Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-09-2022, 00:05
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1326 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 342, ikinci doza vaksinlərin sayı 181 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 692-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 111 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 869 566 olub.

9-09-2022, 00:04
Sağalma sayı yoluxmanı keçdi - 5 nəfər öldü


Sağalma sayı yoluxmanı keçdi - 5 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 816 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 115 nəfər müalicə olunaraq sağalıb, hazırda 3027 aktiv xəstə var. Bu günə qədər 9 843 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3772, bu günə qədər isə ümumilikdə 7 184 639 test icra olunub.

9-09-2022, 00:02
Prokurorluq jurnalistə xəbərdarlıq edib


Prokurorluq jurnalistə xəbərdarlıq edib

Bəzi din xadimlərinin qanunazidd mülahizələrinin sosial mediada yayılması səbəbindən bir sıra şəxslərə, o cümlədən cəbhə.info xəbər portalının sahibi, eyni adlı MMC-nin təsisçisi və direktoru Becanov Rəfail Zəkəriyyə oğluna “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan cəmiyyətinin dünya ölkələri üçün sərgilədiyi multikulturalizm və tolerantlıq nümunəsi əsirlər boyu müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluğu və sabit ünsiyyəti üzərində qurulub. "Son dövrlərdə Azərbaycan xalqının tarixi dini ənənələrinə zidd olan sözdə məzhəbarası mübahisələrin çirkin məzmununun sosial şəbəkələrə çıxarılması insanlar arasında təşviş və narahatçılığa səbəb olur. Azərbaycan cəmiyyətinə xas olmayan, ölkəmizdə formalaşmış nikah və ailə dəyərlərinə zidd olan bəzi coğrafi bölgələrin qədim ənənələrinin islam pərdəsi altında insanlara aşılanması cəhdləri müşahidə olunur. Azyaşlı qızların “dini nikah”a zorla daxil edilməsi və onlarla münasibətlərin qurulması Azərbaycan Konstitusiyası və ölkə qanunveriliciyinin tələblərinə zidd olmaqla insan hüquqlarının birbaşa pozulmasıdır", - deyə açıqlamada bildirilir. Baş Prokurorluq vətəndaşlara müraciət edərək bildirir ki, dünyəvi dövlət daxilində dini etiqadlar arasında mövcud əmin-amanlıq şəraitinə xələl gətirən şəxslərin qanunsuz əməllərinin qarşısının alınması qətiyyətlə davam etdiriləcək və qanunvericiliklə nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək.
9-09-2022, 00:00
Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər


Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
8-09-2022, 23:27
İlham Əliyev Türkiyə ilə bağlı sərəncam imzaladı


İlham Əliyev Türkiyə ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 6 mart 2007-ci il tarixli sərəncamında dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın tərkibinə "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.
8-09-2022, 23:25
Kraliça II Elizabetin səhhəti pisləşib


Kraliça II Elizabetin səhhəti pisləşib

Böyük Britaniya kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Butov.az xəbər verir ki, həkimlər kraliçanın sağlamlığından narahat olduqları üçün onun Balmoral sarayında tibbi nəzarət altında qalmasına qərar veriblər. “Hərtərəfli müayinədən sonra kraliçanın həkimləri onun səhhətindən narahat olublar və həkim nəzarəti altında qalmasını tövsiyə ediblər”, - açıqlamada deyilir. Qeyd edək ki, Kraliça Şəxsi Şuranın iclasını təxirə salıb.
8-09-2022, 23:23
Agentliyin Nizamnamə fondu təsdiqlənib


Agentliyin Nizamnamə fondu təsdiqlənib

Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib. Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə fondu 5 milyon 642 min 390 manat müəyyənləşdirib. Nazirlər Kabineti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Maliyyə Nazirliyinə Fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.
8-09-2022, 23:20
QHT nümayəndələri Şuşada


QHT nümayəndələri Şuşada

Bu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfəri başlayıb. Butov.az-ın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq. Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər. QHT nümayəndələri səfərin sonunda bir daha Müzəffər Ali Baş Komandana Şuşaya təşkil edilən səfərə, habelə şəhərdə aparılan bərpa və quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.
8-09-2022, 23:18
Paşinyan yenə nala-mıxa vurdu: “Azərbaycanla mövqeyimiz üst-üstə düşmür”


Paşinyan yenə nala-mıxa vurdu: “Azərbaycanla mövqeyimiz üst-üstə düşmür”

Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşüb. Butov.az xəbər verir ki, N.Paşinyan icma üzvlərinin suallarını cavablandırıb. Baş nazir Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşünü, eləcə də Qarabağ probleminin həlli, regional infrastrukturların blokadadan çıxarılması və Azərbaycanla sərhədin demarkasiyası imkanlarını təqdim edib. Nikol Paşinyan əminliklə bildirib ki, regional kommunikasiyaların açılması mütləq Ermənistanın xeyrinə olacaq. “İqtisadi fəaliyyətlə məşğul olanlar deyə bilər ki, rabitə, dəmir yolu, avtomobil yollarının olması nə qədər şeyi dəyişir. Biz bu yaxınlarda ərzaq qiymətləri ilə bağlı sorğu keçirdik. Sorğu göstərdi ki, Ermənistanda ərzaq orta hesabla bir çox ölkələrlə müqayisədə bahadır. Problemin nə olduğunu anlamağa çalışdıqda isə bu gün daha da kəskinləşən nəqliyyat probleminə gəlirik. Bilirsiniz ki, Ukrayna ətrafında baş verən hadisələrə qədər nəqliyyatda qiymətlər artıq qalxmışdı. Bunun nəticəsində biznes üçün də çətinliklər yaranır, lakin bütün bunlardan ilk növbədə istehlakçılar əziyyət çəkir”, - Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır. “Maşınlar Ermənistan, Gürcüstan və İrana girib-çıxa bilər, biz Azərbaycan və Türkiyə ilə eyni şeyin olmasının əleyhinə deyilik. Bu məsələ ilə bağlı yekun razılıq hələ əldə olunmayıb. Amma mən çox açıq şəkildə demək istəyirəm ki, bu məsələdə razılığa gəldikdən sonra biz marşrutların və yolların açılması məsələsini çox tez həll edəcəyik”, - Paşinyan vurğulayıb. Ermənistan və Azərbaycan dövlət başçılarının Avropa Şurası prezidentinin vasitəçiliylə Brüsseldə keçirdiyi üçtərəfli görüşündən danışan Paşinyan deyib ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb. “Söhbət Dağlıq Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Dağlıq Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür. Aydındır ki, bu mövqe, xüsusən də Rusiya Federasiyası tərəfindən paylaşılmır. Rusiyaya rəsmi səfərim zamanı Rusiya prezidenti ilə mən bəyanat imzaladıq ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq etməliyik. Yəni Rusiya qeyd edir ki, həlli vacib olan problem var. Bu da məntiqlidir, çünki problem olmasaydı, Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri olmazdı”, - Paşinyan bildirib. O, həmçinin əlavə edib ki, Brüsseldə keçirilən görüşdə həm Ermənistan, həm də Azərbaycan sülhə nail olmaq istəklərini bəyan ediblər. Paşinyan qeyd edib ki, tamamilə hamı sülh istəyir, lakin hər kəsin öz anlayışı, şərtləri, nəticələri və sülh atmosferi var. Onun sözlərinə görə, burada münaqişələr yaranır.
8-09-2022, 23:14
Türk ordusu 8 terrorçunu zərərsizləşdirib


Türk ordusu 8 terrorçunu zərərsizləşdirib

İraqın şimalında uğurla davam edən Pəncə-Kilit Hərəkatı bölgəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını məhv etmək əzmində və əzmindədir. Qətiyyətlə davam edəcək! Dayanmayın, yorulmayın, mübarizəyə davam edin!", - açıqlamada bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!