TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
16-09-2022, 17:27
Tuğ kəndinin bərpasına başlanılır


Tuğ kəndinin bərpasına başlanılır

Dövlət Turizm Agentliyi Xocavənd rayonunun Tuğ kəndində bərpa və tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması üçün təkliflər sorğusu elan edib. Butov.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 28-i, saat 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 134 ünvanına təqdim edə bilərlər. Təkliflərə sentyabrın 29-da, saat 12:00-da Bakı şəhəri, Nizami küçəsi 96E ünvanında (I "Landmark" iş mərkəzi) baxılacaq.
16-09-2022, 17:25
Qırğızıstan və Tacikistan arasında atəşkəs razılaşması əldə olundu


Qırğızıstan və Tacikistan arasında atəşkəs razılaşması əldə olundu

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər. Bu barədə Qırğızıstanın deputatı Əlişir Kozuyev jurnalistlərə bildirib. Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.
16-09-2022, 17:23
Şəhid Şair Heydərov dəfn olunub


Şəhid Şair Heydərov dəfn olunub

Düşmən təxribatı nəticəsində şəhid olan Heydərov Şair Camaloviç Qusarda dəfn olunub. Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Mucuq kəndində torpağa tapşırılıb. 24 yaşlı Şair Heydərov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Yeni ailə həyatı qurmuşdu.




16-09-2022, 17:09
Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdi


Paşinyan Ermənistandakı satqınlarla bağlı tapşırıq verdi

Milli Təhlükəsizlik Xidməti müdafiə və milli təhlükəsizlik məsələləri ilə bağlı dezinformasiyalara nəzarəti davam etdirəcək. Bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. O, informasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib. Paşinyan bildirib ki, şübhəli şəxslər şübhəli məlumatlarla ölkənin təhlükəsizliyinə təhdid yarada bilərlər. “Bu cür hərəkətlərlə Ermənistan Silahlı Qüvvələrinin işini pozmağa yönəlmiş istənilən cəhdin qarşısı məlumatları yayanların motivindən asılı olmayaraq ən sərt şəkildə alınmalıdır”, - o əlavə edib. Baş nazirin sözlərinə görə, 44 günlük müharibə zamanı və ondan sonra belə hallarla bağlı intensiv araşdırmalar aparılıb, bu işlərin bir qismi məhkəməyə qədər gedib çıxıb. Paşinyan əlavə edib ki, heç bir status heç kimə bu cür hərəkətlərə yol verməməlidir. "Mən Milli Təhlükəsizlik Xidmətindən aydın addım gözləyirəm, çünki agent şəbəkələri var və casusları tapmaq lazımdır", - baş nazir əlavə edib. Xatırladaq ki, Nikol Paşinyan bugünkü açıqlamasında Ermənistan tərəfdən sərhəddəki son döyüşlər zamanı 135 nəfərin öldüyünü, çoxlu yaralının olduğunu deyib.
16-09-2022, 17:07
Xersonda Rusiyanın "Su-25" təyyarəsi vuruldu


Xersonda Rusiyanın "Su-25" təyyarəsi vuruldu

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin səmasında Rusiyaya məxsus "Su-25" qırıcı təyyarəsini vurub. Butov.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib. Xatırladaq ki, daha əvvəl də Xerson səmasında qarşı tərəfin qırıcı təyyarələrinin məhv edilməsinə dair məlumat yayılmışdı.
16-09-2022, 17:04
İsmayıllıda şəhidin vida mərasimi keçirilib


İsmayıllıda şəhidin vida mərasimi keçirilib

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Butov.az xəbər verir ki, İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Xəlilov Qədim İlqar oğlu təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz Sentyabr ayının 15 də Hacıhətəmli kənd qəbiristanlığında dəfn olunub. Millət vəkilləri Novruz Aslanov, Tahir Kərimli, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və kollektivi, rayon ictimaiyyəti dəfn mərasimində iştirak edib. Allah rəhmət eləsin!!!





16-09-2022, 17:00
Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid anası


Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid anası

Yenə şəhidlər verdik, Vətən, bayraq, torpaq uğrunda canlarını fəda edən 71 qəhrəman son mənzilə uğurlandı… Yenə şəhid analarının dik, məğrur duruşuna, mətanətli davranışına şahid olduq…Zaqatada şəhid anasının oğlunun tabutunı daşıması isə bütün Azərbaycanı qürurlandırdı…Hər bir şəhidimizin ağrı-acısı içimizi göynədir, incidir. Amma ən çox əziyyət çəkən şəhidlərimizin analarıdır. Butov.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında Vətən uğrunda övlad itirmiş şəhid anasının fotosunu təqdim edir. Zaman 14 sentyabr 2022-ci il… Məkan Zaqatala rayonunun Yuxarı Tala kəndi… Azərbaycan Silahlı Qüvvələrinin şəhid leytenantı Sərxan Mübariz oğlu Ömərov son mənzilə yola salınır. Şəhidi son mənzilə yola salan ana oğlunun tabutunu daşımaqla necə güclü, mətanətli, məğrur olduğunu nümayiş etdirdi… Qəlbi parçalanan, içi övlad ağrısı ilə alışıb-yanan ana üçün canından çox sevdiyi oğlunu əbədiyyətə yola salmaq asan olmadı. Amma o dik dayandı, sınmadı, əyilmədi…
Vətən uğrunda şəhid olan oğlunu cənnətə göndərərkən düşməni sevindirmədi…23 yaşlı, iki bacının tək qardaşı, nişanlı oğul şəhid oldu, müqəddəsləşdi…Qarşında baş əyirik şəhid anası…

16-09-2022, 16:56
Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu


Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır. İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər. Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, sərhəddə genişmiqyaslı təxribatlar törədib. Nəticədə Azərbaycanın 71 hərbçisi şəhid olub. Ordumuzun düşmənə cavabı sərt olub, Ermənistan tərəfi rəsmi olaraq 105 hərbçisinin öldüyünü etiraf edib.
16-09-2022, 16:53
Mənzildən 19 min manat oğurlandı


Mənzildən 19 min manat oğurlandı

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
16-09-2022, 16:51
Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı


Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı

Qırğızıstan və Tacikistan arasında əldə olunmuş atəşkəs barədə razılaşma yenidən pozulub. Butov.az xəbər verir ki, atəşkəsi Tacikistan tərəfinin pozduğu bildirilir. Məlumata görə, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında yenidən başlayıb. Qırğızıstan sərhəd agentliyinin məlumatına əsasən, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktoru Ularbek Şarşeyevlə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının komandanı Rajabali Rahmonali arasında telefon danışığı olub. "Danışıqlar zamanı sərhəd idarələrinin rəhbərləri saat 10:00-dan (Moskva vaxtı ilə 7:00 - red.) atəşkəs barədə razılığa gəliblər. Ancaq Tacikistan tərəfi Qırğızıstan mövqelərini atəşə tutmaqda davam edir", - deyə Qırğızıstandan verilən məlumatda bildirilib. Tacikistan da öz növbəsində qırğız sərhədçilərini sərhəd zastavasını yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bir tacik sərhədçisi həlak olub, 3-ü yaralanıb. Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib ki, Tacikistanla sərhəddəki münaqişədə Qırğızıstanın qurbanlarının sayı 18 nəfərə çatıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!