Qədim keltlərin (seltlərin) mifoloji terminlərinin izahı .....                        Yunanıstan klubu Fatih Terimlə yollarını ayırır .....                        Putin Rusiya hökumətini istefaya göndərir .....                        Səfirimiz Türkiyənin daxili işlər naziri ilə görüşdü .....                        Səfirimiz Türkiyənin daxili işlər naziri ilə görüşdü .....                        Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                       
26-01-2023, 12:55
Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil oldu


Rus qoşunları Ukraynanın daha bir şəhərinə daxil oldu

Rusiya qoşunları Donetsk ətrafında yerləşən Uqledar şəhərinə daxil olub. Bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib. Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir. "Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur", - Kimakovski deyib. Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi isə qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.
26-01-2023, 12:48
Zelenski NATO-ya qırıcı təyyarələr üçün müraciət etdi


Zelenski NATO-ya qırıcı təyyarələr üçün müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-dan Kiyevə qırıcı təyyarələr göndərilməsini tələb edir. Bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat yerləşdirilib. “NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Artilleriya sahəsində əməkdaşlığımızı genişləndirmək bizim üçün vacibdir və Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq”, - Zelenski bildirib. Məlumata görə, Ukrayna tərəfi Qərb tərəfdaşlarından əsasən F-16 qırıcılarının Kiyevə təhvil verilməsini gözləyir. Qeyd edək ki, ötən gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.
25-01-2023, 23:33
ABŞ və Almaniya Ukraynaya tank göndərilməsinə razılıq verdi


ABŞ və Almaniya Ukraynaya tank göndərilməsinə razılıq verdi

Bu gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib. Bayden administrasiyasının rəsmisi isə qeyd edib ki, tankların tədarük edilməsi bir neçə ay çəkə bilər. Şolts isə ilk tankların 2-3 ay ərzində Kiyevə çatdırılacağını bildirib. O, Almaniya parlamentində alqış sədaları altında deyib: “Almaniya Ukraynanı dəstəkləməkdə həmişə öndə olacaq”. Almaniya, həmçinin Ukraynaya hava hücumundan müdafiə, ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla əlavə hərbi yardım göndərəcək. Rəsmi Berlin üçüncü ölkələrin də Ukraynaya "Leopard" tankları tədarük etməsinə yaşıl işıq yandırıb. Bayden Ukraynanın əks-hücuma hazırlaşdığını bildirib. O, tankların ukraynalılara “açıq ərazidə manevr qabiliyyətini artırmaq” üçün lazım olduğunu deyib. Kiyev aylardır ki, öz qüvvələrinə uzun cəbhə xətlərini yarmaq və şərq və cənubda işğal olunmuş əraziləri geri qaytarmaq üçün Qərbdən tanklar istəyirdi. Bu gün 45 yaşını qeyd edən Ukrayna Prezidenti Volodimir Zelenski tanklarla bağlı qərar görə Şoltsa, eləcə də Baydenə təşəkkür edib. Bayden, həmçinin bu gün Şolts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni və Britaniyanın baş nazirləri Rişi Sunak ilə Ukraynaya dəstək verməsini müzakirə edib.
25-01-2023, 23:28
İranın xarici işlər naziri fransalı həmkarı ilə danışdı


İranın xarici işlər naziri fransalı həmkarı ilə danışdı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İran XİN başçısı bəzi Avropa ölkəsində müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsini pisləyib.
25-01-2023, 23:22
Mirzoyanın səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir - XİN


Mirzoyanın səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir - XİN

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilib ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir: "Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur. Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır”, keşmiş müdafiə naziri Tonoyan isə “yeni torpaqlar üçün yeni müharibə” barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir. Görünür ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması barədə (erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarmaması, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətləri davam etdirməsi, Laçın yolundan sui-istifadə edərək hərbçilərin rotasiyasını həyata keçirməsi, Azərbaycanda mina təhdidini davam etdirməsi, təbii sərvətlərin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə qanunsuz keçidinə şərait yaratması və s.) Azərbaycan tərəfindən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlara, habelə Parlamentlərə təqdim olunmuş danılmaz faktlara bu qurumlar tərəfindən əhəmiyyət verilməməsi Ermənistan tərəfini növbəti dəfə cəsarətləndirib. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin bu çıxışının Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bir sıra beynəlxalq çevrələr tərəfindən verilmiş yanlış, sülhü dəstəkləməyən və revanşizmi təhrik edən bəyanatlardan ruhlandığı aydın olur. Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın ərazilərimiz işğaldan azad olunandan sonra beynəlxalq hüquqa və beynəlxalq qaydalara istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması və müdaxilə etməyə çağırması absurddur". Qeyd olunub ki, Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib: "Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır. Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur". Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir: "Öz milli siyasətini azərbaycanlılara və türklərə qarşı nifrət zəminində qurmuş və bütün addımlarında bunu nümayiş etdirən, ümumiyyətlə ərazisində yaşayan bütün etnik xalqları məhv və deportasiya edən ölkənin Azərbaycanı ermənilərə qarşı nifrətdə təqsirləndirməsi qəbuledilməzdir. Azərbaycanın məqsədinin guya “etnik təmizləmə” və erməni sakinlərin “deportasiyası” olduğu barədə əsassız iddialara gəldikdə, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirmiş Ermənistan tərəfinin xalqların hüquqlarının təmin edilməsi sahəsində fikir söyləmək üçün mənəvi haqqı yoxdur. Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistan tərəfindən dəfələrlə səsləndirilmiş və sonuncu çıxış zamanı da təkrarlanmış ideyalarla əlaqədar qeyd edək ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Azərbaycanın suveren ərazisi olan Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə fəaliyyətlərə son qoyulması zəruridir. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək".
25-01-2023, 23:18
Qərbin hərəkəti Rusiya üçün təhlükə yaratmır - Bayden


Qərbin hərəkəti Rusiya üçün təhlükə yaratmır - Bayden

Ukrayna qüvvələri əks-hücuma hazırlaşır. Bunu ABŞ Prezidenti Co Bayden deyib. O, həmçinin bildirib ki, Ukrayna kontekstində Qərbin hərəkətləri Rusiya üçün təhlükə yaratmır. Silah tədarükünün məqsədi Rusiya Federasiyası ilə eskalasiya deyil, Ukraynaya yardımdır. Bayden vurğulayıb ki, ABŞ yaxın həftələrdə Rusiya Federasiyasının hücum əməliyyatlarının güclənməsini gözləyir. "Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Bu, Rusiyaya qarşı mübarizə deyil, bu, azadlıq mübarizəsidir", - ABŞ lideri deyib.
25-01-2023, 23:14
Mirzoyan Borellə görüşüb


Mirzoyan Borellə görüşüb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Laçın yolundakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində baş verənlər müzakirə edilib. Bundan əlavə, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə də toxunulub.
25-01-2023, 23:09
Vətəndaşlığı olmayan şəxslərin viza alması üçün portal istifadə verildi


Vətəndaşlığı olmayan şəxslərin viza alması üçün portal istifadə verildi

Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 25-də ölkəyə səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı" istifadəyə verib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycana səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub, daha sonra təsdiq edərək baxılması üçün ölkənin diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq. Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq. Portal Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq. Bu baxımdan, elektron vizaların rəsmiləşdirilməsi “ASAN Viza” sisteminin portalı vasitəsilə həyata keçirilir və XİN-in istifadəyə verdiyi elektron informasiya sistemindən fərqləndirilməlidir. İlkin mərhələdə Azərbaycan Xarici İşlər Nazirliyi, o cümlədən Almaniya və Gürcüstandakı səfirliklərin portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketləri qəbul ediləcək. Növbəti mərhələdə Azərbaycanın digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.
25-01-2023, 23:05
Baxmutdan çıxmaq barədə məsələ yoxdur - Rəsmi Ukrayna


Baxmutdan çıxmaq barədə məsələ yoxdur - Rəsmi Ukrayna

"Nə qədər ki, müdafiə olunmaq mümkündür, Baxmutu tərk etməyəcəyik". Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyev milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, hər şey nəzarət altındadır. "Mediada bu barədə çox dərc olunsa da, Baxmutdan çıxmaq barədə məsələ yoxdur. Baxmutda zirzəmilər var. Müdafiə olunmaq, ərazini saxlamaq üçün imkanlar mövcuddur. Döyüşçülərimiz Baxmutda qalmağa davam edəcək", - deyə sözçü qeyd edib. Xatırladaq ki, bu gün Ukrayna tərəfi rəsmi olaraq Soledarı tərk etdiyini açıqlayıb.
25-01-2023, 22:59
Mirzoyan Avropa İttifaqı rəsmisi ilə bir sıra məsələləri müzakirə etdi


Mirzoyan Avropa İttifaqı rəsmisi ilə bir sıra məsələləri müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüş Mirzoyanın Belçikaya səfəri çərçivəsində paytaxt Brüsseldə baş tutub. Tərəflər Aİ-nin Ermənistana yeni müşahidə missiyası göndərməsi barədə danışıblar. Bildirilib ki, bu, regionda sülh və sabitliyin təmin olunmasına yardımçı olacaq. Həmçinin Laçın yolundakı mövcud situasiyanın da müzakirə olunduğu qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!