Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-09-2022, 17:47
ABŞ və Ermənistan arasında sərhəd müzakirəsi


ABŞ və Ermənistan arasında sərhəd müzakirəsi

Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ müdafiə nazirinin müavini Kolin Kahl ilə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər. ABŞ müdafiə nazirinin müavini regionda uzunmüddətli sülh və sabitliyə nail olunmasının vacibliyini vurğulayıb.
9-09-2022, 17:45
Rusiyanın daha 660 hərbçisi öldürülüb


Rusiyanın daha 660 hərbçisi öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə itkilərini açıqlayıb. Butov.az xəbər verir ki, Baş Qərargahın səhər saatlarında yaydığı məlumata görə, son sutkada Rusiyanın 660 hərbçisi zərərsizləşdirilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900 nəfərə çatıb. Eyni zamanda Rusiyanın 2122 tankı, 4575 zirehli döyüş maşını, 1237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopteri, 888 PUA, 214 qanadlı raketi sıradan çıxarılıb. Qeyd edək ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasından 197 gün ötür.
9-09-2022, 17:42
Şarl Mişel ermənilərin azad edilməsinə sevindi


Şarl Mişel ermənilərin azad edilməsinə sevindi

Brüsseldəki müzakirələrdən sonra daha beş erməni hərbçisinin Bakı tərəfindən Ermənistana təhvil verilməsi alqışalayiqdir. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib. "Təhvil ikitərəfli qaydada həyata keçirilir. Bu addım təqdirəlayiqdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli üçün əsas prioritetdir", - deyə Mişel sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.
9-09-2022, 17:40
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-09-2022, 17:38
14 mindən çox müharibə əlilinə birdəfəlik ödəmə verilib


14 mindən çox müharibə əlilinə birdəfəlik ödəmə verilib

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, dövlət icbari şəxsi sığortası üzrə 2 minə yaxın şəxsə sığorta ödənişi edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumatda bildirilib. Qeyd edilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 14 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb. Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib. Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən, 3 minədək ailə psixoloji dəstək və ödənişsiz dərman, 2600 şəxs reabilitasiya xidmətləri, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 ədəd yüksək texnologiyalı müasir protez, 1582 müharibə əlili 24300 reabilitasiya vasitəsi ilə təmin olunub. 13 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 53 mindən çox şəxsə xidmətlər göstərilib. Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 117 min şəxsi əhatə edib, onlara 232 min sosial dəstək xidməti göstərilib.
9-09-2022, 17:35
ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq etdi


ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq etdi

ABŞ Rusiyaya pilotsuz uçuş aparatlarını tədarük edən və onların istehsalı ilə məşğul olan İran şirkətlərinə, eləcə də şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dörd İran şirkəti və fiziki şəxs sanksiyalara məruz qalıb. Rus hərbçilərinin İran və Rusiya arasında uçuşunu həyata keçirən Tehrandakı "Safiran Airport Services" şirkəti də ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. ABŞ-da sanksiyalara məruz qalan fiziki və ya hüquqi şəxslərin əmlakı bloklanacaq.
9-09-2022, 00:12
Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova


Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova

Rusiya tərəfi yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, Bakı və Yerevan arasında vətəndaş cəmiyyətləri xətti ilə təmasların möhkəmlənməsinə çox böyük əhəmiyyət verir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının icrası üçün bütün səviyyələrdə tam həcmdə səy göstərir. “Bu, Cənubi Qafqazda möhkəm sülhün formalaşması üçün şərtləri təmin edir və təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”, - deyə XİN rəsmisi vurğulayıb.
9-09-2022, 00:10
Azərbaycan 5 erməni hərbçini təhvil verdi


Azərbaycan 5 erməni hərbçini təhvil verdi

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:
- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;
- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.
9-09-2022, 00:09
Britaniya kraliçası vəfat etdi


Britaniya kraliçası vəfat etdi

Böyük Britaniya Kraliçası II Elizabet vəfat edib. Bu barədə Bukinqem sarayı rəsmi məlumat yayıb. 96 yaşlı Kraliça Şotlandiyadakı Balmoral qəsrində dünyasını dəyişib. Qeyd edək ki, onun 73 yaşlı böyük oğlu Çarlz avtomatik olaraq Böyük Britaniyanın kralı olub.
9-09-2022, 00:07
Xovayev sülh müqaviləsi üçün Bakıya gəldi


Xovayev sülh müqaviləsi üçün Bakıya gəldi

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edib. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gəlib. Zaxarovanın sözlərinə görə, yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!