27-10-2022, 23:26
Məhsa Əminin ailəsi ev dustağı oldu“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”. Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.
27-10-2022, 18:34
Məhsa Əminin ailəsi ev dustağı oldu“İran rəhbərliyi Məhsa Əmininin ailə üzvlərini ev dustaqlığına məhkum edib”. Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb. Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir. Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.
27-10-2022, 18:32
Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaqAzərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir. Bunu açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib. Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:“Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”. Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: “Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.
27-10-2022, 18:29
İtaliya öz limanlarını miqrantlara bağlayırİtaliyada qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün “qapalı liman” siyasətinin tətbiqinə qayıdış gündəmdədir. İtaliyanın yeni daxili işlər naziri Matteo Piantedosi Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirən qeyri-hökumət təşkilatlarına məxsus iki gəminin qaydalara uyğun hərəkət etmədiyini bildirib. Nazir Norveç bayrağı ilə üzən “Ocean Viking” və Almaniya bayrağı ilə üzən “Humanity 1” gəmilərinin Aralıq dənizində sərhəd təhlükəsizliyi və nəzarəti, eləcə də qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair beynəlxalq və İtaliya qanunvericiliyinə əməl etmədikləri ilə bağlı qərar imzalayıb. Bu gəmilərin İtaliya sularına girişinə qadağanın tətbiqinin nəzərdən keçirildiyi qeyd olunub. Hazırda “Ocean Viking” gəmisində 202, “Humanity 1” gəmisində isə dənizdən xilas edilən təxminən 180 miqrant var. İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bu ölkəyə dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların sayı 79 min 208 nəfərə çatıb. Xatırladaq ki, 2018-2019-cu illərdə İtaliyada “qapalı liman” siyasəti həyata keçirilib.
27-10-2022, 18:27
"Qış parkı" yaxınlığında yanğınBakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
27-10-2022, 18:25
Kiyev ABŞ-ın göstərişi ilə danışıqlardan imtina edib - PeskovKiyev Vaşinqtonun göstərişi ilə Rusiya ilə danışıqlardan imtina edib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Moskva mövqeyini dəyişməyib və danışıqlar masasında öz maraqlarını təmin etmək istəyir. Peskov, onu da qeyd edib ki, Rusiyadan fərqli olaraq, Ukrayna danışıqlara başlamaqda maraqlı deyil.
27-10-2022, 18:24
Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladıUşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib. Bununla bağlı sosial şəbəkədə məlumat verilib."Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83". Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev açıqlamasında məsələnin nəzarətə götürüldüyünü bildirib:"Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".
27-10-2022, 18:22
“Qırmızı Kitab”a düşən ağacları kəsdilər - İşə prokurorluq baxacaqDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102 200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
27-10-2022, 18:19
İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılarİranın Soyuqbulaq (Mahabad) şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib. Bu barədə “Azad İran” teleqram kanalı görüntülər yayıb. Kadrlarda qəzəbli sakinlərin dövlət binasını yandırdığı və “Ölüm olsun diktatora!” şüarı səsləndirdiyi görünür. Qeyd edək ki, İranda polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı etirazlar hələ də səngimək bilmir.
27-10-2022, 18:16
Rusiyadan Qərbə xəbərdarlıq: Peyklərinizi məhv edərikABŞ və müttəfiqləri kommersiya peyklərini Ukraynadakı müharibəyə cəlb edərlərsə, Rusiya onları hədəfə alacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Xatırladaq ki, 2021-ci ildə Rusiya öz peyklərindən birini məhv etmək üçün peyk əleyhinə raket buraxmışdı. Bu isə ondan xəbər verir ki, rusların peykləri raketlə məhv etmək təcrübəsi var.