TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
2-10-2022, 18:09
Müdafiə naziri Ukraynaya gizli səfər edib


Müdafiə naziri Ukraynaya gizli səfər edib

Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynaya gizli səfər edib. Bu barədə "Die Welt" nəşri yazıb. Məlumata görə, Lambrext Odessada ukraynalı həmkarı Aleksey Reznikovla görüşüb. Səfər zamanı nazir yaxın günlərdə Ukraynaya "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyinə söz verib. Bundan əlavə, nazir Almaniyanın "vacib infrastrukturun" qorunmasına kömək edəcəyini vurğulayıb.
2-10-2022, 18:07
Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı


Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı

Bu gündən etibarən Rusiyadan İtaliyaya təbi qaz tədarükü dayandırılıb. Bu barədə İtaliyanın “Eni” neft-qaz şirkəti məlumat yayıb. Rusiyanın “Gazprom” şirkəti bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib. Buna görə “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə “mavi yanacağın” tədarük həcmi bu gün sıfıra bərabər olub. Məlumata görə, Rusiyadan İtaliyaya qaz nəqlinin həcmi hazırda ümumi qaz tədarükünə nisbətdə 10 faizdən azdır. Tarvisioda ötürücü məntəqəsində qaz nəqlinin dayanmasının mövcud vəziyyətdə böyük dəyişikliyə səbəb olmayacağı diqqətə çatdırılıb. Qeyd edək ki, İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.
2-10-2022, 18:05
Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm”


Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm”

“Rəhim Rəhimli 3-4 il öncə pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığı ilə əlaqədar gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də “mənim palatamı dəyişdirin” demədi”. Bunu qəfil ürəktutmasından vəfat edən 43 yaşlı müğənni-bəstəkar Rəhim Rəhimli haqqında danışan “Baku Medikal Plaza” tibb mərkəzinin şöbə müdiri, kardioloq Üzeyir Rəhimov bildirib. Ü.Rəhimov Rəhim Rəhimli haqqında digər maraqlı fikirlər də sələndirib:“Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki, bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan. Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını. Və yəqin ki bu müddət zərfində bir neçə sənət əsəri daha yaratmışdır. Kaş ki, hər bir insanın həyatının sonunda sonrakı nəsilə buraxacağı bir şeylər olsa…”. Rəsmi məlumata görə, müğənni-bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib. İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub. Mərhum sənətçi Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.
2-10-2022, 18:00
Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı


Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı

Polşa Belarusla sərhəddə qoruyucu divarın tikintisini başa çatdırıb. Bu barədə Polşa xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazirin mətbuat katibi Stanislav Zarin "Twitter" hesabında məlumat yayıb. Divarın tikintisinə yanvarın 25-də başlanılıb. Zarinin sözlərinə görə, Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir:“Polşa Belarusla sərhəddə qoruyucu maneənin tikintisini başa çatdırıb. Polşaya qanunsuz daxil olmaq mümkün deyil. Bu gün Polşa sərhədi Avropada ən yaxşı qorunan sərhəddir”. Qeyd edək ki, 2021-ci ilin noyabrında Belarusla sərhəddə miqrasiya böhranı yaranıb. 2 minə yaxın qeyri-qanuni miqrant Polşaya zorla daxil olmağa çalışıb.
2-10-2022, 17:58
Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü


Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanla sərhədə yaxın yerləşən hərbi hissələrindən birində hərbi qulluqçu cəsədi tapılıb. Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə, saat 23:40 radələrində hərbi hissənin döyüş mövqeyində xidmət edən erməni əsgər ayaq səslərini eşidərək, ona yaxınlaşan şəxsin Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi olduğunu zənn edib. Erməni əsgər “AKM” tipli avtomatdan atəş açaraq, onu öldürüb. Məlum olub ki, ölən şəxs Ermənistan ordusunun hərbçisi, 19 yaşlı Qraçya Kərəmyandır. Faktla əlaqədar xidmət yoldaşını öldürən hərbi qulluqçu həbs edilib. Araşdırma başladılıb.
2-10-2022, 17:56
TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı


TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı

Xətai rayonunda baş verən yanğınla əlaqədar əraziyə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.
2-10-2022, 17:54
“Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu


“Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib. Butov.az xəbər verir ki, derbi matçında "Qarabağ" klubu "Neftçi"ni qəbul edib."Azersun Arena"da baş tutan matç "Qarabağ" komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ın heyətində Kadi Borges (57), Abdullah Zubir (68) və Kvabena Ovusu (74) fərqləniblər. “Ağ-qaralar”ın yeganə qolunu isə Eddi İsrafilov (24) vurub. Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" isə 18 xalla ikinci sırada qərarlaşıb.
2-10-2022, 17:51
Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi


Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən on yeddi mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. FHN-dən verilən məlumata görə, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 nəfər bina sakini yüngül xəsarət alıb.
2-10-2022, 17:49
Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - Ərdoğan


Yunanıstanı üstümüzə kimlərin saldığını yaxşı bilirik - Ərdoğan

Kipr türklərinə beynəlxalq tanınmaya dair verilən bütün sözlər yerinə yetirilməlidir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib. Ərdoğan qeyd edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu aradan qaldırmasını qəbul etmir: “Egey dənizindəki qeyri-hərbi statusunda olan adaların Yunanıstan tərəfindən silahlandırılmasına təşviq edilməsi ağıl və müttəfiqlik prinsipi ilə uyğunlaşmır. Bölgədə təhrik və geriləmə siyasəti nümayiş etdirmək heç kimin xeyrinə deyil və olmayacaq da. Biz 100 il sonra kimlərin Yunanıstanı üstümüzə saldıqlarını çox yaxşı bilirik. Yunanıstana özünü və xalqını fəlakətə atacaq təxribatlardan uzaq durmağını tövsiyə edirik”.
2-10-2022, 17:46
Qadınlar və tələbələr səfərbərliyə çağırılmayacaq – Şoyqu


Qadınlar və tələbələr səfərbərliyə çağırılmayacaq – Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, qismən səfərbərlik qadınlara təsir etməyəcək. Butov.az xəbər verir ki, Şoyqu jurnalistlərin suallarını cavablandırarkən belə deyib:"Xeyr. Bu, planda yoxdur. Biz qadınlara müraciət etmək fikrində deyilik". Nazirin sözlərinə görə, qismən səfərbərliyə dövlət akkreditasiyası olan özəl universitetlərin tələbələri də cəlb olunmayacaq.“Prezidentin tapşırığı ilə biz bu gün fərmana əlavələrin hazırlanmasını başa çatdırırıq və onu təqdim edəcəyik”, - deyə Şoyqu əlavə edib. O, həmçinin qeyd edib ki, hərbi komissarların iş yükü çox olduğundan payız çağırışının başlanması oktyabrın 1-dən noyabrın 1-nə keçirilib, lakin ehtiyatda olan çağırışçıların tərxis olunması plana uyğun həyata keçiriləcək."Çağırışçıların evə qayıtma müddətinə gəlincə, fərman buna şamil edilmir. Oktyabrın 1-dən onlar evə qayıtmağa başlayacaqlar", - Şoyqu bildirib. Sentyabrın 21-dən Rusiyada qismən səfərbərlik keçirilir. Şoyqunun izah etdiyi kimi, “min kilometr uzunluğunda olan təmas xəttinə və Ukraynanın işğal edilmiş ərazilərinə nəzarət etmək lazımdır”. 300 minədək ehtiyatda olanların - ilk növbədə orduda xidmət etmiş, təcrübəsi və hərbi ixtisası olanların çağırılması planlaşdırılır. Səfərbərlik üzrə hərbi xidmətə 35 yaşınadək sıravi və çavuşlar, 50 yaşınadək kiçik zabitlər və 55 yaşınadək baş zabitlər çağırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!