“Azərbaycanda hərb işi və hərb sənəti” adlı monoqrafiya çapdan çıxıb Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda hərb işi və hərb sənəti” monoqrafiyası işıq üzü görüb. Butov.az xəbər verir ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın müəllifi Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitabda Azərbaycanda hərb işinin qədim dövrlərdən XVI əsrədək tarixi və inkişaf mərhələləri işıqlandırılıb. Nəşrdə, həmçinin dövrün hərbi-siyasi tarixi, hərb sənətinin əsas xüsusiyyətləri xronoloji ardıcıllıqla əksini tapıb. Kitab çoxlu sayda illüstrativ materiallar - dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri yer alıb.
Ən qədim dövrlərdən XVI əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında indiyədək konkret–tarixi və konseptual baxımdan araşdırılmaması bu tədqiqat işinin mövzu və məqsədlərini şərtləndirib.
Monoqrafiya Azərbaycanın ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də dəyərli mənbədir.
Издана монография «Военное дело и военное искусство в Азербайджане» Вышла в свет монография «Военное дело и военное искусство в Азербайджане», изданная Военным научно-исследовательским институтом Национального университета обороны.
Aвтором книги, предназначенной для широкой читательской аудитории, является профессор отдела гуманитарных наук Военного научно-исследовательского института, капитан 1-го ранга запаса, председатель благотворительного общественного объединения «Дербенд», доктор исторических наук, профессор Нурулла Алиев.
В книге освещаются история военного дела в Азербайджане с древнейших времен до XVI века и этапы его развития. В публикации в хронологическом порядке отражена военно-политическая история эпохи, особенности военного искусства. Книга насыщена богатым иллюстративным материалом – карты государств, походов, боевых действий, схемы походных и боевых порядков военных организаций, фотографии исторического оружия, батальные миниатюры, в том числе образцы торевтики и обработки камня.
Актуальность изучения и обобщения военной истории Азербайджана с древнейших времен до XVI века и тот факт, что проблема не исследовалась азербайджанской историографией с конкретно-исторической и концептуальной точек зрения, обусловили тему и цели этого исследования.
Монография предназначена для преподавателей, студентов и курсантов высших и специальных учебных заведений Азербайджана, а также широкой читательской аудитории. Издание также является ценным источником для воспитания подрастающего поколения в духе патриотизма.