TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-01-2023, 20:28
Biz sülh tərəfdarıykən, Yunanıstan təxribatçı hərəkətlərə davam edir - Akar


Biz sülh tərəfdarıykən, Yunanıstan təxribatçı hərəkətlərə davam edir - Akar

"Biz sülh əlini uzadarkən, Yunanıstan təxribatçı hərəkətlərini və gərginliyi artıran bəyanatlarını davam etdirməkdə israrlıdır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bunlar sadəcə olaraq beynəlxalq aləmdə insanları çaşdırmaq üçün irəli sürülən şeylərdir. Türkiyə dövlətinin siyasəti çox aydındır. 40 min kvadrat kilometrlik dəniz yurisdiksiyası istəyirlər, beynəlxalq müqavilələri pozaraq adaları silahlandırırlar. Biz bu günə qədər heç bir təxrbata icazə verməmişik, etməyəcəyik də”, - Akar bildirib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ankaranın Yunanıstanın Egey dənizindəki ərazi sularının genişləndirilməsinə icazə verməyəcəyini bildirmişdi.
1-01-2023, 20:21
Rusiya quru qoşunlarını Ermənistana yerləşdirir


Rusiya quru qoşunlarını Ermənistana yerləşdirir

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib. “Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, - məlumatda deyilir. Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır. "Bütün manevrlər sülhməramlı və antiterror xarakterli olacaq", - nazirlik bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Rusiya-Hindistan “İndra-2023” xüsusi təyinatlı təlimi, ŞƏT-ə üzv dövlətlərin “Sülh missiyası-2023” birgə hərbi antiterror komanda-qərargah təlimi, Rusiyanın laosla birgə hərbi təlimləri, Rusiya-Pakistan birgə "Dostluq -2023" hərbi təlimidir. Həmçinin planlarda Rusiya-Əlcəzair birgə hərbi təlimi, Mərkəzi Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2023”, Rusiya-Monqolustan “Selenqa-2023” birgə təlimi və Rusiya-Vyetnam təliminin keçirilməsi nəzərdə tutulur.
1-01-2023, 20:10
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
1-01-2023, 20:07
“Təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxdılar - Paşinyan


“Təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxdılar - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il gecəsi xalqa müraciətində deyib ki, “təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxıblar. Paşinyan bununla Putinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını ifadə edib. Onun sözlərinə görə, 2021-ci ilin mayından 2022-ci ilin 13 sentyabrına qədər olan dövrdə Azərbaycanla hərbi qarşıdurma zamanı Ermənistanın təhlükəsizlik müttəfiqləri ya passiv müşahidəçi statusunda qalmağı üstün tutublar, ya da alternativ olaraq aktiv müşahidəçi statusu təklif ediblər. Lakin baş nazirin sözlərinə görə, Ermənistan dünyada tək qalmayıb. "Mən bu vəziyyətə biganə qalmayan və ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına dəstək olaraq görünməmiş qərarlar qəbul edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm", - Ermənistan hökumətinin başçısı bildirib. O, bəyan edib ki, Ermənistan müstəqil, suveren, firavan və təhlükəsiz dövlət uğrunda mübarizə aparır. Paşinyanın sözlərinə görə, Ermənistan 29 800 kvadrat kilometrlik ərazisini qorumaq üçün çətin yoldan keçir.
1-01-2023, 19:49
Paşinyan Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə ziyarət etdi


Paşinyan Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə ziyarət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yaxın ərazilərdə xidmət edən əsgərləri ziyarət edib. Paşinyan bu haqda sosial şəbəkədə məlumat yayıb: “Yeni il ərəfəsində mən sərhəddə xidmət edən hərbi qulluqçularımıza baş çəkdim və onlara göstərdikləri fədakar xidmətə görə təşəkkür etdim”, - Paşinyan bildirib. Ermənistan hökumətinin başçısı xidmət zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.
1-01-2023, 19:33
Rusların 45 PUA-sı məhv edildi


Rusların 45 PUA-sı məhv edildi

Yeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsusu 45 pilotsuz təyyarəni (PUA) məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.“2023-cü il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı olan “Shahed-131/136” kamikadze pilotsuz uçan aparatları ilə Ukraynaya hücum ediblər”, - məlumatda deyilir. Qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin apardığı döyüş işi nəticəsində 45 hücum pilotsuz uçuş aparatı məhv edilib. "Onlardan 13-ü 2022-ci ildə, 32-si 2023-cü ildə məhv edilib. Düşmən ukraynalıların bayramını korlaya bilmədi", - xəbərdə qeyd olunur. Məlumata görə, ruslar 2022-ci il dekabrın 31-də günortadan sonra Ukraynaya növbəti raket hücumu həyata keçirib. Nikolayevə hücum nəticəsində 7 nəfər yaralanıb. Partlayış səsləri Kiyevdə də eşidilib. Paytaxt meri Vitali Kliçko bildirib ki, Rusiyanın paytaxtdakı mülki obyektlərə hücumu nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 həkim hadisə yerində yardım göstərib. Gün ərzində baş verən kütləvi raket zərbəsindən sonra Rusiya Ukrayna ərazisinə kamikadze pilotsuz təyyarələri buraxıb. Dekabrın 31-i axşam saatlarında, Yeni ilə bir neçə saat qalmış Rusiya Federasiyası kamikadze pilotsuz təyyarələrlə Ukraynanın cənubuna hücum edib. 2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.
1-01-2023, 15:48
Prezident Zəngəzur dəhlizinin önəmindən danışdı


Prezident Zəngəzur dəhlizinin önəmindən danışdı

"Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır". Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib. “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
1-01-2023, 15:40
Prezident hərbi sahədəki inkişafdan danışdı


Prezident hərbi sahədəki inkişafdan danışdı

Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi gücünü göstərdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq”.
1-01-2023, 15:37
Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - Ərdoğan


Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı hesabat yayımlayıb. O, bu barədə "Twitter" hesabında paylaşım edib. “Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik. Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik", - deyə o qeyd edib. O bildirib ki, Azərbaycanda 279 kvadrat kilometr ərazi minalardan təzmilənib.
1-01-2023, 15:32
Avropa İttifaqından Moldovaya maddi dəstək


Avropa İttifaqından Moldovaya maddi dəstək

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Moldovaya 250 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır. Bu barədə Aİ-nin Kişinyovdakı nümayəndəliyi məlumat yayıb. “Biz Aİ-nin Moldovanın avropayönümlü istəklərini dəstəkləməyə davam etmək niyyətini təsdiqləyən daha bir ili problemlər və uğurlarla başa vururuq. Növbəti dövrdə Aİ Moldovaya 250 milyon avro məbləğində maliyyə dəstəyi verəcək”, - diplomatik departamentin məlumatında deyilir. Açıqlamada qeyd olunub ki, Aİ Moldovada enerji, nəqliyyat və tibb sahələrinə ən azı 150 milyon avro sərmayə qoymağa hazırlaşır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!