25-09-2022, 18:27
Türkiyə səfiri Lənkəranda çay tingi əkdiTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkərana səfər edib. Səfir bu barədə twitter hesabında yazıb. “Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq. Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay”da olduq. Beşir və Cəlal Uğurdan çay və çəltik istehsalı haqqında məlumat aldıq", - səfir qeyd edib.
25-09-2022, 18:24
İranın Yunanıstandakı səfirliyinə hücum edilibNaməlum şəxslər İranın Afinadakı səfirliyinin binasında "molotov kokteyli" atıblar. Bu barədə bazar günü Afina polisi məlumat yayıb. Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb və inzibati binaya ziyan dəyməyib. Yunanıstan polisinin məlumatına görə, üzləri örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq, səfirlik binasının divarına “molotov kokteyli” atıb. Hücuma görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.
25-09-2022, 18:22
Dağıstanda səfərbərliyə etiraz: Yolu bağladılarDağıstanda səfərbərliyə etiraz edən sakinlər Xasavyurt-Mahaçqala magistralını bağlayıblar.
Butov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xasavyurt rayonunun Endriy qəsəbəsinin sakinləri hərbi xidmətdən qayıdan gənclərə çağırış vərəqinin verilməsinə etiraz ediblər. Onlar bu məqsədlə magistralı bağlayıblar. Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb. Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.
25-09-2022, 18:20
Norveçlə İran arasında diplomatik qalmaqalNorveçin İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Butov.az xəbər verir ki, səfirə etiraz notası təqdim olunub. Bildirilib ki, Norveç parlamentinin sədri İranda baş verən hadisələri qızışdırmaq üçün bəyanatlar səsləndirib, bu da birbaşa ölkənin daxili işlərinə qarışmaq deməkdir. Norveçin səfiri İranın etirazını öz hökumətinə çatdıracağını deyib. Bundan öncə Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hökumətin kəskin etirazı çatdırılıb.
25-09-2022, 18:17
İran parlamentinin saytı dağıdıldı "Anonymous" hacker qrupu İran parlamentinin saytını dağıdıb.
Butov.az xəbər verir ki, hackerlər İran hökumətinin rəsmi saytlarına hücumu davam etdirərək, bu dəfə ölkə parlamentinin saytını ələ keçiriblər. Hackerlər, həmçinin iranlı deputatların mobil telefon nömrələrini yayıblar: "Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?".
25-09-2022, 18:14
Onlarla insan virusa yoluxdu, ölən olmadıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 820 823 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, 9903 nəfər vəfat edib, aktiv xəstə sayı 1323 nəfərdir. Son sutka ərzində 2484, hazırkı dövrədək isə 7 236 764 test aparılıb.
25-09-2022, 18:11
Şəhidlərimiz anıldıHeydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına hərbi liseydə 2022-ci ilin sentyabrında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının daim uca tutulması məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı anım tədbirləri keçirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələrinin, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən, eləcə də 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bölmələrimiz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən danışıblar. Sonra Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəyə və şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları qəhrəmanlığı, vətənpərvərliyi, igidliyi tərənnüm edən bədii kompozisiyalar təqdim ediblər.
25-09-2022, 18:08
Rusiya tələbələri də müharibəyə göndərirRusiyadakı özəl universitetlərin tələbələri qismən səfərbərliyə çağırıla bilər. Bu barədə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi məlumat yayıb. “Hazırda Təhsil Nazirliyi yuxarı orqanlarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparır. Hələlik prezidentin sərəncamında deyilir ki, yalnız dövlət təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə çağırışdan möhləti var”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.
25-09-2022, 18:06
Ərdoğan sosial şəbəkələrdən imtina etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan sosial mediadan imtina etdiyini açıqlayıb.
Butov.az xəbər verir ki, yerli mediaya müsahibə verən B.Ərdoğan sosial şəbəkələri izləmədiyini deyib."Sosial media hesablarımdan uzun müddətdir istifadə etmirəm. Ancaq bir nəfər məndən "bunu gördünmü?" deyə soruşanda, göndərəndə fərqinə varıram”, - deyə o bildirib. Prezidentin oğlu bunun səbəbini belə izah edib:"Həqiqətən də vaxtımı və gündəmimi mümkün qədər müəyyən etməyə və idarə etməyə çalışıram. Eyni şeyi başqalarına da tövsiyə edirəm. Həyatımı mənalı etmək istəyirəm. Təbii ki, mənim işim akademik işim olub. Müəyyən səviyyəli təhsil aldıqdan sonra ondan cəmiyyətin xeyrinə necə istifadə edə biləcəyimi düşündüm. Bütün bunlar kimlik və mədəni dirçəliş sahəsində görülən işlərdir. Biz bunu mədəni dirçəliş adlandıra bilərik. Biz bunu dəyərlərimizin yenidən üzə çıxması adlandıra bilərik. Deyə bilərik ki, bu torpağı vətənimiz edən dəyərlərin təkrarı və mənimsənilməsidir. İstər təhsil, istər ənənəvi idman, istərsə də türk musiqisi sahəsində təhsil... "Ömrünü nəyə sərf etdin?" soruşanda faydalı cavab vermək istəyirəm".
25-09-2022, 18:03
Yüzə yaxın şəxsi aldadan dələduz qadın saxlanıldıSosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. DİN rəsmisi deyib ki, Qasımova Vüsalə Rizvan qızı məsuliyyətə cəlb edilib. O, onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadaraq 200 manatlarını ələ keçirib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.