Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
27-03-2023, 21:25
İsrailin ölkəmizdəki səfirliyi müvəqqəti fəaliyyətini dayandırdı


İsrailin ölkəmizdəki səfirliyi müvəqqəti fəaliyyətini dayandırdı

İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub. Bu barədə İsrailin Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək. Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 21:20
Rusiya İrana kibersilahlarla kömək edir - “Wall Street Journal” nəşri


Rusiya İrana kibersilahlarla kömək edir - “Wall Street Journal” nəşri

Rusiya pilotsuz uçuş aparatları (PUA) müqabilində İrana kibersilahlarla komək edir. Bu barədə "Wall Street Journal" nəşri yazıb. Nəşriin məlumatına görə, Moskva Tehranı rabitə-nəzarət avadanlığı, dinləmə cihazları, qabaqcıl foto avadanlıqları və yalan detektorları ilə təmin edir. Rusiya çox güman ki, müxaliflərin telefonlarını və sistemlərini sındırmaq üçün İranı daha təkmil proqram təminatı ilə təchiz edib. Nəşrin məlumatına görə, proqram təminatı Rusiyanın Proteus elmi-texniki mərkəzi tərəfindən təchiz edilib. Proteus texnologiyası İran hakimiyyətinə mobil rabitə üzərindən iranlıların mübadilə etdikləri məlumatları ələ keçirməyə imkan verə bilər.
27-03-2023, 21:08
Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzlüyünü təsdiqlədi


Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzlüyünü təsdiqlədi

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edib. Macarıstanlı deputatlar Alyansın genişlənməsinə razılıq veriblər. Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasını Türkiyədən başqa bütün ölkələr təsdiqləyib. Türkiyə parlamentinin komitəsi Finlandiyaya razılıq verib, tezliklə üzvlük məsələsi plenar iclasda müzakirə ediləcək. İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.
27-03-2023, 21:06
Çin Rusiyanın nüvə məsələsini dəstəkləmədi


Çin Rusiyanın nüvə məsələsini dəstəkləmədi

Çin Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsini dəstəkləmir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin bildirib. O qeyd edib ki, ötən il yanvarın 5-də nüvə silahına malik dövlətlərin liderləri birgə bəyanat yayıb, nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını bildirib, bəyanatda nüvə silahına malik dövlətlər arasında müharibələrin qarşısının alınması və strateji risklərin aradan qaldırılmasının vacibliyi vurğulanıb. XİN rəsmisi vurğulayıb ki, bütün tərəflər Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylərə üstünlük verməlidir. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini bildirib.
27-03-2023, 20:54
AMEA mina təmizləyən qurğu hazırlayıb


AMEA mina təmizləyən qurğu hazırlayıb

AMEA-nın alimləri ərazilərin minalardan
təmizlənməsi üçün yeni qurğu hazırlayıb. Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Elm gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. O, xüsusilə radioaktivliyi müəyyən edən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə töhfə verə biləcək yeni ixtiranın ANAMA-nın dəstəyi ilə sınaqdan keçirilməsinin və bu istiqamətdə sözügedən təşkilatla müqavilə imzalanmasının əhəmiyyətli olacağını vurğulayıb.
27-03-2023, 20:52
Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyirik - Bayden


Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləyirik - Bayden

"ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyir". Bu fikir ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. "Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir", - ABŞ lideri bildirib.
27-03-2023, 20:46
İsrailin Gürcüstandakı səfiri fəaliyyətini dayandırdı


İsrailin Gürcüstandakı səfiri fəaliyyətini dayandırdı

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini dayandırıb. Bu barədə səfirliyin “Facebook” hesabında məlumat yayılıb. Səfirliyin fəaliyyətini dayandırmasına səbəb İsrialdə davam edən etiraz aksiyalarıdır. Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:27
İsraildəki səfirliklər də etirazçılara dəstək oldu


İsraildəki səfirliklər də etirazçılara dəstək oldu

İsrailin ABŞ-dakı səfirliyinin əməkdaşları ölkədə keçirilən etiraz aksiyalarına dəstək veriblər. Bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, səfirliyin əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək barədə çağırışına qoşulublar. İsrailin ən böyük həmkarlar ittifaqı dövlət qulluqçularını, eləcə də diplomatik nümayəndəlikləri tətil elan etməyə çağırıb. İsrailin İtaliya, Cənubi Afrika Respublikası, Belçika, Estoniya və Finlandiyadakı səfirlikləri etiraz əlaməti olaraq, bu gün fəaliyyət göstərməyəcəklərini bəyan ediblər. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:23
Etirazçılar İsrailin parlament binasına daxil olub


Etirazçılar İsrailin parlament binasına daxil oldu

İsraildə məhkəmə islahatlarına etiraz edən şəxslərdən bəziləri parlament binasına daxil olub. Bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb. Hazırda Knessetin binası qarşısında hökumət əleyhinə mitinq keçirilir. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:18
Fransa hər iki tərəfin versiyalarını eşidəcək - Senator


Fransa hər iki tərəfin versiyalarını eşidəcək - Senator

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda mühüm görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək. Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni XİN başçısının Azərbaycana səfəri barədə gözləntilərini bölüşüb. Xanım senatorun sözlərinə görə, nazirin hər iki ölkəyə səfəri çox əhəmiyyətlidir. “Fransa rəsmisi, nəhayət, erməni təbliğatında boğulmaq əvəzinə hər iki tərəfin versiyalarını eşidə biləcək. Bildirmək istəyirəm ki, Ermənistan Rusiyaya silah embarqosunu pozanda və İran İslam Respublikasına dəstək verəndə Azərbaycan Avropa və Qərbin müttəfiqi olaraq qalır. Ona görə də bu nüanslara diqqət etmək lazımdır”, - deyə Natali Qule vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!