6-10-2022, 23:04
Sumqayıt-Xırdalan-Bakı qatarlarının sayı artırılırSumqayıt-Xırdalan-Bakı istiqamətində yaranmış sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 10 oktyabr 2022-ci il tarixdən etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə hərəkət edən 08:00 qatarı bir reysə istifadə edilməklə saat 07:25-də Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə təyin edilir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bu səbəbdən Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilir və həmin tarixdən qatar Bakıdan saat 08:00 əvəzinə saat 08:45-də yola düşəcəkdir. Qatarın Gəncədən Bakıya gəlmə saatı mövcud qrafik üzrə qalacaq. Onu da qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Hazırda sərnişin sıxlığını aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində hissəvi dəyişiklik edilir və sərnişinlər bu barədə əlavə məlumatlandırılacaqdır. Xatırladaq ki, 06 oktyabr 2022-ci il tarixində səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının vaqonlarının birində havalandırma sistemində texniki nasazlıq baş verib və onun fəaliyyətində müəyyən fasilələr yaranıb. Mütəxəssislər baş vermiş texniki nasazlığı qısa müddətdə aradan qaldırmışdır.
6-10-2022, 23:01
Yoluxanların bugünkü sayı - Daha iki nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir. Son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.
6-10-2022, 22:59
“Bakı və İrəvanı bu məsələni bağlamağa çağırırıq” - ZaxarovaMoskva Bakı və İrəvanı saxlanılan şəxsləri “hamının hamıya” prinsipi ilə qaytarmağa çağırır.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.“Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar problemlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa – “hamının hanıya” düsturu ilə saxlanılanları geri qaytarmağa çağırır”, - Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında II Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiyanın birbaşa köməyi ilə ümumilikdə 147 əsir geri qaytarılıb: 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycana.
6-10-2022, 22:57
UEFA Azərbaycanın 7 klubuna pul ayırdıUEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ümumilikdə 519578 avro ödəniş edib.
Butov.az xəbər verir ki, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib. Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb."Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.
6-10-2022, 22:54
Əli Əsədov rusiyalı həmkarı ilə görüşdüAzərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb. Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.
6-10-2022, 22:52
Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilibBakının bəzi küçələrinə şəhid adlarının verilməsi ilə əlaqədar iş aparılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən küçə adları ilə bağlı Komissiyadan məlumat verilib. Komissiyanın sədr müavini Elmin İmanov bildirib ki, paytaxtın adları qəribə olan bəzi küçələrinin adı artıq dəyişdirilib:“Hazırda Bakının rayon icra hakimiyyətlərinə rəsmi məktublar daxil olur, müvafiq rayonların ərazisində bir sıra küçələrə şəhid adlarının verilməsi ilə bağlı iş davam etdirilir. Proses davam etdiyinə görə, bu gün əsas üstünlük verilən istiqamət orden və Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adı almış şəhidlərimizin adlarının əbədiləşdirilməsidir”. “Artıq xeyli küçənin adı dəyişdirilib. Şəhid valideynlərinin, ailələrin qaldırdığı məsələləri həssaslıqla qarşılayırıq. Amma bu yalnız qanunvericiliklə müəyyən edilir. İstənilən halda, araşdırmalarımız davam etdirilir və qəribə küçə adlarının daha bir hissəsinin dəyişdirilməsi də həyata keçirilə bilər”, - Komissiyanın sədr müavini qeyd edib.
6-10-2022, 22:49
İlham Əliyev, Ərdoğan və Paşinyan görüşdüÇexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub.
Butov.az xəbər verir ki, görüş Avropa Siyasi Birliyi liderlərinin sammitindən əvvəl baş tutub. Hər üç ölkənin liderləri ilk dəfə olaraq üçtərəfli formatda bir araya gəliblər.
6-10-2022, 22:47
ABŞ-dan Ukraynaya növbəti dəstəkABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Ukraynaya 55 milyon dollar yardım ayıracaq. Bu barədə Ukraynanın “Novoye Vremya” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, agentliyin rəhbəri Samanta Pauer Kiyevə səfəri zamanı bildirib ki, bu vəsait qış fəsli üçün Ukraynada istilik təchizatı infrastrukturunun hazırlanmasına sərf olunacaq. Qeyd edək ki, S.Pauer Ukraynada rəsmilər, jurnalistlər, gənc sahibkarlar və energetika işçiləri ilə görüşlər keçirəcək.
6-10-2022, 22:45
Klubdakı partlayışa görə tutulanlara hökm oxundu
Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, digər təqsirləndirilən Ruslan Məmmədova şərti cəza verilib. Ötən prosesdə prokuror Bakıda “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulovun 7 il 6 ay, Orxan Səfərli və Ruslan Məmmədovun isə 5 il 3 ay azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, hadisə bu ilin aprelində Səbail rayonunda baş verib. Belə ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb. Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib. İstintaq zamanı yanğın təhlükəsizli il qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi ilə bağlı qərar çıxarıb.
6-10-2022, 22:41
Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib"Ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər etmiş 19 nəfər axtarışa verilib". Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib."Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırki vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib", - qurum rəsmisi vurğulayıb.