Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
12-01-2023, 17:34
Zaxarova Laçın yoluyla bağlı sualı cavablandırdı


Zaxarova Laçın yoluyla bağlı sualı cavablandırdı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Laçın yolu barədə sualı cavablandırıb. XİN rəsmisi Laçın yolundan humanitar yardım kolonunun keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya Laçın yolunun tamamilə açılması üçün iş aparır. Zaxarova, həmçinin qeyd edib ki, bütün tərəflər üçün məqbul həll yolunun tapılması vacibdir. Rusiya XİN rəsmisi bu açıqlaması ilə Ermənistan tərəfinin guya Laçın yolunun bağlı olması barədə iddialarını yalanlayıb. Onu da bildirək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidinə şərait yaradılır. Gün ərzində Qızıl Xaç (BQXK) və Rusiya sülhməramlılarına məxsus avtomobillər hər iki istiqamətdə hərəkət edirlər.
12-01-2023, 17:26
“Minimum 20 xəbər olmalıdır” - Əhməd İsmayılov


“Minimum 20 xəbər olmalıdır” - Əhməd İsmayılov

Gündəlik 20 xəbər məsələsi çox müzakirə olunub. Bunu Medianın İnkişaf Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov qurumun ötən ilin yekunlarına dair hesabat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. "Elə saytlar olur ki, ay ərzində bir məlumat yerləşdirir. Təbii ki, bu, düzgün deyil. Minimum 20 xəbər olmalıdır. Ötən günlərdə müzakirə olunanda gördük ki, Türkiyədə bu tələb daha çoxdur. 20 xəbər tələbinin aşağı salınması gözlənilmir", - deyə MEDİA rəhbəri vurğulayıb.
12-01-2023, 17:22
İki ölkə arasında vizasız gediş-gəliş təsdiqləndi


İki ölkə arasında vizasız gediş-gəliş təsdiqləndi

Ermənistan və Gürcüstan vətəndaşları sərhədi daxili sənədlərlə - şəxsiyyət vəsiqəsi ilə keçə biləcəklər, xarici pasportun təqdim edilməsi məcburi olmayacaq. “Ermənistan və Gürcüstan vətəndaşlarının iki dövlət arasında giriş vizası olmadan gediş-gəlişi haqqında” dövlətlərarası saziş layihəsi cümə axşamı Ermənistan hökumətinin iclasında təsdiqlənib. Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, qonşu Gürcüstanla münasibətlərin möhkəmləndirilməsi İrəvanın prioritetlərindən biridir. Məlumata görə, 2019-cu ildə 1 milyon 365 min Ermənistan vətəndaşı Gürcüstana səfər edib və pandemiyadan sonra bu dinamika bərpa olunur. Mirzoyan xatırladıb ki, 2022-ci il martın 3-də iki ölkənin baş nazirləri vətəndaşların köçürülməsini asanlaşdırmaq üçün niyyət protokolu imzalayıb.
12-01-2023, 17:19
Reysterdən keçməyən media subyektlərinə güzəşt olmayacaq


Reysterdən keçməyən media subyektlərinə güzəşt olmayacaq

Media subyekti sayılmaq üçün Media Reyestrindən keçmək lazımdır. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. Onun sözlərinə görə, reyestrdən keçməyən media subyektlərinə güzəşt tətbiq edilməyəcək: "Bunun üçün altı ay müddət müəyyənləşib. Hələ vaxta var. Biz Agentlik olaraq vaxt bitdikdən sonra həmin media subyektlərinə fərdi olaraq hər hansı sanksiya tətbiq edə bilmərik. Belə hal yaşanarsa, “Media haqqında” qanunun tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldıra bilərik. Bundan başqa Media Reyestrində olmayan subyektlərə güzəştlər tətbiq olunmayacaq. Eyni zamanda media subyektinin fəaliyyəti məhkəmənin qərarından asılı olacaq", - deyə agentlik rəhbəri vurğulayıb.
12-01-2023, 17:11
Vardanyandan etiraf - “Yaxşı ətimiz və taxılımız var..”


Vardanyandan etiraf - “Yaxşı ətimiz və taxılımız var..”

Qarabağdakı separatçı-terrorçu dəstənin qondarma “dövlət naziri” Ruben Vardanyan Amerikanın “The American Conservative” jurnalına müsahibə verib. Müsahibəni erməni milyarderdən jurnalın analitiki Söhrab Əhməri alıb. Müsahibədə Vardanyan erməniləri dünyanın ən qədim xristian xalqı və ilk müasir soyqırımın qurbanı kimi təqdim edərək, Azərbaycan əleyhinə hədyanlar səsləndirib. Ruben Vardanyan Laçın yolunun bağlanması ilə Qarabağ ermənilərinin bir aydır blokada şəraitində yaşadıqlarını söyləməklə ermənilərə məxsus saxtakarlıq xislətini bir daha nümayiş etdirib. Müsahibənin əvvəlində “yeməyimiz, dərmanımız, yanacağımız yoxdur... vəziyyət həqiqətən də ağırdır” deyən milyarder daha sonra kifayət qədər ət və taxıla malik olduqlarını etiraf edir.
Söhrab Əhməri: - Aclıq təhlükəsi varmı? Sizin nə qədər ehtiyatınız var? Nə qədər davam edəcək?
Ruben Vardanyan: - Bizim uzun illər ərzaq topladığımız anbarlarımız var. Bundan əlavə, “Artsaxın” zəngin yer olduğunu unutmayın. Yaxşı ətimiz və taxılımız var. Yəni əsas qidamız var, aramızda aclıq başlamadı, amma hər şeyimiz yoxdur. Bizdə tərəvəz yoxdur. Uşaqlar normal qida qəbul etmirlər, düzgün qidalanmırlar, bu da onların inkişafı üçün zərərlidir. Təbabətə gəlincə, Qırmızı Xaç bizə müəyyən dərəcədə kömək edir, lakin təbii ki, davam edən problemlərimiz var...
Göründüyü kimi, erməni milyarder gah aclıqdan dəm durur, gah da “yaxşı ətimiz, taxılımız var” deyir – yəni, nala-mıxa vurmaqla yalan danışdığını etiraf edir.
12-01-2023, 17:03
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
12-01-2023, 16:44
Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət etdi


Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edib. Paşinyan hökumətin iclasında Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Laçın yolunda keçirdiyi aksiyadan danışıb. O bildirib ki, Qarabağ erməniləri Laçın yolu ətrafında baş verən hadisələrə təminlə yanaşmalı, prosesləri təhlil etməlidir. Bundan əlavə, baş nazir Qarabağ ermənilərini, xüsusilə də separatçıları vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. O, eyni zamanda Azərbaycanla dialoqun vacib olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur. Dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq otuz ikinci günüdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!