37 mindən çox namizəd müəllim olmaq istəyir .....                        İkinci Dünya müharibəsindən qalma mərmi partladı - 7 yaralı var .....                        "Qarabağ"ın növbəti qələbəsi .....                        Prezidentlər Şuşada birgə nahar etdilər .....                        8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü .....                        Lukaşenko Füzulidən ölkəsinə qayıtdı .....                        Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                       
25-01-2023, 16:36
Polşanın baş naziri Almaniya kanslerinə təşəkkür etdi


Polşanın baş naziri Almaniya kanslerinə təşəkkür etdi

Polşanın baş naziri Mateuş Moraveyski Almaniya federal kansleri Olaf Şoltsa təşəkkür edib. Baş nazir bu barədə twitter səhifəsində yazıb. Təşəkkür Ukraynaya "Leopard 2" tanklarının tədarükünə razılıq verilməsi ilə bağlı olub. "Çox sağ ol, Olaf Şolts! Bu, Rusiyanı dayandırmağa yönəlmiş böyük bir addımdır. Biz birlikdə güclüyük", - deyə Moraveyski qeyd edib. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da Berlinin qərarını yüksək qiymətləndirmişdilər. Qeyd edək ki, Almaniyanın Nazirlər Kabineti çoxsaylı tənqidlərdən sonra bu gün Ukraynaya 14 ədəd "Leopard 2" tankının tədarükü barədə qərar qəbul edib.
25-01-2023, 16:32
Ukrayna hərbi qüvvələri Soledar yaşayış məntəqəsindən geri çəkildi


Ukrayna hərbi qüvvələri Soledar yaşayış məntəqəsindən geri çəkildi

Ukrayna müdafiə qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar yaşayış məntəqəsindən geri çəkilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupundan Sergey Çerevatı bildirib. "Biz əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləndik. Əsas tapşırığı yerinə yetirdik. Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsi olmayıb. Bu, müharibədir. Hər bir komandir öz qoşunları üçün maksimum faydaya əsaslanaraq qərarlar qəbul edir. Biz düşmənimizin özünə icazə verdiyi lüksə malik deyilik. Yəni sadəcə döyüşçüləri ölməsi üçün qabağa ata bilmərik. Biz mümkün qədər manevr etməyə, atəş açmağa, düşməni tükəndirmək üçün kiçik qrup taktikalarından istifadə etməyə çalışırıq", - Çerevatı bildirib. "Əvvəllər Kiyev vilayətində, Xersonda, Xarkov əməliyyatında, Limanda əhəmiyyətli məğlubiyyətlər alması fonunda Rusiya diqqəti kiçik Soledar şəhərciyinə yönəltmək istəyir", - o qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl Rusiya Soledarı ələ keçirdiyini açıqlasa da, rəsmi Kiyev bunu təkzib etmişdi.
25-01-2023, 16:28
Almaniya Ukraynaya “Leopard 2” tankları verəcək


Almaniya Ukraynaya “Leopard 2” tankları verəcək

Almaniyanın Nazirlər Kabineti Ukraynaya "Leopard 2" tanklarının tədarükü ilə bağlı yekun qərar verib. Almaniya Ukraynaya tankları göndərəcək. Bildirilib ki, 14 ədəd "Leopard 2" tankı Kiyevə təhvil veriləcək. Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son görüşündə Berlinin buna qarşı çıxması böyük tənqidlərə səbəb olmuşdu.
25-01-2023, 16:22
Peskov Ukraynanı terror aktları təşkil etməklə ittihamlandırdı


Peskov Ukraynanı terror aktları təşkil etməklə ittihamlandırdı

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanı terror aktları təşkil etməkdə ittiham edib. O, Ukrayna ilə diplomatik nizamlanma yolunun perspektivi olmadığını bəyan edib. "Kiyev rejimi (Rusiya rəsmiləri Ukrayna hakimiyyətini belə adlandırır) terror aktlarının təşkilində iştirak edir və heç nədən çəkinmir. Bu, Rusiya Federasiyasının özünü qorumaq üçün seçdiyi yolun düzgün olduğunu təsdiq edir. Ukraynaya "ABRAMS" tanklarının tədarükü planı texnoloji aspektlər baxımından kifayət qədər uğursuzdur", - deyə Rusiya rəsmisi bildirib. Peskovun sözlərinə görə, Almaniyanın Ukraynaya mümkün tank tədarükü fonunda Moskva Berlinlə danışıqlar aparmır.
25-01-2023, 16:16
Vardanyana qarşı “müxalifət fraksiyası” yaradılıb


Vardanyana qarşı “müxalifət fraksiyası” yaradılıb

Xankəndidə separatçıların “dövlət naziri” adlandırlan Ruben Vardanyana qarşı bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yazıb. Qeyd edilib ki, Vardanyanın əleyhdarları Ermənistandakı səlahiyyətlilər tərəfindən idarə olunur və maliyyələşdirilir. Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan önləyici təbirlər görməkdədir. “Hraparak” bildirir ki, Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işdən və qazancdan məhrum olanlardır. Məlumata görə, R.Vardanyan da artıq hamının “işlərinin” araşdırılması barədə tapşırıq verib. Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər. Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir.
25-01-2023, 16:12
Putin son illərdə Zelenski ilə əlaqə saxlamayıb - Peskov


Putin son illərdə Zelenski ilə əlaqə saxlamayıb - Peskov

Rusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Volodimir Zelenski ilə əlaqə saxlamayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub: “Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib”, - deyə Peskov deyib. Həmin sammitdən sonra Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışığa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib. 2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.
25-01-2023, 16:09
Sağlamlıq arayışının qiyməti olduqca bahadır - Deputat


Sağlamlıq arayışının qiyməti olduqca bahadır - Deputat

Azərbaycanda keçən il 2021-ci ilə nisbətən dializə gedən xəstlərin sayı 13% artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, dializ xəstələrinin sayının artması araşdırılmalıdır: "Bunu araşdırmaq lazımdır ki, səbəb nədir. Çünki 13% eləcə də kiçik rəqəm deyil". M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.
25-01-2023, 16:05
Müdafiə xərclərinin artırılması lazımdır - NATO katibi


Müdafiə xərclərinin artırılması lazımdır - NATO katibi

NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə büdcəsinin artırılmasından danışıb. Baş katib bunu istisna etmədiyini bildirib. "NATO ölkələri təkcə Ukraynaya dəstək verməməli, həm də öz müdafiə qabiliyyəti səviyyəsinin saxlanmasının qayğısına qalmalıdırlar. Bu, müdafiə xərclərinin artırılmasını tələb edir", - deyə Stoltenberq söyləyib. Baş katib qeyd edib ki, NATO Ukraynada müharibənin tərəfi deyil, bununla belə, Kiyevə dəstək vermək hərbi alyansın hüququdur.
25-01-2023, 15:57
Sabah hava buludlu, yağmursuz olacaq


Sabah hava buludlu, yağmursuz olacaq

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-01-2023, 15:53
Azərbaycan əsgəri odlu silahla həyatına son qoydu


Azərbaycan əsgəri odlu silahla həyatına son qoydu

Azərbaycan Ordusunun əsgəri özünü öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!