Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
31-10-2022, 13:45
İlham Əliyev Soçiyə getdi


İlham Əliyev Soçiyə getdi

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
31-10-2022, 13:43
Ərdoğan Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirdi


Ərdoğan Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırmasına münasibət bildirib. Butov.az xəbər verir ki, Ərdoğan Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. "Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır. Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.
31-10-2022, 13:39
Sabahın havası - Yağış, qar yağacaq...


Sabahın havası - Yağış, qar yağacaq...

Noyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.
31-10-2022, 13:37
Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb


Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 146 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina və 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
31-10-2022, 13:34
Azərbaycan İsraildə səfirlik açacaq


Azərbaycan İsraildə səfirlik açacaq

Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bu barədə İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır. İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Tel-Əviv səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar aparır. “İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır”, - deyə məlumatda bildirilib. Xatırladaq ki, oktyabrın əvvəlində İsrailin müdafiə naziri Benni Qantz Bakıda olub və səfər strateji əməkdaşlığı genişləndirmək niyyəti kimi təqdim edilib.
31-10-2022, 13:30
Rusiyanın daha bir Su-25 təyyarəsi vuruldu


Rusiyanın daha bir Su-25 təyyarəsi vuruldu

Ukrayna hərbçiləri cənubda Rusiyanın Su-25 hücum təyyarəsini vurub. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb."Rusiyanın Su-25 hücum təyyarəsi cənub istiqamətində zenit-raket bölməsi tərəfindən vurulub", - məlumatda bildirilib. Bundan əlavə, oktyabrın 30-da Xarkov vilayətində Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterini məhv ediblər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynada azı 252 helikopter itirib.
30-10-2022, 19:25
Quterreş Ukraynaya görə səfərini təxirə saldı


Quterreş Ukraynaya görə səfərini təxirə saldı

BMT-nin baş katibi Antonio Quterreş taxıl müqaviləsi ilə bağlı yaranmış vəziyyətə görə Ərəb Liqasının Əlcəzairdə keçiriləcək sammitinə səfərini təxirə salıb. Bu barədə Quterreşin ofisi məlumat yayıb.“Baş katib Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı vəziyyətdən dərin narahatdır. O, diqqətini bu məsələyə yönəltmək üçün Əlcəzairdə Ərəb Liqasının sammitinə səfərini bir gün təxirə salmaq qərarına gəlib”, - deyə açıqlamada bildirilib. İyulun 22-də İstanbulda Ukrayna taxılının və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün dəhlizin yaradılmasına dair saziş imzalanıb. Dünən Rusiya Müdafiə Nazirliyi ərzaq sövdələşməsindən çəkildiyini açıqlayıb.
30-10-2022, 19:22
"Sədərək" ticarət mərkəzində yanğın


"Sədərək" ticarət mərkəzində yanğın

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Bu barədə FHN-dən bildirilib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
30-10-2022, 19:20
“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə


“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" komandası "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub. Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.
30-10-2022, 19:18
İsveç Ukraynaya müasir silahlar göndərəcək


İsveç Ukraynaya müasir silahlar göndərəcək

İsveç hakimiyyəti Ukraynaya müasir və daha ağır silahlar verməyə hazırlaşır. Bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib. Yonson Ukraynaya hansı silahların göndəriləcəyini açıqlamayıb. O, Ukraynanın daha güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu qeyd edib:“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Artıq biz razılaşmışıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!