TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
17-09-2022, 22:55
“Qəbələ” “Sumqayıt”ı məğlub etdi


“Qəbələ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" klubu doğma meydanda "Sumqayıt"ı qəbul edib. Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sırada yer alıb.
17-09-2022, 22:53
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı


Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı

Bu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur. Butov.az xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı. O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub. Şəhidimiz bu gün doğulduğu Saray qəsəbəsində dəfn edilib.




17-09-2022, 22:50
Türkiyədən daha çox kömək istəyirik - Zelenski


Türkiyədən daha çox kömək istəyirik - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini və digər dövlətləri ölkəsinə silah tədarükünü artırmağa çağırıb. Bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib."Türkiyədən daha çox kömək olmasını istərdik, Cənubi Koreyadan daha çox kömək istərdik. Ərəb dünyasından, Asiyadan da kömək istərdik", - deyə Prezident vurğulayıb. Zelenski, həmçinin Almaniyada hərbi texnikanın tədarükü ilə bağlı müəyyən psixoloji maneələrin olduğunu vurğulayıb. O, eyni zamanda Ukraynanın sürətli əks-hücumunun yaxşı getdiyini diqqətə çatdırıb: "Müharibənin bitməsi barədə danışmaq tezdir".
17-09-2022, 22:48
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir


Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib."Məqsədimiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır", - Prezident deyib. Ərdoğan qeyd edib ki, Türkiyənin ŞƏT sammitində iştirakı Özbəkistanın dəvəti ilə mümkün olub: "İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq".
17-09-2022, 22:46
Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan


Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan

Oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
17-09-2022, 22:44
Almaniya Ukraynaya yeni artilleriya göndərəcək


Almaniya Ukraynaya yeni artilleriya göndərəcək

Almaniya hökuməti uzun tərəddüddən sonra Ukraynaya 18 ədəd artilleriya qurğusunun tədarük edilməsinə razılıq verib. Bu barədə "Welt am Sonntag" əldə etdiyi sənədlərə istinadən yazır. Bildirilir ki, yeni qərar əsasən Almaniya Ukrraynaya 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsası verəcək. Qeyd olunur ki, silahları Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iyulun 14-də istəyib. Ukraynanın tələbi Almaniya hakimiyyəti tərəfindən dəfələrlə müzakirə edilib, lakin indiyədək heç bir qərar verilməmişdi. Artilleriya sistemi Almaniyanın "Krauss-Maffei-Wegmann" (KMW) şirkəti tərəfindən istehsal olunur. Bu silah hazırda Ukrayna ordusunun istifadə etdiyi "Panzerhaubitze 2000" artilleriya qurğusu kimi işləyir və eyni mərmilərdən istifadə edir.
17-09-2022, 22:42
Region ölkələrinin Azərbaycana dəstəyi vacibdir - Ərdoğan


Region ölkələrinin Azərbaycana dəstəyi vacibdir - Ərdoğan

Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib."Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir", - Türkiyə lideri deyib.
17-09-2022, 22:39
Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular


Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular

Azərbaycan Ordusunun daha bir qrup hərbi qulluqçusu Türkiyədə təlimləri başa vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Çanaqqala şəhərində yerləşən 18-ci Motoatıcı Piyada Briqada Komandanlığında keçirilib. Açıqlamada bildirilib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.
17-09-2022, 22:37
XİN: Hazırda atəşkəsə əməl olunur


XİN: Hazırda atəşkəsə əməl olunur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər:"Nazir Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib"."Hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:35
Putin Ukrayna ilə bağlı məqsədini dəyişəcək - Pentaqon


Putin Ukrayna ilə bağlı məqsədini dəyişəcək - Pentaqon

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin məqsədlərini dəyişmək məcburiyyətində qalacaq. Çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Rusiyanın Kremlin ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir. Butov.az xəbər verir ki, bunu Pentaqonun kəşfiyyat rəhbəri general-leytenant Skott Berrier bildirib."İndi biz o yerə çatmışıq ki, fikrimcə, Putin öz "əməliyyatı"nın məqsədlərini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tamamilə aydındır ki, o, əvvəllər etmək niyyətində olduğu planı həyata keçirməyə qadir deyil", - Berrier deyib. Pentaqon rəsmisi xatırladıb ki, Putin fevralın 24-də Kiyevi işğal etmək və qərbyönlü hökuməti devirmək məqsədi ilə Ukraynaya hücum edib. Halbuki, altı ay davam edən döyüşlərdən sonra Ukrayna qoşunları işğalçıları Xarkovdan qovmağa müvəffəq olub və onları hətta Rusiya ərazisinə qaçmağa məcbur edib."Ruslar mütləq işğal planlaşdırırdılar və bu, onları geri saldı",- deyən Berrier Putinin Rusiyada ümumi səfərbərlik istəmədiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!