Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
18-09-2022, 19:34
Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyil - Peskov


Rusiya və Çin dünyanı idarə etmək iddiasında deyil - Peskov

“Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər, başqa ölkələrdə belə bir tendensiya var”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İkitərəfli münasibətlərini həyata keçirən Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər" - Peskov ona ünvanlanan suala cavabında deyib. Peskov, həmçinin qeyd edib ki, digər ölkələrdə “bütün dünyanı idarə etmək” meyli var.
18-09-2022, 19:33
Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdı


Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı artdı

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb. Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.
18-09-2022, 19:31
Türk ordusu şəhid verdi


Türk ordusu şəhid verdi

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində bir əsgər şəhid olub, daha bir əsgər yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar davam edir.
18-09-2022, 19:29
Son sutkada yoluxanların sayı açıqlandı


Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb. Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9886 nəfər vəfat edib, aktiv xəstə sayı 1665 nəfərdir. Son sutka ərzində 2718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.

18-09-2022, 19:05
Qırğızıstanda matəm elan edildi


Qırğızıstanda matəm elan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olan şəxslərin xatirəsini anmaq üçün ümummilli matəm günü elan edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulub. Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib. Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü, 129 yaralı var. Qırğızıstan hakimiyyəti 140 minə yaxın vətəndaşı təxliyə edib. Batken bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.


18-09-2022, 19:04
Yaponiya yenə silkələndi


Yaponiya yenə silkələndi

Şərqi Çin dənizində Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb. Qurumdan sunami təhlükəsinin olmadığı bildirilib. Yeraltı təkanların episentri Okinava adasının şimalında təxminən 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Xatırladaq ki, bir müddət öncə Okinavaya nisbi yaxınlıqda yerləşən Tayvan adasında da güclü zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, zəlzələnin maqnitudası 6,8 ilə 7,2 arasında dəyişib.
18-09-2022, 19:02
Tacikistan itkilərini açıqladı: onlarla ölü


Tacikistan itkilərini açıqladı: onlarla ölü

Qırğızıstan hərbçilərinin ağır hərbi texnikadan istifadə etməklə Tacikistan ərazisini atəşə tutması nəticəsində azı 38 Tacikistan vətəndaşı, o cümlədən iki hərbçi həlak olub, 20-dən çox şəxs yaralanıb. Bu barədə bazar günü Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi məlumat yayıb. Səmədi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib və 2022-ci il sentyabrın 14-dən Tacikistan ərazisini atəşə tutmağa başlayıb.
18-09-2022, 19:00
Daha bir yüksəklikdə bayrağımız qaldırıldı


Daha bir yüksəklikdə bayrağımız qaldırıldı

Zəngilan rayonu istiqamətində yerləşən daha bir strateji əhəmiyyətli yüksəklik ordumuzun nəzarəti altına keçib. Butov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən yüksəklikdə Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.


18-09-2022, 18:57
Putin qırgız və tacik liderləri ilə danışdı


Putin qırgız və tacik liderləri ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmonla telefon danışığı aparıb. Butov.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin Qırğızıstan və Tacikistanı sərhəddə gərginliyin artmasının qarşısını almağa və vəziyyəti mümkün qədər tez, yalnız sülh, siyasi və diplomatik vasitələrlə həll etmək üçün tədbirlər görməyə çağırıb. Putin, həmçinin vurğulayıb ki, Rusiya Qırğızıstan-Tacikistan sərhədi zonasında sabitliyin təmin edilməsi üçün lazımi yardımı göstərməyə hazırdır.
18-09-2022, 18:50
Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərin yasında


Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərin yasında

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyinin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak edib. Butov.az xəbər verir ki, Bakı şəhəri və digər rayonlarda keçirilən mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlər xiyabanlarının ziyarəti zamanı şəhidlərimizin məzarları üzərlərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub. Keçirilən yas mərasimlərində şəhid olan hərbi qulluqçularımızın döyüş yolu və göstərdikləri igidlikdən söhbət açılıb.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!