4-03-2023, 22:38
ABŞ Ukraynaya zirehli döyüş maşınları göndərirABŞ Ukraynaya vəd etdiyi "Stryker" zirehli döyüş maşınlarını göndərməyə başlayıb. Bu barədə “Military Agenda” nəşri məlumat yayıb. Zirehli maşınlar Almaniyaya göndərilib, oradan Ukraynaya yola düşəcəklər. “ABŞ 90 “Stryker” döyüş maşını göndərib, onlar artıq Almaniyaya çatıblar, oradan da Ukraynaya gedəcəklər”, - məlumatda deyilir.
4-03-2023, 22:10
Silahlı hücumu törədən şəxslərdən biri saxlanılıb, digəri öldürülübBakının Xətai rayonunda cinayət əməli törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir.
4-03-2023, 22:08
Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilibBakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
4-03-2023, 22:06
Zelenski Avropa Parlamentinin sədri ilə görüşübUkrayna Prezidenti Volodimir Zelenski Lvovda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Zelenski görüş zamanı Ukraynanın bu il Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa çağırıb. “Ümid edirəm ki, üzvlüklə bağlı danışıqlar bu il başlaya bilər. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - Roberta Metsola bildirib. Xanım Metsola Ali Radanın sədri Ruslan Stefançuklə də görüş keçirib.
4-03-2023, 22:04
Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladıStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.
4-03-2023, 21:19
Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdiPrezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
4-03-2023, 21:17
Mirzoyan hindistanlı həmkarı ilə bir sıra məsələləri müzakirə edibErmənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Yeni Dehlidə baş tutub. Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat təqdim edib. Həmçinin Laçın yolundakı vəziyyətə də toxunulub.
4-03-2023, 21:15
Alman hərbi şirkəti Ukraynada tank zavodu tikməyi planlayırAlmaniyanın "Rheinmetall" hərbi şirkəti Ukraynada tank zavodu tikmək istəyir. Bu barədə "Rheinische Post" nəşri məlumat yayıb. Bildirilir ki, zavodun tikintisinə dair Ukrayna hakimiyyəti ilə danışıqlar aparılır. Zavod ildə 400-ə qədər "Pantera" döyüş tankı istehsal edə bilər. Konsernin rəhbəri Armin Papperger qəzetə müsahibəsində bildirib ki, zavodun tikintisi təxminən 200 milyon avroya başa gələcək və onun təhlükəsizliyini hava hücumundan müdafiə sistemləri təmin edə bilər.
4-03-2023, 21:12
Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olubBu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib. Silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş. O, ailənin yeganə oğlan övladı imiş. Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
4-03-2023, 21:04
Ermənistanda su çiçəyi xəstəliyi yayılırErmənistanda su çiçəyi xəstəliyi yayılıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hələlik 12 nəfərdə su çiçəyi aşkarlanıb. Yoluxanların sayının artacağı istisna olunmur.