17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
13-09-2022, 18:45
Sərhəddə baş verənlərin gerçək səbəbləri...


Sərhəddə baş verənlərin gerçək səbəbləri...

“Ermənistan özü təxribatlara əl atır, atəşkəsi pozur, ardınca isə dərhal Rusiya, Fransa və digər ölkələrin rəhbərlərinə çağırış edib, atəşin dayandırılması üçün yalvarır”. Bu sözləri Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O qeyd edib ki, Ermənistan mövqelərimizi ələ keçirməyə cəhd etsə də, onların atəş nöqtələri ordumuz tərəfindən məhv edilib: “Sentyabrın 13-ü 00:15-dən başlayaraq Ermənistan hərbçiləri Daşkəsən, Laçın, Kəlbəcər istiqamətində yüksəkliklərimizdə olan mövqelərimizi atəşə tutub. Eyni zamanda mövqelər arasında olan əraziləri minalayaraq, postlarımıza tərəf iriçaplı silahlardan, minomyotlardan atəş açıb. Bundan sonra Azərbaycan Ordusu adekvat cavab verməklə, düşmənin təxribat törətdiyi nöqtələri məhv edib, bir sıra yüksəklikləri ələ keçirib. Təəssüf ki, itkilərin, yaralıların olması istisna deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Deputat hazırda sərhəddə əməliyyatların davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, təxribatı başladan Ermənistan rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə və digər ölkə rəhbərlərinə zəng edərək, atəşin dayandırılması üçün çağırışlar edib. Maraqlısı budur ki, atəşkəsi pozan, təxribatlara cəhd edən də özləridir, müxtəlif dövlət rəhbərlərinə yalvarışlar edərək, dayandırılmasını istəyənlər də. “Ermənistanın sərhəddə təxribat törətməsində məqsəd delimitasiya, demarkasiya prosesləri üçün yaradılan komissiyanın işini pozmaqdır. Ermənilər nəyin bahasına olursa, olsun “status-kvo”nu saxlamaq istəyirlər. Onlar həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini və müxtəlif ölkələri proseslərə cəlb etmək, artıq öz missiyasını başa vurmuş, ölü qüvvəyə çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən diriltmək niyyətindədirlər. Bu, ermənilərin xislətidir. Sülhdən yayınmaq üçün bütün vasitələrə əl atırlar. Həm daxili, həm də xarici proseslərdən irəli gələn addımlara məcburdurlar. Ermənistanın daxilində Nikol Paşinyanla hesablaşma yoxdur, “Qarabağ klanı” dirçəlməyə başlayır, hadisələrdə Paşinyanı günahlandırırlar. Bütün hallarda Azərbaycan Ordusu öz gücünü göstərdi və göstərməkdə davam edir”, - deputat sərhəd olayından danışıb. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

13-09-2022, 18:41
Zakir Həsənov və Akar sərhəd təxribatından danışdılar


Zakir Həsənov və Akar sərhəd təxribatından danışdılar

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. Cənab H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Telefon danışıqları zamanı hər iki qardaş ölkənin müdafiə nazirləri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.
13-09-2022, 18:39
Tbilisi Bakı və İrəvan arasında vasitəçi olmaq istəyir


Tbilisi Bakı və İrəvan arasında vasitəçi olmaq istəyir

Gürcüstan Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoyulmasında maraqlıdır və vasitəçi rolunu oynamağa hazırdır. Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib. “Hamının əsas vəzifəsi silahlı münaqişəyə son qoymaqdır. Gürcüstan buna hər cür töhfə verəcək. Əgər Gürcüstan və gürcü rəsmilər bu məsələdə hər hansı rol oynaya bilərsə, əlbəttə, biz buna hazırıq”,- Kobaxidze vurğulayıb. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:37
Nəvə nənəsinin kartından 1110 manat oğurlandı


Nəvə nənəsinin kartından 1110 manat oğurlandı

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə sentyabrın 7-də Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
13-09-2022, 18:34
"Nizami"nin işıqlandırma sistemi yenidən qurulur


"Nizami"nin işıqlandırma sistemi yenidən qurulur

"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında texniki tələblərə cavab verməyən, stansiyanın estetik görkəminə uyğun gəlməyən işıqlandırma sistemi yenidən qurulacaq. Bunu qurumun sədr müavini Hidayət Məmmədov bildirib. H.Məmmədov deyib ki, yenidənqurma sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə saatlarında həyata keçiriləcək: "Gündüz stansiya yolunun işıqlandırılmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat şəbəkə qurulub. İşlər çərçivəsində stansiya yolunda kosmetik işlər də aparılacaq. Buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncvinin ölməz sənət əsərlərindən ibarət pannolar orijinal görkəminə qaytarılıb. Həmin vaxt stansiyanın orta zalının işıqlandırılma sistemi də yenidən qurulub".
13-09-2022, 18:32
Paşinyan indi də İbrahim Rəisiyə zəng etdi


Paşinyan indi də İbrahim Rəisiyə zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, Paşinyan Rəisini Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb. İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib. İran Prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır. Onun sözlərinə görə, İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur. İbrahim Rəisi, həmçinin ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:31
Paşinyan 49 erməni hərbçinin öldüyünü açıqladı


Paşinyan 49 erməni hərbçinin öldüyünü açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında sərhəddə baş vermiş toqquşmalar nəticəsində ölən hərbçilərin sayını açıqlayıb. Paşinyan bu barədə parlamentdə çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, Ermənistanın itkilərinin sayı azı 49 nəfərdir. İtkilərin artacağı istisna edilmir. Paşinyan, həmçinin sərhəddə vəziyyətin nisbətən sabitləşdiyini vurğulayıb. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:28
İran XİN-dən Bakı və İrəvana çağırış


İran XİN-dən Bakı və İrəvana çağırış

İran Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün istənilən yardımı göstərməyə hazırdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib. "İki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllində ölkəmiz hər cür yardıma hazırdır", - deyə Kənani Bakı və İrəvana kömək təklifi edib. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:27
Papikyan və Şoyqu sərhəddəki vəziyyəti müzakirə edib


Papikyan və Şoyqu sərhəddəki vəziyyəti müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyquya zəng edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Tərəflər Ermənistan-Azərbaycan sərhəddəki vəziyyəti müzakirə ediblər. Rusiya müdafiə naziri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılacağını bildirib. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:25
Aİ-dən sərhəddəki gərginliyə reaksiya


Aİ-dən sərhəddəki gərginliyə reaksiya

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər və intensiv atəşlər dərhal dayandırılmalıdır. Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!