37 mindən çox namizəd müəllim olmaq istəyir .....                        İkinci Dünya müharibəsindən qalma mərmi partladı - 7 yaralı var .....                        "Qarabağ"ın növbəti qələbəsi .....                        Prezidentlər Şuşada birgə nahar etdilər .....                        8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü .....                        Lukaşenko Füzulidən ölkəsinə qayıtdı .....                        Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                       
25-01-2023, 15:46
Ukrayna prezidentinin 45 yaşı tamam olur


Ukrayna prezidentinin 45 yaşı tamam olur

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur. Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb. 2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib.
25-01-2023, 15:39
Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlər


Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlər

Venesuela prezidenti Nikolas Maduro Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Maduro görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı müsbət fikirlər səsləndirib, onu böyük qardaş kimi qəbul etdiklərini bildirib. "Prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türk xalqı bilməlidir ki, Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik",- Maduro vurğulayıb.
25-01-2023, 15:35

Ümid edirik ki, Bakı və İrəvan arasında sülh bağlanacaq - ABŞ rəsmisi


Ümid edirik ki, Bakı və İrəvan arasında sülh bağlanacaq - ABŞ rəsmisi

ABŞ Dövlət Departamenti ümid edir ki, İrəvan və Bakı arasında birbaşa dialoq bərpa olunacaq və bu, fikir ayrılıqlarına səbəb olan məsələlərin həllinə gətirib çıxaracaq. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. "Ümid edirik ki, dialoq vasitəsilə davamlı sülhə nail olmaq mümkün olacaq. Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələri davam etdiririk", - Prays əlavə edib. O qeyd edib ki, Amerika tərəfi bölgədəki vəziyyəti yaxşı bilir və müxtəlif narahatlıqları var, o cümlədən Laçın dəhlizi ilə bağlı problemdən xəbərdardır.
24-01-2023, 23:04
Ukraynaya “Leopard 2” tanklarını vermək niyyətimiz yoxdur - Rəsmi Çexiya


Ukraynaya “Leopard 2” tanklarını vermək niyyətimiz yoxdur - Rəsmi Çexiya

Çexiya Ukraynaya "Leopard 2" tanklarını göndərmək niyyətində deyil. Bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib. O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün tanklara ehtiyacı var. Bundan əvvəl isə Çexiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynaya tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib. Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.
24-01-2023, 23:00
Belarusa heç vaxt hücum etməmişik və niyyətimiz də yoxdur - Zelenski


Belarusa heç vaxt hücum etməmişik və niyyətimiz də yoxdur - Zelenski

Rusiya hərbçilərinin Belarusdan hücumu mümkündür, lakin bu hücum uğursuz olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın hücuma hazırlaşmaq barədə bəyanatını təkzib edib. "Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da etməmişik. Belə niyyətimiz yoxdur. Bu, bütün Ukrayna xalqının Belarus xalqına əsas mesajıdır”, - deyə Zelenski bildirib.
24-01-2023, 22:55
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb


Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub. Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
24-01-2023, 22:50
Ukrayna prezidenti bu şəhərləri “xilaskar” adlandırdı


Ukrayna prezidenti bu şəhərləri “xilaskar” adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüs, Polşanın Rzeszov, Przemysl, Çexiyanın paytaxtı Praqa şəhərinə "xilaskar şəhər" statusu verib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, adları çəkilən şəhərlərə Ukrayna vətəndaşlarına göstərdiyi yardıma və ölkəyə verdiyi dəstəyə görə xüsusi status verilib.
24-01-2023, 22:45
İlham Əliyev Rusiya ilə sazişi təsdiqlədi


İlham Əliyev Rusiya ilə sazişi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş təsdiq edilib. Azərbaycan Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş” təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
24-01-2023, 22:39
Rusiya XİN Fransanı terrorda ittiham etdi


Rusiya XİN Fransanı terrorda ittiham etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Fransanı terrorda ittiham edib. Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasına münasibət bildirib. "Bu, xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın məsələlərə müdaxilə etdiyini göstərir",- rusiyalı nazir deyib. Lavrov bir çox ölkələrdə Fransanın özəl hərbi şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: "Bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının tətbiq etdiyi ümumi fəlsəfə və mentalitetdir. 2000-ci illərdə Ukrayna üçün də bu mentalitetdən istifadə olunub. Ukraynaya ya Rusiya, ya da Qərb deyə şərt qoyulub. Eyni məntiq Afrika qitəsində də tətbiq olunur". Bundan əlavə, Rusiya xarici işlər naziri Fransanı Afrikada terrora dəstək verməkdə ittiham edib: "Fransa Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini təhrik edib. Avropalı həmkarlarımızın xarici siyasətdə hələ də “parçala, hökm sür” təfəkküründən istifadə etməsi təəssüf doğurur”.
24-01-2023, 22:32
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb


Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb

Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, bu gün C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!