Ermənistanın itkiləri ilə bağlı rəqəmlər açıqlandı
Gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmalar nəticəsində erməni tərəfi itkilər verib. Bu gün Ermənistan mətbuatı itkilərlə bağlı ilkin məlumatları yayıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblar. Ölənlərin sayı hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozduğu, bununla da aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılan bir zaman, hərbi gərginliyin artmasında maraqlı olmadığı ABŞ tərəfinə bildirilib. Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində ciddi panika yaşanır. Butov.az xəbər verir ki, sərhəd ərazilərdəki bəzi kəndlərin boşaldılması haqda məlumatlar dolaşır. Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, cənub istiqamətində, xüsusilə Qafan şəhəri yaxınlığında yerləşən kəndlərin sakinləri təcili evlərini tərk edirlər. Sərhəddə baş verən hərbi qarşıdurmadan sonra erməni əhalisinin köçürülməsinə başlanıldığı deyilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ağır itkilər verib.
Erməni təxribatı Türkiyə ilə münasibətlərə də zərbə vuracaq
Ermənistan savaşı qazana bilməyəcəyini anlayır. Məqsəd bu cür təxribatlar törətməklə sülhə zərbə vurmaqdır. Bunu İstanbul Aydın Universitetinin müəllimi, türkiyəli siyasi şərhçi Alihan Limonçuoğlu Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarını şərh edərkən deyib. “Ermənistanın təxribatı Türkiyə ilə münasibətlərin normallaşmasına da zərbə vuracaq”, - deyə türkiyəli ekspert bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Rusiyanın 670 milyon dollarlıq texnikası məhv edilib
Ukrayna ordusu 6-11 sentyabr tarixlərində Rusiyanın 670 milyon dollar dəyərində hərbi texnikasını məhv edib. Bu barədə "Forbes" jurnalı məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hesabat dövründə Rusiyaya məxsus 590 ədəd texnika məhv edilib. Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Son günlər Ukrayna ordusu bəzi istiqamətlərdə uğurlu əməliyyatlar keçirərək, üstünlük qazanıb.
Ermənistan itkilərini etiraf edir: Ölən və yaralılar var
Ermənistan Müdafiə Nazirliyi ordunun itkiləri ilə bağlı açıqlama yayıb. Bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan bildirib. “Azərbaycanla sərhəddə baş vermiş hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var” - Torosyan deyib. O, hazırda itki sayının dəqiqləşdirildiyi vurğulayıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistanın baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün hökumət evinə gəlib. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, İrəvandakı hökumət evinin ətrafında polis qüvvələri cəmləşib. Yaxın dəqiqələrdə hökumətin təcili iclasının başlaması gözlənilir. Məlumata görə, ardınca Ermənistan Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.
Ermənistan niyə təxribata əl atdı? - Korotçenko səbəbini açıqladı
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın sərhəddə törətdiyi hərbi təxribatlara münasibət bildirib. Butov.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında yazıb. “Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Tamamilə aydındır”, - Korotçenko deyib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Düşmənin atəş nöqtələri neytrallaşdırılır - Son vəziyyət
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. "Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır", - rəsmi məlumatda qeyd olunub.