TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
15-09-2022, 22:10
Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır


Mədəniyyət sahəsinə ayrılan vəsait 17% artırılır

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 542,8 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,2% çoxdur.
15-09-2022, 22:08
ABŞ Ukraynaya yeni raketlər verəcək - Rusiyadan sərt xəbərdarlıq


ABŞ Ukraynaya yeni raketlər verəcək - Rusiyadan sərt xəbərdarlıq

ABŞ tezliklə Ukraynaya ölkənin cənub və şərqində istifadə etməsi üçün yeni raket sistemləri göndərəcək. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "ABŞ onlara çox ehtiyac duyduqları silah və texnikanı verəcək. Söhbət artilleriya, qabaqcıl raket sistemlərindən gedir”, - Kirbi MSNBC-yə müsahibəsində deyib. Bundan əvvəl o, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını açıqlayıb. Sentyabrın 13-də "The Wall Street Journal" qəzeti yazıb ki, Ukrayna ABŞ-dan əlavə silahlar, o cümlədən uzaqmənzilli raket sistemləri tələb edib. ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə biləcəyindən ehtiyat etdiyinə görə Kiyevə ATACMS adlı uzun mənzilli raket sistemi verməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova uzaqmənzilli raketlərlə bağlı ABŞ-a xəbərdarlıq edib. "Vaşinqton Kiyevə uzaqmənzilli raketlər verərsə, Rusiya bunu “qırmızı xətti”n keçilməsi kimi qiymətləndirəcək. Bu zaman ABŞ konfliktin birbaşa iştirakçısı olacaq. Və biz lazımi reaksiya verməyə məcbur olacağıq", - deyə o qeyd edib.
15-09-2022, 22:06
Müdafiə və təhlükəsizlik xərcləri artırılır


Müdafiə və təhlükəsizlik xərcləri artırılır

Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində müdafiə və təhülkəsizlik xərclərinin 5 320,1 milyon manat olması nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,6% çoxdur.
15-09-2022, 22:04
Gələn il Qarabağın bərpasına bu qədər pul ayrılacaq


Gələn il Qarabağın bərpasına bu qədər pul ayrılacaq

Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir. Hesabat dövründə dövlət büdcəsində 1268,9 milyon manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan göstəricidən 892,2 milyon manat və ya 2,4 dəfə çoxdur.
15-09-2022, 22:02
Yoluxanların yeni statistikası - Daha 3 ölüm


Yoluxanların yeni statistikası - Daha 3 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, hazırda 1918 aktiv xəstə var. Bu günə qədər 9876 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3388, bu günə qədər isə ümumilikdə 7 206 805 test icra olunub.


15-09-2022, 21:58
Büdcədə neftin qiyməti 50 dollar olacaq


Büdcədə neftin qiyməti 50 dollar olacaq

2023-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları götürülüb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 35 dollar azdır.
15-09-2022, 21:56
53 döyüş mövqeyi, strateji yüksəkliklər nəzarətə götürülüb


53 döyüş mövqeyi, strateji yüksəkliklər nəzarətə götürülüb

Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Butov.az xəbər verir ki, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, həmçinin xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralılar olub. Ümumilikdə 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.
15-09-2022, 21:53
Paşinyan Qarabağ separatçılarına söz verdi


Paşinyan Qarabağ separatçılarına söz verdi

“Artıq bildiyiniz kimi, mən "Artsax" məsələsi ilə bağlı Ermənistan hakimiyyəti ilə siyasi məsləhətləşmələr aparmaq üçün İrəvandayam”. Bunu Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan özünün Facebook səhifəsində yazıb. O, xüsusilə qeyd edib: “Bu məqsədlə mən Ermənistan Təhlükəsizlik Şurasının iclasında iştirak etdim. Müzakirələrdən sonra bir daha demək istəyirəm ki, indiki mərhələdə "Artsax"ın statusu ilə bağlı bir dənə də olsun sənəd müzakirə olunmur”. A.Arutyunyan deyib ki, o, iclasda çıxış edərək Qarabağ ermənilərinin qorxduğu məsələləri Ermənistan hakimiyyətinin diqqətinə çatdırıb. Arayikin sözlərinə görə, Ermənistan hakimiyyətinin rəhbərliyi söz verib ki, separatçılarla müzakirə aparılmadan və onların rəyi nəzərə alınmadan Qarabağla bağlı bir dənə də olsun sənəd imzalanmayacaq. O, həmçinin deyib ki, rəhbərlik etdiyi “nümayəndə heyəti” İrəvanda Ermənistanın xarici işlər naziri, parlamentin sədri və digər rəsmi şəxslərlə siyasi məsləhətləşmələri davam etdirəcək.
15-09-2022, 21:51
Özünü yandıran qazi vəfat etdi


Özünü yandıran qazi vəfat etdi

Özünü yandıran qazi Elnur Rüstəmov vəfat edib. Bu barədə cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. "Vətəndaş Elnur Rüstəmov 12 sentyabr 2022-ci ildə bədənin 70-80 faiz ağır yanıq dərəcəsi ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 15 sentyabr 2022-ci il, saat 02:10 radələrində dünyasını dəyişib", - məlumatda qeyd olunub.
15-09-2022, 21:45
“Bakı və İrəvan arasında sülh sazişi üzrə işlər dayanmayıb” - Rusiya XİN


“Bakı və İrəvan arasında sülh sazişi üzrə işlər dayanmayıb” - Rusiya XİN

“Ermənistan və Azərbaycan sərhədində hazırda gərginliyin artmasına baxmayaraq, sülh müqaviləsinə hazırlıq üzrə işlər dayanmayıb. Bu məsələ üzərində işləyirik". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, sülh müqaviləsi əsas prioritetlərdən biridir: "Burada əsəs məsələ tərəflərin üçtərəfli bəyanatların müddəalarını həyata keçirməsidir. Bu da münaqişənin həlli üçün əsas olaraq qalır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!