Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
14-03-2023, 23:28
Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı - Kansler


Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı - Kansler

"Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı". Bu sözləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında deyib. "Yəni, bununla da öz mövqeyini ortaya qoydu" , - deyə kansler bildirib.
14-03-2023, 23:25
Azərbaycan əhəmiyyəti artan tərəfdaşdır - Şolts


Azərbaycan əhəmiyyəti artan tərəfdaşdır - Şolts

Azərbaycan və Avropa İttifaqı Şərqi Tərəfdaşlıq çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər və bu necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik. Bu barədə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. “Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur”, - deyə Almaniya Kansleri qeyd edib.
14-03-2023, 23:18
Uzunmüddətli kontraktlarda maraqlıyıq - İlham Əliyev


Uzunmüddətli kontraktlarda maraqlıyıq - İlham Əliyev

Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik”.
14-03-2023, 23:12
Ermənistana sülh təklif etmişik - İlham Əliyev


Ermənistana sülh təklif etmişik - İlham Əliyev

İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. “Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
14-03-2023, 23:10
Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır - Prezident


Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır - Prezident

Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə bugünkü Ermənistanın baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı bildirib: “Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsini biz 8 noyabr 2020-ci ildə Şuşada qoyduq”.
14-03-2023, 23:05
Prezident alman həmkarı ilə sülh müqaviləsindən danışdı


Prezident alman həmkarı ilə sülh müqaviləsindən danışdı

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Məhz bu əsnada aparılan görüşlərdə, qəbul edilən bəyanatlarda sülh müqaviləsinin və sülh gündəliyi platformasının müəyyən olunub. Bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Azərbaycanın mövqeyinin iki yanaşmadan ibarət olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir.
14-03-2023, 23:03
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - Almaniya prezidenti


Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - Almaniya prezidenti

Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib. Onun sözlərinə görə, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparılıb və o, sülh müqaviləsinin imzalanacağına ümidvardır. Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini, bu əsnada tezliklə Brüsseldə görüşün keçiriləcəyinə ümidvar olduğunu söyləyib. Almaniya Prezidenti əlavə edib ki, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. O, həmçinin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkinin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ciddi dəstək və töhfə verdiyini vurğulayıb. Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
14-03-2023, 22:58
Razılaşma əldə etmək üçün yaxşı şans var - İlham Əliyev


Razılaşma əldə etmək üçün yaxşı şans var - İlham Əliyev

Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib. "Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir. Biz beynəlxalq hüquqa əsaslanan və bizim mövqeyimizə görə sülh sazişinin əsasını təşkil etməli olan beş prinsip işləyib hazırlamışıq", - dövlət başçısı bildirib. Prezident vurğulayıb ki, beş prinsipi özündə əhatə edən sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb və iki ölkə arasında sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Dövlət başçısının sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyanı, Brüssel sülh gündəliyini dəstəkləyir. Prezident onu da əlavə edib ki, Azərbaycanın mövqeyi iki yanaşmadan ibarətdir: "Birinci yanaşma Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ikinci yanaşma isə Azərbaycanın Qarabağın erməni sakinləri ilə dialoqun həyata keçirilməsidir".
14-03-2023, 16:53
İlham Əliyev Almaniya kansleri ilə təkbətək görüşdü


İlham Əliyev Almaniya kansleri ilə təkbətək görüşdü

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.


14-03-2023, 16:49
Bağçalı deputatlığa namizəd olmaq üçün ərizə təqdim etdi


Bağçalı deputatlığa namizəd olmaq üçün ərizə təqdim etdi

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçiriləcək parlament seçkiləri üçün namizədlik müraciətlərini qəbul etməyə başlayıb. Partiya sədri Dövlət Bağçalı MHP qərargahında deputatlığa namizəd olmaq üçün ərizə təqdim edib. Partiya namizədlik ərizələrini martın 21-dək qəbul etməyə davam edəcək. Qeyd edək ki, namizədlik üçün müraciət edənlərdən 3 min liderə ödəniş tələb olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!