Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
13-09-2022, 02:21
Müdafiə Nazirliyi müraciət yaydı


Müdafiə Nazirliyi müraciət yaydı


Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Butov.az xəbər verir ki, müraciətdə deyilir: "Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir".
13-09-2022, 02:10
Ordumuz mülki infrastrukturu hədəfə almır - Rəsmi


Ordumuz mülki infrastrukturu hədəfə almır - Rəsmi

Erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.
13-09-2022, 02:08
Hərbi təyyarəmizin vurulması xəbəri yalandır


Hərbi təyyarəmizin vurulması xəbəri yalandır

Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
13-09-2022, 02:07
Ermənilərin təxribatı nəticəsində itkilərimiz var


Ermənilərin təxribatı nəticəsində itkilərimiz var

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, nəticədə şəxsi heyət arasında itkilər var, həmçinin hərbi infrastruktura ziyan dəyib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
13-09-2022, 02:05
Ermənistan genişmiqyaslı təxribat törətdi - Cavab tədbirləri görülür


Ermənistan genişmiqyaslı təxribat törətdi - Cavab tədbirləri görülür

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. Ermənistan bu kimi əməlləri ilə eləcə də Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
12-09-2022, 21:20
Op.Dr. Türkan Gündüzün yeni kitabının təqdimatı keçirildi

Op.Dr. Türkan Gündüzün yeni kitabının təqdimatı keçirildi

Avropa və Türkiyə Koloproktoloji Cəmiyyətinin üzvü, Bakıda fəaliyyət göstərən "City Hospital"da və Türkiyədə cərrah-proktoloq kimi fəaliyyət göstərən Türkan Gündüzün "Düz bağırsağın xoşxassəli xəstəlikləri və onların müasir müalicə üsulları" adlı müasir tibb elminin proktologiya sahəsində əldə etdiyi nailiyyətlər əsasında yazılmış kitabının təqdimatı keçirildi.

Təqdimatda tanınmış həkimlər, tibb işçiləri, Türkan xanımın həmkarları, tələbə yoldaşları, ailə üzvləri, pasientləri, ictimai təşkilatların nümayəndələri, media işçiləri və digər şəxslər iştirak edirdilər.

Təqdimatı açıq elan edən aparıcı Nazilə Səfərli həkim-proktoloq Türkan Gündüzün fəaliyyəti haqqında qısa məlumat verdi, təqdimat iştirakçılarına belə önəmli bir gündə Türkan xanımın yanında olduqlarına görə minnətdarlıq etdi. Sonra Türkan Gündüzün fəaliyyətini əks etdirən video-çarx iştirakçılara təqdim edildi.

Video-çarxın nümayişindən sonra söz op.dr.Türkan Gündüzə verildi. O, təqdimata gələnlərə təşəkkür edib kitab barədə geniş məlumat verdi. Türkan xanım dedi ki, uzun illərin axtarışlarından sonra bir mütəxəssis kimi bu kitab vasitəsilə özümə hesabat vermək qərarına gəldim. Təbii ki, belə bir kitab ərsəyə gətirmək asan deyil, böyük məsuliyyət və əzm tələb edir. 4 ildir ki, kitab üzərində çalışırdım.

Kitabın çap olunmasının əsas səbəbinin proktologiyada müasir avadanlıqlarla həyata keçirilən əməliyyat metodları haqqında geniş məlumat vermək istəyi olduğunu bildirən Türkan Gündüz belə bir gündə onu tək qoymayan istirakçıların hər birinə öz dərin təşəkkürünü bildirdi. Ona bir həkim-cərrah kimi yetişməsində və fəaliyyətində hər zaman dəstək olan ailə üzvlərinə və həyat yoldaşına təşəkkür etməyi də unutmadı.

Daha sonra müxtəlif xəstəxanaların həkimləri, direktorları, Türkan xanımı uzun illərdən bəri bacarıqlı həkim və dəyərli insan kimi tanıyan şəxslər çıxış edərək öz arzularını bildirdilər, Türkan xanıma təbriklərini çatdırdılar. Çıxışlarda təqdim olunan kitabın op.dr. Türkan Gündüzün uzun müddətli elmi araşdırmalarının və iş təcrübəsinin məhsulu olduğundan, Tibb Universitetinin tələbələri, gənc koloproktoloq və həkimlər üçün faydalı tibbi kitab kimi yüksək dəyərindən danışıldı, Türkan xanıma yeni-yeni uğurlar arzulandı.

Tədbirdə Dəmir Yumruq Alfa-A cəmiyyətinin sədri Ülviyyə Vasif qızı və Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərləri də çıxış etdilər. Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri f.ü.f.d.Səkinə Bayramova və həmsədri f.ü.f.d.,dos.Yeganə Qəhrəmanova öz çıxışlarında Şərqdə və Azərbaycanda hələ ən qədim dövrlərdən tibb elminin inkişaf etdiyini, Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən bacarıqlı mütəxəssisləri arasında Türkan xanımın bir qadın kimi fəaliyyətindən qürur duyduqlarını bildirdilər.

Sonra Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi və İctimai Xəbər Agentliyi adından proktoloq op.dr.Türkan Gündüzə fəxri fərman və diplomlar təqdim olundu.

Qeyd edək ki, Op.Dr. Türkan Gündüz hazırda Bakıda "City Hospital"da çalışır. Bununla bərabər o, Türkiyədə də proktoloq-həkim kimi fəaliyyət göstərir.

Türkan xanım şəhid ailələrini, qaziləri, imkansız ailələri də unutmur. Onlar üçün əməliyyatları tamamilə ödənişsiz edir. Onlarla xəstə həkim Türkan gündüzün təmənnasız əməliyyatları sayəsində şəfa tapmışdır.

Məlumat üçün bildirək ki, Türkan Gündüz 26.08.1982-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuş, 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə universiteti bitirib.

2010-2012-ci illərdə Türkiyənin Konya Universitetinin Meram Tibb fakültəsində cərrahiyyə, eləcə də proktologiya ixtisasına yiyələnmişdir. 2011-2015-cü illərdə Ankara Tibb və Ankara Qazi Universitetində Cərrahiyyə və Proktologiya üzrə müasir əməliyyatların ən son üsullarla icrasını öyrənmiş, həmin illərdə Azərbaycana dönərək öz ixtisası üzrə fəaliyyət göstərməyə başlamışdır.

2015-ci ildə Antalyada Turk Koloproktoloji Konqresində iştirak etmiş, və İtaliyanın Milan şəhərində keçirilən Ümumdünya Konqresinda iştirak etmişdir. 2016-cı ildə o həm də Avropa Koloproktoloji Cəmiyyətinin üzvü seçilmiş, 2019-cu ildə İtaliyada, Almaniyada, Türkiyədə koloproktologiya cərrahiyyəsi üzrə kurs keçmişdir. 2021-ci ildə Türkiyənin Koloproktoloji konfransında iştirak etmiş, sertifikat almışdır. Op.Dr.Türkan Gündüz həmçinin bir sıra yerli və xarici elmi jurnallarda çap olunan məqalələrin müəllifidir.

Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Rasafil Bayramov
İctimai Xəbər Agentliyinin və ATA TV-nin baş direktoru, ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri
12-09-2022, 21:10
Güləşçimiz erməniyə qalib gəldi


Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb. Butov.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb. Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
12-09-2022, 21:08
Avropa Krımdakı seçkiləri tanımayacaq


Avropa Krımdakı seçkiləri tanımayacaq

9-11 sentyabr tarixlərində Rusiya işğal olunmuş Krım və Sevastopolda qanunsuz seçkilər keçirməyi planlaşdırır. Butov.az xəbər verir ki, Avropa İttifaqı seçkiləri tanımayacağını elan edib. “Avropa İttifaqı Krım və Sevastopolda seçkilərin keçirilməsini və onların nəticələrini tanımır. Bu seçkilər zamanı qeyri-qanuni ilhaq edilmiş Krım yarımadasında “seçilmiş”lərin heç biri Krım və Sevastopol əhalisini “təmsil etmək” iddiasında olanların legitimliyi və iradəsi yoxdur”, – Avropa Xarici Fəaliyyət Xidmətinin saytında yer alan məlumatda qeyd olunub.
12-09-2022, 21:06
Türkiyə ordusu yüzlərlə terrorçunu məhv edib


Türkiyə ordusu yüzlərlə terrorçunu məhv edib

İraqın şimalında davam edən "Pəncə-Kilid" əməliyyatında indiyədək Türkiyə ordusu 400-dən çox sığınacaq və mağaranı məhv edib. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir İraqın şimalında həyata keçirilən əməliyyat çərçivəsində 371 terrorçunun zərərsizləşdirildiyini bildirib. "Mehmetçik əvvəllər "əlçatmaz" deyilən anlayışı məhv edib. Şükürlər olsun ki, "əlçatmaz" deyilən bütün yerlərə daxil olmuşuq", - deyə Akar qeyd edib.
12-09-2022, 21:04
Metroda sərnişin stansiya yoluna düşdü


Metroda sərnişin stansiya yoluna düşdü

Metronun "Elmlər Akademiyası" stansiyasında bir sərnişin stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib. Bu barədə "Bakı Metripoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində kişi sərnişin saxlanılıb və o, qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və problem qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!