qış mövsümündə həyat tərzimizə daxil etməliyik”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

26-09-2022, 18:27
Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib


Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib

“Rusiyalıların bir çoxu Qazaxıstanı digər ölkələrə getmək üçün tranzit olaraq istifadə edirlər”. Bu barədə Qazaxıstan DİN-in nümayəndəsi Adil Sarsenov bildirib. Onun sözlərinə görə, son günlər ərzində Qazaxıstanı 40 min rusiyalı tərk edib. Məlumatda, həmçinin qeyd olunub ki, minlərlə şəxs Qazaxıstan vasitəsilə Qırğızıstan və Özbəkistana gedib. Bununla yanaşı, Qazaxıstanın əmək naziri Tamara Duysenova bildirib ki, cari ilin əvvəlindən Rusiyadan Qazaxıstana 260 mindən çox insan gəlib.
26-09-2022, 18:24
Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi


Türkiyə ordusu 36 mindən çox terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bu günədək ümumilikdə 36 143 terrorçunu zərərsizləşdirib. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə görüşündə deyib. Nazir Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu söyləyib:“Başda İraq və Suriya olmaqla bütün qonşularımızın sərhəd bütövlüyünə, suverenliyinə hörmət edirik. Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”.H.Akar, həmçinin bildirib ki, ən sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək:“Bu il isə yanvar ayından etibarən Suriya və İraqın şimalında 2 874 terrorçu məhv edilib. Pənçə-Kilit əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.
26-09-2022, 18:22
Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq


Xüsusi xidmət orqanlarının rəhbərləri Moskvada toplaşacaq

Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keçiriləcək. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib. Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi baş tutacaq. Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək. İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.
26-09-2022, 18:19
Yunanıstan XİN başçısı İrəvana gəlir


Yunanıstan XİN başçısı İrəvana gəlir

Yunanıstanın xarici işlər naziri Nikos Dendias sentyabrın 27-də İrəvana səfər edəcək. Bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Dendias Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanla görüşəcək. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər, Qafqaz və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq.
25-09-2022, 22:04
Əjdər Yunus Rza: "Təbriz"


Əjdər Yunus Rza


TƏBRİZ
Çıxmısan sən haqq yoluna,
Bu yoldan gəl dönmə, Təbriz!
Qeyrətindən qor almısan,
Alovlan sən, sönmə,Təbriz!
Bu yoldan gəl dönmə, Təbriz!

Bu gedişin ağır gediş,
Durma, get, haqqa yetiş...
Qıcasa da düşmənin diş,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Babəkimin odu səndə,
Səttarxanın adı səndə.
Şeyx Məhəmməd Xiyabani,
Pişəvəri durub öndə,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Quzey, Güney bir candayıq,
Bir ürəkdə, bir qandayıq.
Unutma ki, yanındayıq,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

24.09.2022
Əjdər Yunus Rza
25-09-2022, 18:30
Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur - ABŞ nəşri


Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur - ABŞ nəşri

ABŞ-ın aparıcı “Boston Herald” nəşrində “Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur” sərlövhəli məqalə dərc olunub. Butov.az xəbər verir ki, məqalənin müəllifi, “60 Plus” və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur. Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər ərəfəsində Demokratlar səs toplamaq üçün xarici ölkələrdə çalışarkən çıxılmaz vəziyyətə düşürlər. Bu baxımdan ötən həftə Nensi Pelosi NATO-nun sülh naminə tərəfdaşı olan Azərbaycanla Rusiya və İranın müttəfiqi Ermənistan arasında 100 il tarixi olan münaqişəni həll etməyə cəhd göstərdi. Sentyabrın əvvəllərində iki ölkə sərhədində hərbi toqquşmalar başlayanda Pelosi elan etdi ki, yüksək səviyyəli səfərə çıxaraq “öz dəstəyi”ni yalnız “haqlı tərəfə” göstərəcək. O, açıq-aşkar Ermənistanı nəzərdə tuturdu. Səbəb isə qarşıdakı seçkilərdir. Çünki Demokratlar divara dirəniblər, Pelosi üçün isə bu səfər spiker vəzifəsində qalmaq üçün son ümiddir. Onun Ermənistana səfəri ölkəsində səsləri öz xeyrinə dəyişmək məqsədi güdürdü. Onun üçün xarici siyasət, ABŞ diplomatiyası və beynəlxalq miqyasda meydana gələcək nəticələr maraqlı deyil. Saul Anuzis vurğulayır ki, Pensilvaniya, Miçiqan, Ohayo, Viskonsin, Minnesota və Floridada yüz minlərlə erməni əsilli amerikalı yaşayır. Bu insanlar ABŞ-da bütün azlıqlar içərisində ən yüksək səsvermə rekordlarına malikdirlər. Vətənpərvər, Litva əsilli amerikalı və heç kimi öz doğma vətənini sevdiyinə görə günahlandırmadığını bildirən müəllif Nensi Pelosini Amerika qarşısında vəzifələrini, dünyanın mənəvi mövqeyini və strateji maraqlarını açıq-aşkar satdığına görə ittiham edib. O yazır: “Biz artıq Pelosinin xarici səfərlərinin hansı ssenari ilə təşkil edildiyini bilirik. Odur ki, bu səfərin necə keçəcəyi təəccüblü deyil. Pelosi onilliklərlə davam edən diplomatik səylərin iflasa uğradığı və münaqişənin başladığı dözülməz vəziyyətlə üzləşmişdi. Xanım spiker Azərbaycanı son döyüşləri başlatmaqla “qanunsuz” hərəkət etməkdə ittiham etdi və heç bir ABŞ administrasiyasının yerinə yetirə bilməyəcəyi bir vəd verdi: Rusiyanın hərbi müttəfiqinin NATO müttəfiqinə qarşı dəstəklənməsi. Bu, geosiyasi dəlilikdir. Lakin onun dediklərinin yalnız bir məqsədi var idi - seçki kampaniyası”. Müəllif xatırladır ki, Pelosinin səfərindən bir neçə gün əvvəl erməni əsilli amerikalıların yaşadığı ərazilərdə olan Demokratlar Azərbaycanı dəstəkdən məhrum etməyi və İrəvan rejimi üçün əlavə vəsait ayırmağı vəd edirdilər. Bu, erməni əsilli amerikalıların səslərini bir qədər artıra bilər. Lakin bu, real dünyada daha böyük əks-səda doğura bilər. Amma açıq-aydın görünür ki, real dünya Demokratların vecinə deyil: onlar real dünyada hazırda Avropanın yeganə həyati enerji xətti olan ABŞ-ın uzunmüddətli və sabit müttəfiqinin üzünə qapıları bağlayırlar. Saul Anuzis bildirir ki, hazırki gərgin beynəlxalq şəraitdə Xəzər dənizində böyük qaz ehtiyatları olan Azərbaycan Avropaya qaz ixracını 30 faiz artırmağı söz verib. Amma Demokratların hərəkətləri onu deməyə əsas verir ki, seçkilərdə səs qazanılması qlobal təhlükəsizlikdən və Avropa qitəsində bu qış insanların donaraq ölməsindən daha vacibdir. Moskva və İrəvanın bir-birinə sıx bağlı olduqlarını söyləyən müəllif qeyd edir ki, Azərbaycan Qərbə həyati enerji marşrutu təmin etdiyi halda, Ermənistanın bütün enerji sektoru Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi bazası var. Hətta ruslar onların sərhədlərini, gömrüyünü və dəmir yollarını idarə edirlər. Pelosi məhz belə bir ölkəyə səfər edib. Azərbaycanı Ermənistanla müqayisə edən S.Anuzis yazır: “Azərbaycan bir neçə il bundan əvvəl NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Ermənistan isə, əksində, fərqli yol seçərək Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub. Bu təşkilat keçmiş sovet respublikalarının qarşılıqlı özünümüdafiə mexanizmi olan kiçik, lakin təhlükəli qrupudur. Azərbaycanlı əsgərlər Baydenin tələsik çıxıb getdiyi Kabildə ötən il sıranı saxlayaraq Birləşmiş Ştatlara olan sədaqətini sübut etdiyi halda, Ermənistan Qazaxıstana müstəqil düşünən administrasiyanı qorxutmaq missiyası ilə göndərilən KTMT qüvvələrinə qoşulmaq üçün öz hərbçilərini göndərirdi. Bu, Pelosinin bayrağını yellədiyi həmin ölkədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!