25-01-2023, 15:46
Ukrayna prezidentinin 45 yaşı tamam olurBu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur. Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb. 2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib.
25-01-2023, 15:39
Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlərVenesuela prezidenti Nikolas Maduro Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Maduro görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı müsbət fikirlər səsləndirib, onu böyük qardaş kimi qəbul etdiklərini bildirib. "Prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türk xalqı bilməlidir ki, Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik",- Maduro vurğulayıb.
25-01-2023, 15:35
Ümid edirik ki, Bakı və İrəvan arasında sülh bağlanacaq - ABŞ rəsmisiABŞ Dövlət Departamenti ümid edir ki, İrəvan və Bakı arasında birbaşa dialoq bərpa olunacaq və bu, fikir ayrılıqlarına səbəb olan məsələlərin həllinə gətirib çıxaracaq. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. "Ümid edirik ki, dialoq vasitəsilə davamlı sülhə nail olmaq mümkün olacaq. Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələri davam etdiririk", - Prays əlavə edib. O qeyd edib ki, Amerika tərəfi bölgədəki vəziyyəti yaxşı bilir və müxtəlif narahatlıqları var, o cümlədən Laçın dəhlizi ilə bağlı problemdən xəbərdardır.
24-01-2023, 23:04
Ukraynaya “Leopard 2” tanklarını vermək niyyətimiz yoxdur - Rəsmi ÇexiyaÇexiya Ukraynaya "Leopard 2" tanklarını göndərmək niyyətində deyil. Bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib. O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün tanklara ehtiyacı var. Bundan əvvəl isə Çexiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynaya tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib. Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.
24-01-2023, 23:00
Belarusa heç vaxt hücum etməmişik və niyyətimiz də yoxdur - ZelenskiRusiya hərbçilərinin Belarusdan hücumu mümkündür, lakin bu hücum uğursuz olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın hücuma hazırlaşmaq barədə bəyanatını təkzib edib. "Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da etməmişik. Belə niyyətimiz yoxdur. Bu, bütün Ukrayna xalqının Belarus xalqına əsas mesajıdır”, - deyə Zelenski bildirib.
24-01-2023, 22:55
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub. Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
24-01-2023, 22:50
Ukrayna prezidenti bu şəhərləri “xilaskar” adlandırdıUkrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüs, Polşanın Rzeszov, Przemysl, Çexiyanın paytaxtı Praqa şəhərinə "xilaskar şəhər" statusu verib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, adları çəkilən şəhərlərə Ukrayna vətəndaşlarına göstərdiyi yardıma və ölkəyə verdiyi dəstəyə görə xüsusi status verilib.
24-01-2023, 22:45
İlham Əliyev Rusiya ilə sazişi təsdiqlədiAzərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş təsdiq edilib. Azərbaycan Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş” təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
24-01-2023, 22:39
Rusiya XİN Fransanı terrorda ittiham etdiRusiya xarici işlər naziri Sergey Lavrov Fransanı terrorda ittiham edib. Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasına münasibət bildirib. "Bu, xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın məsələlərə müdaxilə etdiyini göstərir",- rusiyalı nazir deyib. Lavrov bir çox ölkələrdə Fransanın özəl hərbi şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: "Bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının tətbiq etdiyi ümumi fəlsəfə və mentalitetdir. 2000-ci illərdə Ukrayna üçün də bu mentalitetdən istifadə olunub. Ukraynaya ya Rusiya, ya da Qərb deyə şərt qoyulub. Eyni məntiq Afrika qitəsində də tətbiq olunur". Bundan əlavə, Rusiya xarici işlər naziri Fransanı Afrikada terrora dəstək verməkdə ittiham edib: "Fransa Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini təhrik edib. Avropalı həmkarlarımızın xarici siyasətdə hələ də “parçala, hökm sür” təfəkküründən istifadə etməsi təəssüf doğurur”.
24-01-2023, 22:32
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşübDaşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, bu gün C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.