Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
6-10-2022, 22:10
Rusiyanın daha 330 hərbçisi məhv edilib


Rusiyanın daha 330 hərbçisi məhv edilib

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 61 330 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, son sutka ərzində 330 rusiyalı hərbçi zərərsizləşdirilib. Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2449 tank, 5064 zirehli maşın, 1424 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1047 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 854 avtomobil və avtoçən, 134 xüsusi texnikadan ibarətdir. Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
6-10-2022, 22:08
Rusiyadan Azərbaycana 309 min nəfər gəlib


Rusiyadan Azərbaycana 309 min nəfər gəlib

Sentyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, ötən ay Azərbaycana 158 803 əcnəbi səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz çoxdur. Belə ki, ötən ilin sentyabrında ölkəyə 72 688 nəfər gəlib. Bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkəyə 1 162 949 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 9 ayında ölkəyə 515 280 xarici turist səfər etmişdi. Ən çox turist isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandan (5432) gəlib. Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 29,07, Türkiyə üzrə 18,58, Yaxın Şərq üzrə 11,35, İran üzrə 10,53, Cənubi Asiya üzrə isə 9,32 faiz olub. Bu ilin ilk 9 ayında ən çox əcnəbilərin gəldiyi top 15 ölkənin statistikasına görə, Rusiyadan 309 min, Türkiyədən 228 min, İrandan 128 min, Səudiyyə Ərəbistanından 86 min, Gürcüstandan 56 min, Pakistandan 38 min, Hindistandan 36 min, BƏƏ-dən 27 min, Qazaxıstandan 22 min, Ukraynadan 21 min, İsraildən 20 min, Küveytdən 19 min, Özbəkistandan 18 min, Omandan 16 min, Birləşmiş Krallıqdan isə 13 min əcnəbi gəlib. Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 43 faiz azdır. Belə ki, 2019-cu ilin sentyabrında ölkəyə 279 618 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-sentyabr aylarında isə gələnlərin sayı (2 415 854) bu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çox olub.
6-10-2022, 22:05
Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası


Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-17° isti olacaq.
6-10-2022, 12:23
“Vətən sənə canım fəda”

6-10-2022, 05:43
QHT Şabranda tədbir keçirib

QHT Şabranda tədbir keçirib

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 04 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Şabran rayonunda icra edib.
Layihədə Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva, Kiçik və Orta Biznnesin İnkişafı Agentliyinin Şabran rayonu üzrə nümayəndəsi Rahil Qurbanov iştirak edib.

Şabran rayon İcra Hakimiyyəti başçısının müavini-sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva sahibkarları salamlayaraq “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinə qatıldıqları üçün onlara təşəkkürünü bildirib. Natavan Mustafayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Regionların sosial-iqtisadi inkişafı” dövlət prorqamının faydaları və rayon üçün əhəmiyətini qeyd edib.
“Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsinin rəhbəri Sənan Yəhya layihənin donoru və layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, Layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsidir.
Layihə rəhbəri bunun üçün regionda sahibkarlarla görüşərək, sorğu metodu ilə qiymətləndirmələrin aparılacağını sahibkarların diqqətinə çatdırdı.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaranma tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti ilə tanış olan sahibkarlar layihə rəhbəri Sənan Yəhyaya və Rahil Qurbanova güzəştli biznes kreditlərinin, avadanlıqlarının alınması və s. iqtiqamətlərdə köməklik göstərilməsi üçün müraciət ediblər. Sahibkarlara kömək məqsədi ilə əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun görülüb. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Siyəzən, Şabran rayonları üzrə nümayəndəsi Rahil Qurbanov sahibkarlarla fərdi görüşlər üçün zaman və məkanlar müəyyənləşdirib.

Məlumat üçün bildirirık ki, sahibkarlarla növbəti görüş Xaçmz rayonunda olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!