14-09-2022, 18:19
Rusiyadan sərhəddəki gərginliklə bağlı yeni açıqlamaAzərbaycan-Ermənistan sərhədində gərginlik davam edir.
Butov.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında bildirib. "Birmənalı olaraq, gərginlik qalmaqdadır. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası hələ Ermənistana gəlməyib. Bilirsiniz ki, dünən KTMT missiyasının təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər", - Peskov deyib.
14-09-2022, 18:11
Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildiErmənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanov sentyabrın 14-də Xızıda torpağa tapşırılıb.
Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində çıxış edənlər Saleh Qurbanovun şərəfli həyat və döyüş yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, canlı qüvvəsi, hərbi texnika və infrastrukturu məhv edilib. 32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı Vətənə əmanət qalıb. Şəhidin cənazəsi Giləzi qəsəbə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin azyaşlı oğluna təqdim edilib.
14-09-2022, 18:04
Atasından sonra həyat yoldaşı da şəhid olduErmənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbi qulluqçudan biri Azad Kərimovdur.
Butov.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə gətirilib. Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib. Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub. Qeyd edək ki, Ordumuzun giziri Kərimov Azad Zakir oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. O, ailəli idi, iki övladı yadigar qalıb. Əldə etdiyimiz məlumata görə, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. Belə ki, gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ Müharibəsi şəhidi Azər Hüseynovun övladıdır. Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
14-09-2022, 17:57
Şəhid Elnur Rüstəmov Xaçmazda torpağa tapşırıldıErmənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan baş gizir Rüstəmov Elnur Faid oğlu sentyabrın 14-də Xaçmazda torpağa tapşırılıb.
Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Əbilyatağı kəndində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. 32 yaşlı Elnur Rüstəmov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Ailəli idi. Üç övladı Vətənə əmanət qaldı. Şəhidin cənazəsi Əbilyataq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin nəşi üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.
14-09-2022, 17:51
Çexiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır
Çex Respubikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib. Bu barədə XİN-in rəsmi twitter səhifəsində paylaşım edilib. "Çexiya Ermənistan-Azərbaycan sərhədində baş verən və təəssüf ki, insan tələfatına səbəb olan yeni toqquşmalardan narahatdır. Heç bir hərbi toqquşma Cənubi Qafqaza davamlı sülh gətirə bilməz. Danışıqları davam etdirmək lazımdır", - paylaşımda deyilir. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutmaqda davam edib.
14-09-2022, 17:31
Şəhid baş leytenantın son mənzili Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan baş leytenant Əli Əliyev son mənzilə yola salınıb.
Butov.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Ə.Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəfn olunub. Qeyd edək ki, şəhid Əli Cavad oğlu Əliyev əslən Şərur rayonunun Yengicə kəndindən idi.
14-09-2022, 16:22
Ən gənc şəhidimiz - Bir oğlu yadigar qaldı...Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını yayımlayıb.
Butov.az xəbər verir ki, şəhid hərbi qulluqçularımız arasında ən gəncinin 18 yaşı var. O, əsgər Hәsәnov İbrahim Şöhrәt oğludur. İbrahim 18 yanvar 2004-cü il təvəllüdlüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçimiz Suraxanı rayonu, Bülbülə qəsəbə sakini olub. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatından saytımıza bildirilib ki, İbrahim ailəli olub və bir oğlu yadigar qalıb.
14-09-2022, 16:15
Ailəsini Ümidsiz qoyan 21 yaşlı şəhid...Sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Ümid Həsənov son mənzilə yola salınıb.
Butov.az xəbər verir ki, şəhidimiz Quba rayonunun İsnovqışlaq kənd qəbiristanlığında dəfn olunub. Ümid Həsənovun nəşi rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümid Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yeni işə başlamışdı. Ailənin tək oğlu olan Ümidin atası vəfat edibmiş. Ailədə anası və 2 bacısı ilə yaşayan Ümid Həsənov subay idi. Allah rəhmət eləsin!
14-09-2022, 16:12
Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına gəlirRusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”, - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, İqor Xovayev bu yaxınlarda Azərbaycan və Ermənistanda səfərdə olub.
14-09-2022, 16:10
Övladını cəmi 3 gün görən Şəhid dəfn olunduBakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü, leytenant Ravil Mübariz oğlu Hümbətov bu gün II Fəxri xiyabanda dəfn olunur.
Butov.az xəbər verir ki, şəhid Ravil Hümbətov ailəli idi. Onun iki azyaşlı övladı yadigar qalıb. Qeyd edək ki, şəhidimiz ikinci övladını cəmi üç gün görə bilib.