24-09-2022, 15:35
Rus hərbçiləri 773 uşağı yaralayıbRusiya hərbçiləri Ukraynada 773 uşağı yaralayıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında məlumat verilib. "24 sentyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində ümumilikdə 1164-dən çox uşaq xəsarət alıb. İndiyədək 391 uşaq ölüb, 773-dən çox uşaq yaralanıb. Yaralılar müxtəlif dərəcəli xəsarət alıb”, - məlumatda deyilir.
24-09-2022, 15:34
Azərbaycanın 20 gənc polisi Türkiyədə təhsil alacaq2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 20 gənc əməkdaş seçilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazir general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib."Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən V.Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan polisini, xalqımızı şərəflə təmsil edəcəklər", - məlumatda qeyd olunub.
24-09-2022, 15:33
Valideynini itirmiş 29 ukraynalı uşaq Azərbaycana gətirilibUkraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha 29 ukraynalı uşaq Azərbaycana gətirilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək. Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar. Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər. Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.
24-09-2022, 15:30
Gürcüstanın Baş naziri Paşinyanla görüşüb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
Butov.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyindəki əsas məsələlərə nəzər yetiriblər. Görüşdə Cənubi Qafqazda cari vəziyyətə də diqqət yetirilib, münaqişələrin dinc yolla həllinin vacibliyi vurğulanıb. Gürcüstanın Baş naziri vasitəçilik rolunu davam etdirməyə, regionda və ondan kənarda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.
24-09-2022, 15:28
Ermənilər atəşkəsi yenə pozdu - 3 hərbçimiz yaralandıErmənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçularımız yaralanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb. Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
24-09-2022, 15:26
Qonşular maşın üstündə bir-birini bıçaqladıBakının Qaradağ rayonunda iki qonşu arasında dava düşüb.
Butov.az xəbər verir ki, dava hər iki qonşunun avtomobilini park etməsi üstündə olub. Qobustan qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Elsəvər Babayev qonşusu, 1979-cu il təvəllüdlü Ramil Əşrəfova parklama ilə bağlı irad tutub. İradla razılaşmayan R.Əşrəfov bıçaqla E.Babayevə xəsarət yetirib. E.Babayev isə onun əlində olan bıçağı alaraq R.Əşrəfova bir neçə zərbə endirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əşrəfovun vəziyyəti nisbətən ağırdır. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.
24-09-2022, 15:24
Avropada COVID-19-a yoluxma artırSoyuq və rütubətli hava COVID-19-a yoluxanların sayının artmasına səbəb olub.
Butov.az xəbər verir ki, Belçika, Danimarka və Britaniyada vəziyyət xüsusən ağırdır. Sözügedən ölkələrdə son həftədə yoluxmalar 17%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 4% artıb. Oktyabrda yoluxmaların daha da artacağı gözlənilir.
24-09-2022, 15:22
Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçiriblərErmənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.
Butov.az xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb ediblər. Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar. Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər. Aksiya iki saat davam edib və Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.
24-09-2022, 15:19
Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovulduUkrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilir ki, İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb. Buna səbəb rəsmi Tehranın Rusiyaya Ukraynada istifadə üçün pilotsuz uçuş aparatları (PUA) verməsi olub. Diqqətə çatdırılıb ki, Rusiya bu PUA-lardan Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadə edir. Həmçinin vurğulanıb ki, silahların ötürülməsi İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq prinsipinə ziddir. "Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə nazirlik bəyan edib. Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı 6 PUA-nı zərərsizləşdirib.
24-09-2022, 15:17
Çili sahillərində güclü zəlzələÇili sahillərində 6 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Orta Asiya Seysmoloji Mərkəzi məlumat verib. Zəlzələnin episentri Ankunda şəhərindən 150 km cənubda yerləşir. Yeraltı təkanlar 80 km dərinlikdə baş verib. Sunami barədə məlumat daxil olmayıb.