Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
19-10-2022, 20:38
Minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb


Minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər işğaldan azad olunan rayonlarda minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56,573 hektar təşkil edir. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, 2022-ci il üzrə minalardan təmizlənməsi nəzərdə tutulan ərazilər 40 hektar təşkil edir:“Artıq həmin ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər təmizlənməsi nəzərdə tutulan ərazi tam başa çatdırılacaq. Ümumilikdə minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur".
19-10-2022, 20:35
Ağdam və Xirosima arasında əməkdaşlıq qurulur


Ağdam və Xirosima arasında əməkdaşlıq qurulur

Ağdam ilə Xirosima şəhərləri arasında əməkdaşlıq inkişaf etdiriləcək. Butov.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti 166 ölkədən 8123 şəhərin üzv olduğu “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransında iştirak çərçivəsində Yaponiyanın Xirosima şəhərinə səfər edib. Konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Xirosima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbə və hazırda davam edən yenidənquma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam ilə Hiroşima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub. Görüşdən sonra “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransı fəaliyyətə başlayıb. Konfrans müddətində xüsusi nümayəndə Emin Hüseynov ilə “Mayors for Peace” təşəbbüsünə üzv olan digər şəhərlərin merləri ikitərəfli əlaqələrin inkişafı üzrə müzakirələr aparıblar. Daha sonra qonaqlar Xirosima şəhərində nüvə silahı qurbanlarına həsr olunan abidənin önünə əkil və gül dəstələri qoyublar. Qeyd etmək istərdik ki, 2008-ci ildə Ağdam şəhəri “Lonely Planet” nəşri tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb.
19-10-2022, 20:33
Prezident Qubadlıda İdarəetmə Mərkəzinin təməlini qoydu


Prezident Qubadlıda İdarəetmə Mərkəzinin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qubadlıda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Butov.az xəbər verir ki, dövlətimizin başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoyub. Qeyd edək ki, Qubadlı şəhərində inşa ediləcək Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasından qidalanacaq. Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində müasir dispetçer idarəetmə sistemi və rəqəmsal şəbəkə modeli tətbiq ediləcək.“Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya əlaqələndirmə xətləri qurulmaqla, “Hadrut” qovşaq yarımstansiyaları arasında dairəvi təchizat sxemi təmin ediləcək. Eyni zamanda, “Qubadlı şəhər” və “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiyaları arasında nəzərdə tutulmuş ikidövrəli kabel xəttinin çəkilməsi ilə Qubadlı və Cəbrayıl şəhərlərinin qarşılıqlı enerji mübadiləsi təmin olunacaq. Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində “Yaşıl Enerji” mənbələrinin qurulması nəzərdə tutulub. Mərkəzin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə işləmək imkanına malik olacaq.
19-10-2022, 20:31
İndiyədək 3342 nəfər mina partlayışlarında ölüb


İndiyədək 3342 nəfər mina partlayışlarında ölüb

İndiyədək 3342 nəfər mina partlayışlarında ölüb
“Ermənilər qəbiristanlıqları, su kanallarının, bulaqların ətrafını, bağları, əkin sahələrini minalayıb”. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. Onun sözlərinə görə, dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar da minalanıb:“Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. Birinci Qarabağ müharibəsindən indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib”.
19-10-2022, 20:29
Putin işğal olunan 4 regionda hərbi vəziyyət elan etdi


Putin işğal olunan 4 regionda hərbi vəziyyət elan etdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin 4 yeni regionunda hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb. Bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib. Putin deyib ki, söhbət 30 sentyabrdan etibarən Rusiya ərazisinə daxil edilən Donetsk və Luqansk Xalq Respublikalarından, Zaporojya və Xerson vilayətlərindən gedir:"Mən Rusiya Federasiyasının bu dörd subyektində (DNR, LNR, Zaporojye və Xersonda) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. Fərman dərhal Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək".
19-10-2022, 20:27
Qətibə müəllim, gününüz mübarək!

Təbrik edirik!

İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir
Müəllim ömrü.

Bəli, bu gün əziz insan Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli orta məktəbin Riyaziyyat müəllimi Qətibə İsmayılovanın doğum günüdür. Gözəl insan, zəhmətkeş anamızı, səmimi müəllimi, həmin məktəbin direktor muavini Minarə Şahsuvarlı,7 c sinif şagirdləri Abdullazadə İbrahim, Muradov İsmayıl, İsmayıllı Əli, Əliyev Avtandil və valideynlər adından təbrik edir, can sağlığı arzulayırıq.
Qətibə müəllim, gününüz mübarək!
19-10-2022, 20:27
Ərdoğan qaz məsələsində Putinlə razılığa gəldi


Ərdoğan qaz məsələsində Putinlə razılığa gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə qaz qovşağı ilə bağlı razılığa gəldiyini bildirib. Ərdoğanın qeyd etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər. Türkiyə lideri bu barədə partiyasının parlamentdəki toplantısında bildirib:"İndi Avropa qarşıdan gələn qış dövründə özünü enerji ilə necə təmin edəcəyini düşünür. Allaha şükürlər olsun ki, bizdə belə bir problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağı yaratmağa razılaşdıq. Onun bəyan etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər. Rusiya lideri bu ideyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Onlar məsələni ətraflı və tez bir zamanda həll etməyi tapşırıblar.
19-10-2022, 20:23
Ermənilər ərazilərimizi sıx şəkildə minalayıb


Ermənilər ərazilərimizi sıx şəkildə minalayıb

Ermənilər işğal altında qalan ərazilərimizi sıx şəkildə minalarla çirkləndirilib. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb:“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadratmetrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”.
19-10-2022, 20:21
Cəbrayıla 18 ceyran buraxıldı


Cəbrayıla 18 ceyran buraxıldı

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Butov.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verib.
19-10-2022, 20:19
Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu


Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Butov.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verib. Bildirildi ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib. Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyatyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq. Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır. Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq. Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!