1-01-2023, 15:23
Aksiya iştirakçıları Yeni ili Laçın yolunda qeyd etdiDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndi-Laçın yolunda ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər aksiyanın keçirildiyi əraziyə gəliblər. Onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər. Aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir. Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 20 gündür davam edir.
1-01-2023, 15:19
Ukraynanın 140 hərbiçisi əsirlikdən azad edildiUkrayna ordusunun 140 hərbi qulluqçusu əsirlikdən azad edilib. Bu barədə UNIAN agnetliyi məlumat yayıb. Azad edilən hərbçilər arasında yaralıların olduğu bildirilir. Azad edilən hərbçilər Mariupolun və Zmeyninin müdafiəçiləri, eləcə də digər döyüşçülərdir. Geri qaytarılan hərbçilərdən 132-si kişi və 8-i qadındır.
1-01-2023, 15:17
Rusların raket zərbələri əcnəbi jurnalistdən yan keçmədiRusiyanın Kiyevə raket zərbələri nəticəsində xarici jurnalist yaralanıb. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. Zərbə nəticəsində yaralanan jurnalist Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekitadır. Yaralı şəxsə yardım göstərilib. Qeyd edək ki, bu gün Kiyevə raket zərbələri nəticəsində ölən və yaralananlar olub.
1-01-2023, 15:10
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə danışdı31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən bildirilib ki, nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub. Bununla yanaşı, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub. Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1-01-2023, 15:06
Ərdoğan Türkiyənin yeni il hədəflərini açıqladı"Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmv Yeni il müraciətində deyib. “İndi məqsədimiz təkcə qlobal siyasətdə və iqtisadiyyatda ən yüksək pillələlərə yüksəlmək deyil, həm də orada qalmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir” - Ərdoğan bildirib. O qeyd edib ki, 2023-cü il Türkiyə üçün xüsusi il olacaq, çünki gələn il cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü qeyd ediləcək:“Türkiyə təkcə yeni ili qeyd etmir, həm də cümhuriyyətin qurulmasının birinci yüzilliyinin arxada qalacağı və yeni əsrin başlayacağı bir dövrə qədəm qoyur”.
1-01-2023, 14:32
Hava şəraitiylə əlaqədar Moskvada uçuşlar ləğv edildiHava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 100-dən çox reys gecikib və ya ləğv edilib. Təkcə Domodedovoda 18 reys gecikib, bir uçuş ləğv edilib, Şeremetyevoda isə 53 reys gecikib, Vnukovoda dörd reys ləğv edilib, 15-i gecikib. Qeyd olunur ki, hazırda Moskvanın hava limanlarında uçuş-enmə zolaqları qardan təmizlənir, təyyarələri soyuq havadan qorumaq üçün lazımi tədbirlər həyata keçirilir.
1-01-2023, 14:28
Zakir Həsənov müalicə alan hərbiçilərlə görüşdüMüdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib. Sonra general-polkovnik Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib. Daha sonra general-polkovnik Z.Həsənov hospitalın tibb personalı ilə görüşüb, həkimlərimizin xəstə və yaralı hərbi qulluqçuların müalicəsində göstərdikləri xidmətləri müsbət qiymətləndirib. Qeyd olunub ki, Vətən müharibəsində və digər döyüş əməliyyatlarında hərbi tibb personalı öz vəzifəsinin öhdəsindən layiqincə gələrək yüksək peşəkarlıq nümayiş etdirib, yaralı hərbçilərimizin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarına nail olub. Hərbi həkimlər də öz növbəsində Azərbaycan Ordusunun bütün sahələrinə olduğu kimi hərbi tibb sahəsinə də göstərilən diqqətə görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.
[media=https://youtu.be/9O4K8i5ol0k]