TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
16-09-2022, 18:28
Müdafiə Nazirliyi Ermənistana çağırış etdi


Müdafiə Nazirliyi Ermənistana çağırış etdi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana çağırış edib. Bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub."Yanlış məlumatlar yaymaq əvəzinə, Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - Müdafiə Nazirliyi bəyan edib.
16-09-2022, 18:25
Şəhid Nihat Gəncədə torpağa tapşırıldı


Şəhid Nihat Gəncədə torpağa tapşırıldı

Ermənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb. Butov.az-ın məlumatına görə, 2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib. Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.
Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb. Allah rəhmət eləsin!
16-09-2022, 18:23
Hərbçilərimizin mühasirəyə düşməsi xəbəri yalandır - Rəsmi


Hərbçilərimizin mühasirəyə düşməsi xəbəri yalandır - Rəsmi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
16-09-2022, 18:21
Pensiyalarla bağlı qanun yenidən dəyişdirilir


Pensiyalarla bağlı qanun yenidən dəyişdirilir

“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara dəyişiklik ediləcək. Bununla bağlı sənədlər birinci oxunuşda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək. Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək. Qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
16-09-2022, 18:19
Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi


Pelosi Ermənistana səfər edəcəyini təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri dəqiqləşib. Butov.az xəbər verir ki, Pelosi İrəvana səfər edəcəyi barədə məlumatı təsdiqləyib. "Ermənistana səyahət planımın ictimaiyyətə açıqlanmasından xəbərsiz idim",- deyə Pelosi bildirib. O, səfərlə bağlı əlavə məlumat verməyib. Lakin xarici KİV-də yer alan xəbərlərə görə, qalmaqallı spikerin Ermənistana səfəri həftəsonuna planlaşdırılır.
16-09-2022, 18:16
Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər


Qırğızıstan və Tacikistan prezidentləri Səmərqənddə görüşdülər

Qırğız Respublikasının Prezidenti Sadır Japarov və tacikistanlı həmkarı İmomali Rahmon Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətlə bağlı təkbətək danışıqlar aparıblar. Bu barədə Qırğız KİV-ləri məlumat yayıb. Bildirilib ki, iki ölkə liderləri atəşi dayandırmaq, qoşunların və vasitələrin təmas xəttindən çıxarılması barədə müvafiq strukturlara göstəriş verməyə razılaşıblar. İki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri hadisə yerində fəaliyyət göstərəcək, hadisənin baş vermə şəraiti və səbəblərini araşdırmaq üçün komissiya yaradılacaq. Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan Hökumətlərarası Komissiyasının işinin sürətləndirilməsi haqqında da razılıq əldə edilib.
16-09-2022, 18:14
Adları açıqlanan 6 ŞƏHİDİN fotosu


Adları açıqlanan 6 ŞƏHİDİN fotosu

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı son günlər şəhid olan daha 6 hərbçinin adını açıqlayıb. Butov.az xəbər verir ki, bunlar aşağıdakı hərbçilərdi:
1. Baş çavuş Hüseynli Rəşad Ramiz oğlu - 21.05.2000 təvəllüdlü
2. Əsgər Balaşzadə Röyal Atduxan oğlu - 23.11.2003 təvəllüdlü
3. Əsgər Kəlbiyev İsa Rəhim oğlu - 21.09.2002 təvəllüdlü
4. Əsgər Qarazadə Nicat Malik oğlu - 24.10.2002 – təvəllüdlü
5. Əsgər Qənbərli Rəşad Əlizamin oğlu - 25.06.1996 təvəllüdlü
6. Əsgər Süleymanov Turxan İdris oğlu - 20.09.2002 təvəllüdlü
Qeyd. Şəhidlərimizin şəkilləri adlara uyğun sıra ilə təqdim olunub. Xatırladaq ki. Bu siyahıdan sonra 12-13 sentyabr tarixlərində Ermənistanla sərhəddə şəhid olan hərbçilərimizin sayı 77 nəfərə çatıb. Allah rəhmət eləsin!
16-09-2022, 18:11
Təhsilini yarımçıq qoyub əsgər gedən şəhidimiz dəfn edildi


Təhsilini yarımçıq qoyub əsgər gedən şəhidimiz dəfn edildi

Erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan ordusunun daha bir hərbi qulluqçusu, 21 yaşlı Elnur Məhərəmov torpağa tapşırılıb. Butov.az xəbər verir ki, şəhid Göyçay rayon Şəkər kənd qəbristanlığında dəfn edilib. Qeyd olunub ki, Azərbaycan Unversitetində oxuyan Elnur təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə gedib. Allah rəhmət eləsin,qəbrin nurla dolsun, ŞƏHİDİM!!!




16-09-2022, 18:07
Separatçı “baş prokuror” partlayışda öldü


Separatçı “baş prokuror” partlayışda öldü

Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində elan olunmuş separatçı “Luqansk xalq respublikası”nın “baş prokuroru” Sergey Qorenko partlayışda ölüb. Butov.az xəbər verir ki, hadisə “LXR”in “baş prokurorluğu”nun binasında baş verib. Sergey Qorenko partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb. Partlayış sentyabrın 16-da günorta saatlarında baş verib.
16-09-2022, 18:04
19 yaşlı şəhid Salyanda dəfn edildi


19 yaşlı şəhid Salyanda dəfn edildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 19 yaşlı əsgər İsayev Sadiq Rəşad oğlu dəfn edilib. Butov.az xəbər verir ki, şəhidlə doğulduğu Salyan rayonunun Arbatan kəndində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid Arbatan kənd qəbiristanlığında torpağa tapşırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!