Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
22-03-2023, 23:24
Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzayla bağlı cinayət işi açılıb


Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzayla bağlı cinayət işi açılıb

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin öldüyü, həyat yoldaşı, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, istintaq aparılır. Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
22-03-2023, 23:18
Şoyqu türkiyəli həmkarıyla Qarabağdakı vəziyyəti müzakirə etdi


Şoyqu türkiyəli həmkarıyla Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı taxıl sazişi və Suriyadakı vəziyyət də müzakirə olunub.
22-03-2023, 23:06
Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzanın səbəbi müəyyənləşdi


Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzanın səbəbi müəyyənləşdi

Bu gün saat 18:15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı, 10-LK-909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Sürücü O.Əliyev hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan digər sərnişin Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilib. İlkin məlumata görə, hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olub.



22-03-2023, 22:52
İsveçin səs çoxluğu ilə NATO-ya daxil olması təsdiqləndi


İsveçin səs çoxluğu ilə NATO-ya daxil olması təsdiqləndi

İsveç parlamentinin deputatları səs çoxluğu ilə krallığın NATO-ya daxil olmasını təsdiqləyiblər. Bu barədə "Dagens Nyheter" nəşri yazıb. Bildirilir ki, qanun layihəsini İsveç hökuməti təqdim edib. İsveç parlamentinin rəhbərliyi qəbul edilmiş sənədi tarixi adlandırıb. 269 deputat qərarın lehinə səs verib, 37 deputat əleyhinə çıxış edib, 43 deputat iclasda iştirak etməyib. Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyasının üzvləri ölkənin hərbi bloka qoşulmasına qarşı çıxıblar. Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya parlamenti 2023-cü il martın 1-də ölkənin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləyib.
22-03-2023, 22:38
İran beynəlxalq sanksiyalarla yanaşı daxili parçalanma ilə üz-üzədir


İran beynəlxalq sanksiyalarla yanaşı daxili parçalanma ilə üz-üzədir

İranın beynəlxalq vəziyyəti ilə daxildə baş verən çaxnaşmalar neqativ təsirini göstərməkdədir. Rejimin həyata keçirdiyi siyasətin nəticəsi olaraq İran beynəlxalq sanksiyalara məruz qalmaqla yanaşı, daxildə də parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yalnız xalqın deyil, hərbi elitanın da rejimə qarşı çıxdığı göstərilir. İran daxilində hərbçilərin rejimə qarşı çıxması və ordunun əsasını təşkil edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali lider Ayətullah Əli Xamneyinin iqamətgahı da daxil olmaqla hökumət binalarını atəşə tutmağa cəhd etməsi əslində təəccüb doğurmamalıdır. SEPAH İranın silahlı qüvvələrinin əsas funksiyasını yerinə yetirməklə yanaşı, həm də böyük iqtisadi imkanlara malik olan bir qurumdur. Bu qurumun İranın daxilində və xaricində fəaliyyət göstərən hərbiləşmiş şöbələri iri banklara, daşınmaz əmlaka, valyuta ehtiyatlarına da malikdir. Ordu ilə yanaşı İran iqtisadiyyatında da aparıcı mövqeyə malik olan SEPAH qarşısıalınmaz böyük bir qüvvədir. İranda Ali Baş Komandan Prezident deyil, Ali lider Əli Xamneyidir. SEPAH-a daxil olan qoşun növlərinin komandanları Ali lider tərəfindən təyin olunur və yalnız ona tabedir. Qoşun növlərinə rəhbərlik edən generallar SEPAH-ın hesabına böyük var-dövlət sahibinə çevriliblər və bu gün nüfuz dairələrini daha da genişləndirmək istiqamətində bir-birilərinə qarşı mübarizə aparırlar. Onların bəzilərinin ikili vətəndaşlıqları və xarici dövlətlərin banklarında külli miqdarda maliyyə aktivləri var. Bu gün İran rejiminin apardığı siyasət qətiyyən SEPAH-ın maraqlarını əks etdirmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, SEPAH Ali rəhbərin göstərişlərini yerinə yetirməklə xalqın gözündən düşüb. Ötən ilin sentyabrından İranda baş qaldıran və hələ də davam edən kütləvi etirazların yatırılmasında da SEPAH öz qəddarlığı ilə seçilib. Təsadüfi deyil ki, İranın Sistan-Bəlucistan, Kürdistan, Yəzd, Mərkəzi və başqa vilayətlərində etiraz edənlər SEPAH-ın şöbələrinə basqın edib zabitləri qətlə yetiriblər. Artıq SEPAH rejimin çirkli işlərini həyata keçirmək istəmir. Çünki hər zaman əlini qana batıran zabitlər olur, Əli Xamneyi isə bu qanın tökülməsinə əmr versə də özü təmiz qalır. Digər tərəfdən SEPAH ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınır və ən sərt beynəlxalq sanksiyalara məruz qalır. İnqilabdan ötən 42 il ərzində SEPAH-ın fəaliyyəti “xalq düşmənləri”ni ifşa etməkdən ibarət olub. Artıq bu qurum ölkənin daxilində baş verənləri və İranın beynəlxalq vəziyyətini nəzərə alıb hakimiyyəti tam olaraq ələ almağa çalışır və martın 17-də buna cəhd etsə də ifşa olunub. Burada bir məsələyə diqqət vermək lazımdır. SEPAH daxilində xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək qruplaşmalar yaradan generallar da var. Bunlar getdikcə İranın uçurumun astanasına yaxınlaşdığını görür və vəziyyətdən çıxış yolu axtarırlar. Görünən odur ki, bu çıxış yolunu onlar Ali liderin fiziki məhvində tapıblar. Bu hərbi qurumun daxilindəki parçalanmanı general Qasım Süleymaninin öldürülməsi də sübut edir. 2019-cu ildə Bağdadın hava limanında raket zərbəsi ilə qətlə yetirilən generalın nə vaxt Bağdada gedəcəyini raket zərbəsi endirənlər əvvəlcədən bilib. İranın siyasi dəhlizlərində bu məsələ çox müzakirə olunsa da məsələnin üstü ört-basdır edildi. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, İran rejimi artıq sonunu yaşayır. Rejimin həyata keçirdiyi daxili və xarici siyasət əhali ilə yanaşı siyasi qruplaşmalar və hərbçiləri də artıq qane etmir. Onların nəinki maraqları təmin olunmur, eyni zamanda, fəaliyyət imkanları məhdudlaşır. SEPAH-dakı bəzi qruplaşmalar Ə. Xamneyini aradan götürməklə vəziyyəti sabitləşdirməyə çalışıb, lakin bu baş tutmayıb. Yaxın gələcəkdə belə hadisənin baş verməyəcəyini demək olmaz. SEPAH güclü iqtisadi dayaqlara və hərbi qüvvəyə malik olsa da, sanksiyalar qurumun generallarına sərbəst yaşamağa və istədikləri vaxt xaricə getmələrinə imkan vermir. Sanksiyalar eyni zamanda SEPAH-ın ölkə daxilindəki iqtisadi imkanlarını məhdudlaşdırır. Gəlir azalır, xərclər isə artır ki, bu da Yaxın Şərqin, demək olar, əksər dövlətlərində hərbiləşdirilmiş proksi dəstələrin saxlanmasına imkan vermir. Beynəlxalq aləmdə olduğu kimi, ölkə daxilində də terrorçu damğası ilə yaşamaq istəməyən SEPAH generalları ehtimal ki, bundan sonra da çevrilişə can atacaqlar. İranda rejimin dəyişəcəyi mütləqdir. Bunun nə zaman baş verəcəyini zaman göstərəcək. Lakin İranın daxilində və xaricində cərəyan edən proseslər qətiyyətlə onu deməyə əsas verir ki, dəyişiklik artıq zərurətə çevrilib.
22-03-2023, 22:33
Dəhşətli yol qəzasında “SOY” prodakşının rəhbəri dünyasını dəyişdi


Dəhşətli yol qəzasında “SOY” prodakşının rəhbəri dünyasını dəyişdi

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Məlumata görə, Oqtay Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib. Avtomobildə olan Mehriban Zəki yaralanıb, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
22-03-2023, 22:28
Ermənistanın XİN başçısı iranlı həmkarıyla Laçın yolunu müzakirə edib


Ermənistanın XİN başçısı iranlı həmkarıyla Laçın yolunu müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik mövzuları müzakirə olunub. Mirzoyandan əvvəl Kani Ermənistan XİN başçısının müavini Vahan Kostanyanla danışıqlar aparıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.
22-03-2023, 22:25
Fransa prezidenti ilin sonuna qədər qalmaqallı islahatı təsdiqləyəcək


Fransa prezidenti ilin sonuna qədər qalmaqallı islahatı təsdiqləyəcək


Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər qalmaqallı pensiya islahatları haqqında qanunu təsdiqləyəcək. Bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib. Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin həyata keçiriləcəyini deyib. Yaxın həftələrdə qanun layihəsi Konstitusiya Şurasının müzakirəsinə çıxarılacaq və yalnız təsdiq edildikdən sonra qanuna çevrilə bilər. Qeyd edək ki, qanuna görə Fransada bir neçə dəfə iğtişaşlar baş verib, polislə vətəndaşlar arasında toqquşma yaşanıb.
22-03-2023, 22:14
Türkiyə ordusu hərbi təlimlərə start verib


Türkiyə ordusu hərbi təlimlərə start verib

Türkiyə ordusu hərbi təlimlərə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, "Anadolu Qartalı-2023/1" adlı təlimdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı iştirak edir. Təlimlər martın 24-dək davam edəcək. Təyyarələr plana uyğun olaraq, ölkənin 8 müxtəlif bazasından havaya qalxıb və tapşırıqları icra ediblər.
22-03-2023, 22:11
Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir - Mirzoyan


Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir - Mirzoyan

Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya göndərəcək. Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistana öz təkliflərini göndərdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!