17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
14-09-2022, 01:45
Şəhid olan hərbçilərimizin adları - Siyahı


Şəhid olan hərbçilərimizin adları - Siyahı

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Butov.az şəhid hərbçilərimizdən bəzilərinin adlarını təqdim edir:
1. Qurbanov Saleh Möhübbət oğlu - Xızı rayonu, Giləzi qəsəbəsi
2. Mehbalıyev Fərid Kəmaləddin oğlu - Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu,
3. Əliyev Əli Cavad oğlu - Şərur rayonu, Yengicə kəndi
4. Həsənov Səid Sarbala oğlu - Cəlilabad rayonu, Əsədli kəndi
5. Nəsirov Ülvi Əsədulla oğlu - Saatlı rayonu, Qaranuru kəndi
6. Babazadə Elşən Sahib oğlu - Qəbələ rayonu, Mıxlıqovaq kəndi
7. Kərimov Azad Zakir oğlu - Qazax rayonu, Daşsalahlı kəndi
8. Məmmədov Azər Mustafa oğlu - Qazax rayonu, Kəmərli kəndi
9. Fərid Rüstəmov - Zərdab rayonu, Kəndəbil kəndi
10. Ümid Həsənov - Quba rayonu
11. Şəmistan Sadıxov - Lerik rayonun, Əvilə kəndi
12. Əzizov Nəzər Ağacəlil oğlu - Kürdəmir rayonu, Dəyirmanlı kəndi
13. Camal Bədəlov - İsmayıllı rayonu, Talıstan kəndi
14. Kazımov Yunis Qasım oğlu - Qazax rayonu, Kəmərli kəndi
15. Rüstəmov Elnur Faid oğlu - Xaçmaz rayonu, Əbilyataq kəndi
16. Əhmədov Feyruz Məzahir oğlu - Tovuz rayonu
17. Qocayev Vadim Alik oğlu - Bakı şəhəri Binəqədi rayonu
18. Əhədzadə Xəyal - Lənkəran rayonu, Nərimanabad kəndi
19. Ömərov Sərxan Mübariz oğlu - Zaqatala rayonu, Yuxarı Tala kəndi
20. Budaqlı İsmayıl - Sabirabad rayonu
21. Abbasov Adil Nail oğlu - Oğuz rayonu
22. Qurbanov Cəmil Anar oğlu - Astara rayonu
23. Abdullayev Elvin Elçin oğlu - Neftçala rayonu
24. Fətullayev Rafael Rüfət oğlu - Neftçala rayonu
25. Şirinov Ömər Muğan oğlu - Kəlbəcər rayonu
26. Hümbətov Ravil Mübariz oğlu - Bakının Yasamal rayonu
27. Vüsal Məlikov - Lerik rayonu, Almu kəndi
28. Qasımov Nihat Mehman oğlu - Şəki rayonu, Kiçik Dəhnə kəndi
29. Emin Fərzəliyev - Ağcəbədi rayou
30. Süleymanov Xəyal Elxan oğlu - Şəmkir rayonu
31. Əzizli Sadiq Zaur oğlu - Qobustan rayonu, Dərəkənd kəndi
32. İsgəndərov Qorxmaz İsgəndər oğlu - Mingəçevir Dövlət Universitetinin məzunu
33. Qasımov Rəşad Ənvər oğlu - Cəlilabad rayonu, Alar kəndi
34. Əhmədzadə Məftun Seymur oğlu - Tərtər rayonu, Evoğlu kəndi
35. Zülfiyev Ədail Coşqun oğlu - Lerik rayonu, Nurəvud kəndi
36. Ağazadə Mirtalib Mirheydər oğlu - Beyləqan rayonu, ll Aşıqlı kəndi
37.Səbuhi Əhmədov - SOS uşaq evininin yetirməsi
38. İsayev Sadiq Rəşad oglu - Salyan rayonu Arbatan kəndi
39. Məmmədov Məmməd Bilal oglu - Biləsuvar rayonu
40. Rzayev Tərlan Pərviz oğlu - İsmayıllı rayonu
41. Səmədov Elvin - Salyan rayonu Qızılagac kəndi
42. Bəxtiyar Guloğlan oğlu Muradov - Sumqayıt şəhəri
43. Erkin Hüseynov - Gəncə şəhəri
44. Təbriz Rəhimov - Yevlax rayonu Gülövşə kəndi
45. İsgəndərov Qorxmaz İsgəndər oglu - Laçın rayonu Ağcakənd kəndi
46. Nahid Hüseynağa oğlu Məmmədov - Cəlləbad rayonu Venlik kəndi
47. İbrahim Şöhrət oğlu Həsənov - Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi
48. Murad İlqar oğlu Rəsulov - Şabran rayonu
49. Huseynov Ziyarət Mayıl oğlu - Biləsuvar rayonu Amankənd kəndi
Siyahı yenilənir...
14-09-2022, 01:40
Şəhid kapitan İkinci Fəxri Xiyabanda dəfn olundu


Şəhid kapitan İkinci Fəxri Xiyabanda dəfn olundu

Ötən gün Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan kapitan Fərid Mehbalı İkinci Fəxri xiyabanda dəfn olunub. Butov.az xəbər verir ki, dəfn mərasimindən görüntüləri ilahiyyatçı Hacı Şahin Həsənli özünün sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

[center]









14-09-2022, 01:36
ABŞ səfirliyində bomba həyəcanı


ABŞ səfirliyində bomba həyəcanı

Bu gün axşam saatlarında ABŞ-ın Gürcüstandakı səfirliyinin binasında bomba həyəcanı yaşanıb. Butov.az xəbər verir ki, naməlum şəxs 112 çağrı mərkəzinə zəng vuraraq səfirliyin ərazisində partlayıcı qurğu qoyulması barədə məlumat verib. Səfirliyin əməkdaşları və mülki işçilər binadan dərhal təxliyə olunublar. Hadisə yerində Gürcüstan istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. ABŞ səfirliyi hüquq-mühafizə orqanları əməkdaşlarına məsələyə operativ müdaxilə etdiklərinə görə minnətdarlıq edib.
14-09-2022, 01:34
Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı


Nazirin məktubu Baş Assambleyanın sənədi kimi yayıldı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 23 avqust tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı Ermənistanın Azərbaycan ərazilərinin minalanması və davam edən digər qanunsuz hərbi faəliyətlərinə dair məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məktubda, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş külli miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub. Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub. Üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.
14-09-2022, 01:31
50 hərbçimiz şəhid olub


50 hərbçimiz şəhid olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq", - nazirliyin yaydığı məlumatda qeyd olunub.
13-09-2022, 19:53
Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi


Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi

13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən verilən xəbərə görə, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib. Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb. Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
13-09-2022, 19:52
Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident


Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident

Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən zaman deyib. Dövlət başçısı baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
13-09-2022, 19:49
Ermənistan atəşkəsi pozdu - Rəsmi


Ermənistan atəşkəsi pozdu - Rəsmi

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
13-09-2022, 19:48
Rusiya İran PUA-larından istifadə etməyə başladı


Rusiya İran PUA-larından istifadə etməyə başladı

Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Butov.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb. PUA-nın qalıqları İranın "Şahed -136" adlı kamikadze PUA-larına oxşayır. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir. "Şahed-136" 2000 km məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur. Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb.


13-09-2022, 19:46
İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək


İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin sammit çərçivəsində Prezident İlham Əliyev ilə yanaşı, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!