Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-09-2022, 22:54
Avropa Bankının prezidenti Azərbaycana gəlir


Avropa Bankının prezidenti Azərbaycana gəlir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək. Butov.az-ın məlumatına görə, səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək. AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir. Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir. AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.
8-09-2022, 22:52
Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib


Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.
8-09-2022, 22:50
22 xarici səfir Putinin qəbuluna hazırlaşır


22 xarici səfir Putinin qəbuluna hazırlaşır

Sentyabrın 20-də Kremldə Rusiya prezidenti Vladimir Putinə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimi keçiriləcək. Bu barədə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. "Sentyabrın 20-də Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimi keçiriləcək. Məncə, 22-yə yaxın səfir artıq toplanıb", - Uşakov jurnalistlərə bildirib.
8-09-2022, 22:49
Bu 4 ölkə rusların girişinə qadağa qoyur


Bu 4 ölkə rusların girişinə qadağa qoyur

Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa sentyabrın 19-na keçən gecə qüvvəyə minəcək.Bu barədə cümə axşamı xarici işlər naziri Urmas Reinsalu bildirib. "Estoniyanın siyasi iradəsi ondan ibarətdir ki, sentyabrın 19-na keçən gecədən Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa qüvvəyə minəcək. Bu, Estoniyada vizası olan ruslara, eləcə də Avropa İttifaqının digər ölkələrində verilmiş vizalara aiddir. Litva, Latviya və Polşa da eyni andan qadağa tətbiq edəcək”, - Reinsalu Tallinndə hökumətin mətbuat konfransında vurğulayıb. O, ruslara müraciət edərək deyib: “Estoniyaya Şengen vizası ilə gəlməyin, burada xoş qarşılanmırsınız!”.
8-09-2022, 22:47
Ərdoğan Putini müdafiə etdi: Haqlıdır...


Ərdoğan Putini müdafiə etdi: Haqlıdır...

“Rusiya Prezidenti Vladimir Putin iradlarında haqlıdır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ukraynadan ixrac olunan taxıl kasıb ölkələrə getmir: “Taxıl zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik". Ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunda çıxışı zamanı bildirmişdi ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan Afrika ölkələrinə deyil, Avropa İttifaqı ölkələrinə daşınır. Putin bu səbəbdən Ukraynadan taxıl daşınmasının məhdudlaşdırıla biləcəyini diqqətə çatdırıb.
8-09-2022, 22:45
Blinken Kiyevə gizli səfər edib


Blinken Kiyevə gizli səfər edib

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynada səfərdədir. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Dövlət katibi paytaxt Kiyevə gəlib. Blinken səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcək. Qeyd edək ki, dövlət katibinin Kiyevə səfəri gizli təşkil olunub.
8-09-2022, 22:45
Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır


Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır

Salam hər kəsə sizlərə qısa məzmunda məlumat yazacam . İlk öncə onu deyim ki atam Quliyev Azad Novruz oğlu Qafanın Gərd kəndindəndir və illərlə Qafan şəhərində yaşayıb , anam rəhmətlik Vəliyeva Sürəyya Heydər qızı Qafanın Şabadin kəndindəndir o da ailəsi ilə xeyli müddət Qafan şəhərində yaşamışdır. Mən Quliyev Kamil Azad oğlu 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Sizə birbaşa bu paylaşdığım ZƏNGƏZUR loqosu haqda məlumat verəcəm. 1996-cı ildən Karate idman növü ilə məşğulam hal hazırda Milli komandanın idmançısı və ZƏNGƏZUR İDMAN MƏRKƏZİ - nin rəhbəriyəm. Loqomuzun açıqlaması Qafan sözünün mənasıdır;

Qaf (Qaf dağı) an isə (zirvəsində simurq quşu və ya qartal) 2015-ci ildən məşqçilik edirəm tələbələrim bir sıra beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmişdir. 2017 ci ildə Milli Karate Federasiyası KG FİGHT CLUB olaraq fəaliyyətə davam etdik bu yaxınlarda isə bütün idman növləri üzrə fəaliyyət göstərmək məqsədi və Qərbi Zəngəzuru, Qafanı bütün dünyada təmsil etmək və tanıtmaq məqsədi ilə rəsmi olaraq ZƏNGƏZUR İDMAN MƏRKƏZİNİ yaratdım. Hal hazırda Yasamal və Bakıxanovda filiallarımız fəaliyyət göstərir
8-09-2022, 22:44
Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi


Bu ölkə Putinin təhlükəsizliyinə təminat verdi

İndoneziya G20 sammitində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares RİA Novosti agentliyinə bildirib. "Bu il G20 sammitinə ev sahibliyi edəcək ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə ev sahibliyi edib - APEC, ASEAN, Şərqi Asiya Sammiti və s. Təbii ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə də sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir", - səfir deyib. Bundan əvvəl İndoneziya prezidenti Coko Vidodo bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak etməyi planlaşdırır.
7-09-2022, 20:34
Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı


Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı

Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. C.Bayramov həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib. Z.Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
7-09-2022, 20:32
Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib. Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!