TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
2-10-2022, 18:46
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı


Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı

Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
2-10-2022, 18:42
Bağdadda polislə toqquşma - 86 nəfər yaralandı


Bağdadda polislə toqquşma - 86 nəfər yaralandı

İraqın paytaxtı Bağdaddakı Tahrir meydanında keçirilən etiraz aksiyası zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib. Butov.az xəbər verir ki, toqquşmalar nəticəsində azı 86 nəfər xəsarət alıb. Xəsarət alanların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Bildirilir ki, təhlükəsizlik qüvvələrinə molotov kokteyli və ov tüfəngləri ilə hücum edilib, 38 etirazçı isə rezin güllələrdən yaralanıb.
2-10-2022, 18:36
20 yaşlı gənc Xocavənddə minaya düşdü


20 yaşlı gənc Xocavənddə minaya düşdü

Xocavənd rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə 2022-ci 2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb."Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
2-10-2022, 18:32
Daha bir boksçumuz erməniyə qalib gəldi


Daha bir boksçumuz erməniyə qalib gəldi

Azərbaycanın daha bir yeniyetmə boksçusu İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində Ermənistan təmsilçisinə qalib gəlib. Federasiyadan verilən məlumata görə, 54 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşurəliyev 1/4 final mərhələsində Artur Avetikyanı 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Boksçu yarımfinalda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək. Məhəmmədəli Qasımzadə də rinqdən qalib ayrılıb. 57 kq-da mübarizə aparan idmançı Kallum Karrager (İrlandiya) üzərində qələbə qazanıb. Qasımzadə döyüşü 5:0 (30:27, 30:25, 30:26, 30:26, 30:27) hesabı ilə aktivinə yazıb. O, finala gedən yolda latviyalı Nikolayes Zamyatinslə üz-üzə gələcək. Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün bürünc medalı da təmin edib. Bununla da mükafat qazanacağı rəsmiləşən boksçuların sayı 5-ə çatıb. Yarımfinal görüşləri bu gün olacaq. Digər milli üzvlərindən Faiq Mollayev (46 kq) Tomas Vari Cona (İngiltərə), Ziya Həsənov (66 kq) isə Pavel Urbanskiyə (Polşa) məğlub olub. Qeyd edək ki, 1/4 final mərhələsində Nərmin Əlizadə (48 kq) də erməni rəqibi Mahur Marikyana 5:0 hesabı ilə qalib gəlib. 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı Avropa birinciliyində final döyüşləri oktyabrın 4-də keçiriləcək.
2-10-2022, 18:29
Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı


Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı

İndoneziyanın Malanq şəhərində futbol matçında baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb. Bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib. Bildirilib ki, iğtişaşlar zamanı 100-dən çox insan isə yaralanıb.
2-10-2022, 18:25
İran dronları Ukraynada məhv edildi


İran dronları Ukraynada məhv edildi

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən komikadzde dronları məhv etdiyini açıqlayıb. Butov.az xəbər verir ki, İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronu Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumatı təsdiqləyib. Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücuma keçiblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.
2-10-2022, 18:19
İmran Xanın həbsinə qərar verildi


İmran Xanın həbsinə qərar verildi

Pakistanın keçmiş baş naziri İmran Xan haqqında həbs qətimkan tədbiri seçilib. Butov.az xəbər verir ki, Pakistanın sabiq hökumət başçısı insanları terrora təşviq etməkdə və ictimai çıxışlarda terrora dəstəkdə ittiham olunur. Bu barədə İslamabad məhkəməsi qərar çıxarıb. O, həm də özünə və hakimiyyətinə qarşı çıxanları qanunsuz olaraq həbs etməkdə günahlandırılır. Xanın mənsub olduğu "Tahrik e İslam" partiyası bəyan edib ki, əgər İmran Xanın qoluna qandal vurularsa, ölkədə ara qarşıcaq və milyonlarla insan küçələrə axışacaq.
2-10-2022, 18:16
Türkiyədə güclü yanğın


Türkiyədə güclü yanğın

Türkiyənin Bursa şəhərində ət deposu yanıb. Butov.az xəbər verir ki, yanğın gecə saatlarında başlayıb. Yanğın o qədər güclü olub ki, şəhərin bütün yerlərindən görünüb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb edilib. Hələlik alovu tam söndürmək mümkün olmasa da, onu lokallaşdırmaq və nəzarət altına almaq mümkün olub. Faktla bağlı araşdırma aparılır.
2-10-2022, 18:13
İran və ABŞ arasında məhbus mübadiləsi


İran və ABŞ arasında məhbus mübadiləsi

İran və ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bu barədə İranın "Nournews" telekanalı məlumat yayıb."Son həftələrdə İran və Amerika məhbuslarının azad edilməsi üçün regional ölkənin vasitəçiliyi ilə intensiv danışıqlar aparılıb", - xəbərdə deyilir. Lakin hansı ölkənin vasitəçi olduğunu açıqlamayıb. Kanal, həmçinin bildirib ki, “İranın ABŞ-ın sanksiyaları səbəbindən dondurulmuş milyardlarla dollarlıq aktivləri tezliklə azad olunacaq”.
2-10-2022, 18:11
Meksikada helikopter qəzası - Ölənlər var


Meksikada helikopter qəzası - Ölənlər var

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Eurocopter” helikopteri qəzaya uğrayıb. Bu barədə "Washington Post" məlumat yayıb. Hadisə Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində baş verib. Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!