TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
13-09-2022, 19:07
Borrel Ceyhun Bayramova zəng edib


Borrel Ceyhun Bayramova zəng edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub. Bu barədə Avropa İttifaqının nümayəndəsi "Twitter" hesabında paylaşım edib. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə əlaqə saxlayırıq. Eyni zamanda Şarl Mişel hər iki ölkənin liderləri ilə də əlaqə saxlayır", - o bildirib.
13-09-2022, 19:05
Putin gərginliyin azalmasına çalışır


Putin gərginliyin azalmasına çalışır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması üçün hər cür səy göstərir. “Təbii ki, burada Rusiya Federasiyasının, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün hər cür səy göstərir. Bu səylər davam edir”, - Peskov jurnalistlərə bildirib.
Gecə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Onlar Ermənistan və Azərbaycan sərhədində münaqişənin gərginləşməsini müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Vladimir Putinin çərşənbə axşamı günortadan sonra bir neçə telefon danışığı aparacağı gözlənilir. “Günorta saatlarında bir neçə telefon danışığını istisna etmirik”, - Peskov bildirib. O, həmçinin deyib ki, dövlət başçısı üçün qeyri-ictimai görüşlər və hesabatlar nəzərdə tutulub.
13-09-2022, 19:03
Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb


Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıb

Bu tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 9 tələbə qəbul olunub. Butov.az xəbər verir ki, 2022/2023-cü tədris ilində Akademiyaya qəbul olan 29 tələbə – qəbul olmuş tələbələrin 20 faizdən çoxu 600-dən çox bal toplayıb. Bunlardan 12 nəfəri İnformasiya təhlükəsizliyi, 9 nəfəri “İnformasiya texnologiyaları” ( tədris ingilis dilində), 7 nəfəri “Hüquqşünaslıq”, 1 nəfəri isə “Beynəlxalq ticarət və logistika” (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 656,9 balla İnformasiya texnologiyaları ixtisası üzrə İsmayılov Rüfət toplayıb. Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə "Gömrük işi" və "Beynəlxalq iqtisadi hüquq" ixtisaslarına qəbul aparılıb. Qeyd edək ki, 2022/2023-cü tədris ilindən etibarən “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədrisin ingilis dilində təşkil olunacağı qruplara tələbə qəbul edilib.
13-09-2022, 19:01
Vətən Müharibəsinin 5 medallı giziri şəhid oldu...


Vətən Müharibəsinin 5 medallı giziri şəhid oldu...

Azərbaycan Ordusunun giziri şəhid olub. Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında sərhəddə törətdiyi təxribatlar nəticəsində XTQ-nin giziri Səid Həsənov şəhidlik zirvəsinə yüksəlib. Səid Həsənov Cəlilabad rayonun Əsədli kəndində anadan olub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S.Həsənov sağlığında "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb. Allah rəhmət eləsin!




13-09-2022, 18:57
Prezident sərəncam verdi


Prezident sərəncam verdi

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
13-09-2022, 18:56
Türkiyə Azərbaycanın yanındadır - Kalın


Türkiyə Azərbaycanın yanındadır - Kalın

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Twitter" hesabında paylaşım edib. "Danışıqlar davam edərkən, Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır”, - Kalın vurğulayıb.
13-09-2022, 18:54
Çavuşoğlu Ermənistana ultimatum göndərdi


Çavuşoğlu Ermənistana ultimatum göndərdi

“Ermənistan bilməlidir ki, Azərbaycan olmadan Ankara ilə İrəvan arasında əlaqələr normallaşmayacaq. Amma Ermənistan hələ də təxribatlarını davam etdirir". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Amma dünya buna heç bir şey etmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi. Bu, yolverilməzdir. Türkiyə isə hər zaman Azərbaycanın yanındadır", - deyə XİN rəhbəri vurğulayıb.
13-09-2022, 18:53
Lerikli hərbçi şəhid olub - İki ay öncə ailə qurmuşdu...


Lerikli hərbçi şəhid olub - İki ay öncə ailə qurmuşdu...

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu şəhid olub. Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində DSX-nın baş çavuşu Şəmistan Əbdülağa oğlu Sadıxov şəhidlik zirvəsinə yüksəlib. Şəhid Şəmistan Sadıxov Lerik rayonun Əvilə kəndində anadan olub. Qeyd edək ki, Ş.Sadıxov iki ay öncə ailə həyatı qurmuşdu. Allah rəhmət eləsin!



13-09-2022, 18:50
Mirzoyan yenə Lavrova zəng etdi


Mirzoyan yenə Lavrova zəng etdi

Sentyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən “Armenpress”ə verilən məlumata görə, nazir Mirzoyan Lavrovla Azərbaycanla dövlət sərhədində yaranmış gərginliyi müzakirə edib. Ararat Mirzoyan Ermənistan Respublikasının atdığı addımlar barədə məlumat verib. O, Lavrova Azərbaycan tərəfinin hərəkətlərindən şikayətlənib. A.Mirzoyan sərhəddə yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət etdiklərini vurğulayıb.
13-09-2022, 18:47
Ermənistan-Azərbaycan arasında atəşkəs elan edilib - Rəsmi


Ermənistan-Azərbaycan arasında atəşkəs elan edilib - Rəsmi

Ermənistan-Azərbaycan sərhədində gərginliyi dayandırmaq üçün bu gün səhər saat 9:00-da atəşkəs elan edilib. Bunu Ria Novosti-yə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib. O qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin işi nəticəsində nail olunub. "Axşam və gecə Rusiya Xarici İşlər Nazirliyinin də iştirakı ilə intensiv iş gedirdi. Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır", - Karasin bildirib. Qriqori Karasinin sözlərinə görə, Ermənistanın baş naziri N.Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutduğu üçün vəziyyət nisbətən sakit, dinc kursa keçirilib, o, qarşıda çox iş olacağını söyləyib. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi də tərəflərə çağırış edib. XİN Ermənistan və Azərbaycanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında verdiyi bəyanatlara uyğun olaraq münaqişənin daha da gərginləşməsindən çəkinməyə və atəşkəs rejiminə riayət etməyə çağırıb. “Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq.”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bundan əlavə, XİN vurğulanıb ki, sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən hədsiz narahat olublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!