Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
12-01-2023, 21:39
“Mən üzr istəməyə ehtiyac görmürəm” - Emmanuel Makron


“Mən üzr istəməyə ehtiyac görmürəm” - Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdən üzr istəməyəcəyini bəyan edib. Bu barədə o, “Le Point” qəzetinə müsahibəsində deyib. Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu ilə görüşmək istədiyini vurğulayıb. “Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, - deyə Fransa lideri bildirib. Qeyd edək ki, Fransa Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib. Qırğınlar 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.
12-01-2023, 21:35
İstanbulda güclü partlayış baş verib


İstanbulda güclü partlayış baş verib

Türkiyənin İstanbul şəhərində yerləşən biznes mərkəzində partlayış olub. Hadisə biznes mərkəzində fəaliyyət göstərən tekstil istehsalı atelyesində baş verib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində yaralananların olduğu bildirilir.
12-01-2023, 21:33
Almaniyadan Moldovaya hərbi yardım


Almaniyadan Moldovaya hərbi yardım

Almaniya Moldovaya zirehli maşınlar hədiyyə edib. Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə 19 ədəd “Piranha” zirehli personal daşıyıcıları göndərilib. Göndərilən maşınların üzərində pulemyot quraşdırılmayıb. Zirehli maşınlar Moldovaya təmənnasız verilib, Moldova tərəfi zirehli texnikanın üzərinə pulemyotlar quraşdıracaq.
12-01-2023, 21:22
İrandan İsveçə etiraz - Səfir XİN-ə çağırıldı


İrandan İsveçə etiraz - Səfir XİN-ə çağırıldı

İran bəzi Avropa ölkələrinin “müdaxiləçi bəyanatlarına” cavab olaraq, Avropa Şurasının müvəqqəti prezidenti olan İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçin Tehrandakı səfiri Mattias Lentzin nazirliyə çağırıldığı və bəzi qurumlar tərəfindən İranın daxili işlərinə müdaxiləni pislədiyi bildirilib. Açıqlamada nazirliyə çağırılan Lentzdən İranın etiraz notasını Avropa tərəflərinə çatdırması istənildiyi, İsveç səfirinin Tehranın etirazını Brüsselə əks etdirəcəyi barədə məlumat verdiyi bildirilib.
12-01-2023, 21:18
Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-yə cavab verdi


Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-yə cavab verdi

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cavab verib. Bu barədə Ermənistan XİN-in rəsmi nümayəndəsi Vaan Hunanyan "Civilnet"ə danışıb. "İlk növbədə qeyd etmək istərdik ki, KTMT-nin işçi orqanı kimi, katibliyin kompetensiyasına təşkilatın ali orqanının üzvlərinin bəyanatlarını şərh etmək uyğun deyil. KTMT-yə üzv dövlətlər katiblikdən qərar və fəaliyyətləri barədə anlayış gözləmirlər. Katibliyin vəzifələri nizamnamədə dəqiq şəkildə təsbit olunub. Bu, təşkilatının oqranlarına təşkilati, analitik, konsultativ və informasiya dəstəyi göstərməkdən ibarətdir. Yeni baş katibi belə halların bir daha təkrarlanmaması üçün fatktla bağlı yoxlanışa çağırırıq", - deyə Hunanyan bəyan edib. Qeyd edək ki, KTMT-nin katibliyi Ermənistan baş naziri Nikol Paşinyanın hərbi alyansın 2023-cü ildə ölkə ərazisində hərbi təlimlər keçirməsindən imtina olunması barədə açıqlamasını tənqid edən şərh yaymışdı.
12-01-2023, 18:33
Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-yə cavab verdi


Ermənistanın Xarici İşlər Nazirliyi KTMT-yə cavab verdi

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cavab verib. Bu barədə Ermənistan XİN-in rəsmi nümayəndəsi Vaan Hunanyan "Civilnet"ə danışıb. "İlk növbədə qeyd etmək istərdik ki, KTMT-nin işçi orqanı kimi, katibliyin kompetensiyasına təşkilatın ali orqanının üzvlərinin bəyanatlarını şərh etmək uyğun deyil. KTMT-yə üzv dövlətlər katiblikdən qərar və fəaliyyətləri barədə anlayış gözləmirlər. Katibliyin vəzifələri nizamnamədə dəqiq şəkildə təsbit olunub. Bu, təşkilatının oqranlarına təşkilati, analitik, konsultativ və informasiya dəstəyi göstərməkdən ibarətdir. Yeni baş katibi belə halların bir daha təkrarlanmaması üçün fatktla bağlı yoxlanışa çağırırıq", - deyə Hunanyan bəyan edib. Qeyd edək ki, KTMT-nin katibliyi Ermənistan baş naziri Nikol Paşinyanın hərbi alyansın 2023-cü ildə ölkə ərazisində hərbi təlimlər keçirməsindən imtina olunması barədə açıqlamasını tənqid edən şərh yaymışdı.
12-01-2023, 17:55
Ermənistanın sabiq prezidentindən Paşinyan dəyərləndirməsi


Ermənistanın sabiq prezidentindən Paşinyan dəyərləndirməsi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan
Paşinyan hakimiyyətini tənqid edib. Sarkisyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Hazırkı hakimiyyət düşünülməmiş siyasət yürüdür. Paşinyan hökumətinin nümayəndələri tez-tez deyirlər ki, Ermənistan Qarabağ ermənilərinin qarantıdır. Baxaq, görək hadisələrin inkişafı hansı yöndə olacaq. Vəziyyət ağırdır", - deyə o bildirib. Qeyd edək ki, S.Sarkisyanın bu gün keçirilməli olan məhkəməsi təxirə salınıb.
12-01-2023, 17:48
Erməni deputatdan gözlənilməz etiraf


Erməni deputatdan gözlənilməz etiraf

Ermənistanın “Vətəndaş Müqavilə” partiyasının deputatı Vigen Xaçatryan Qarabağda yaşayan ermənilərin sayının şişirdildiyini etiraf edib. O, mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın və separatçıların "dövlət naziri" Ruben Vardanyanın Qarabağda 120 min erməni sakinin yaşaması barədə iddialarını yalanlayıb. Hakim partiyanın üzvü olan Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını deyib. O, eyni zamanda Qarabağın erməni əhalisi ilə Bakı arasında birbaşa dialoqun tərəfdarı olduğunu bildirib.
12-01-2023, 17:44
İrəvanla Bakı arasında olan gərginlikdən narahatıq - Rusiya XİN


İrəvanla Bakı arasında olan gərginlikdən narahatıq - Rusiya XİN

Rusiya İrəvanla Bakı arasında münasibətlərdə yaranan neqativ tendensiyalardan, eləcə də bölgədə gərginliyin artması ilə müşayiət olunan kəskin ritorikanın və ittiham mübadiləsinin güclənməsindən narahatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Biz Ermənistan və Azərbaycan tərəflərini xoş niyyət nümayiş etdirməyə və birgə kompromislər axtarmağa çağırırıq. Biz buna hər cür kömək edəcəyik", - o deyib. Zaxarova qeyd edib ki, erməni tərəfi Azərbaycan tərəfi ilə 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırlan görəşə gəlsəydi, orada problemli mövzular, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə oluna bilərdi. “İstənilən halda Rusiya tərəfinin təklifi qüvvədə qalır, o, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”, - Zaxarova fikrini yekunlaşdırıb. Zaxarova Ermənistanın KTMT təlimləri keçirməkdən imtina etməsinə də münasibət bildirib. O xatırladıb ki, Ermənistan ötən il də KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Onun fikrincə, bu, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən qurmağa məcbur edir. "Biz güman edirik ki, nəticədə bu il KTMT sülhməramlılarının effektiv təliminin təşkili, onların əlaqələndirilməsi və bacarıqlarının artırılması üçün optimal həll yolları tapılacaq", - Zaxarova bildirib. Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.
12-01-2023, 17:40
Zaxarova Ermənistanın fürsəti əldən verdiyini qeyd etdi


Zaxarova Ermənistanın fürsəti əldən verdiyini qeyd etdi

Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib. “Təəssüf ki, Ermənistan tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, - deyə Zaxarova bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!