Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
6-06-2023, 22:53
Güclü leysan İsmayıllı-Lahıc yolunu bağladı


Güclü leysan İsmayıllı-Lahıc yolunu bağladı

Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb. Sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb. Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.
6-06-2023, 22:43
2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm - Sinan Oğan


2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm - Sinan Oğan

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində iştirak edən Sinan Oğan növbəti seçimlərdə yenidən namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə o, yerli mətbuata açıqlamasında bildirib. Oğan qeyd edib ki, 2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacaq. "Heç kimə sirr deyil, indidən elan edirəm, 2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm", - Azərbaycan əsilli siyasətçi vurğulayıb.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən ilk turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Oğan seçkilərin ikinci turunda Ərdoğanı dəstəkləyib.
6-06-2023, 22:11
Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik - Ərdoğan


Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin yeni tərkibdə ilk iclasından sonra önəmli açıqlamalar verib. O, 4 saat davam edən iclasdan sonra toplantıda müzakirə olunan mövzular barədə danışıb. Ərdoğan deyib ki, seçkilərdən əvvəl gündəmə gətirilən konstitusiya dəyişiklikləri üzərində iş gedir. "Seçkilər öncəsi gündəmə gətirdiyimiz konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik", - o bildirib. Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb. O, seçki öncəsi verdiyi bütün vədlərin icra ediləcəyini vurğulayıb: "Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır".
6-06-2023, 21:21
Ər-Riyadda İran səfirliyinin açılış mərasimi baş tutdu


Ər-Riyadda İran səfirliyinin açılış mərasimi baş tutdu

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran səfirliyinin açılış mərasimi keçirilib. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Açılış mərasimində İran və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirə İranın Səudiyyə Ərəbistanındakı yeni səfiri Əlirza Enayəti də qatılıb. Qeyd edək ki, Tehran və Ər-Riyad bir neçə ay əvvəl münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Razılaşma Çinin vasitəçiliyi ilə əldə olunub.
6-06-2023, 21:07
Ermənistan öhdəliklərinə əməl etməklə bağlı çağırışlarımıza məhəl qoymur


Ermənistan öhdəliklərinə əməl etməklə bağlı çağırışlarımıza məhəl qoymur

Azərbaycan hökumətinin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupu artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndlərinə və Azərbaycanın Laçın şəhərinə qayıdıb. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib. Nazir Ceyhun Bayramov bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb. Çıxışında ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsinin əhəmiyyətindən söz açan nazir Ceyhun Bayramov keçmiş münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymadığı bildirilib. Sonda nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.
6-06-2023, 20:59
Ərdoğanın sədrliyi ilə keçirilən iclas 4 saat davam etdi


Ərdoğanın sədrliyi ilə keçirilən iclas 4 saat davam etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçirilib. İclas 4 saat 10 dəqiqə davam edib. Ərdoğan iclasdan sonra ictimaiyyətə müraciət edib.
6-06-2023, 20:31
3 istiqamətdə fikir ayrılığımız var - Ceyhun Bayramov


3 istiqamətdə fikir ayrılığımız var - Ceyhun Bayramov

6 iyun 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov çıxışında ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açaraq Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və təhlükəsizliyin təməli olaraq qalmasının, coğrafi üstünlüklər və ikili standartlar olmadan bərabər və qeyd-şərtsiz tətbiq olunmasının əhəmiyyətindən bəhs edib. Ölkəmizin ATƏT çərçivəsində davamlı fəallığının regionda sülh, təhlükəsizlik və sabitliyə töhfə vermək öhdəliyimizin sübütu olduğunu bildirən nazir Azərbaycanın ATƏT də daxil olmaqla müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarı olduğunu, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Çıxış zamanı, Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açılıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyi səsləndirilib. Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və iki ölkənin öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasında olduğu bildirilib. Münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparıldığı qeyd olunub. Sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlərin olmasından bəhs olunub. Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirib. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb. Ərazilərimizin otuz ildir davam edən hərbi işğalının ağır nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın genişmiqyaslı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərindən bəhs olunub. Ölkəmizin Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlı olduğu vurğulanıb. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə öz öhdəliklərinə ciddi şəkildə riayət etməyin zəruriliyi qeyd olunub. Azərbaycan hökumətinin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndlərinə və Azərbaycanın Laçın şəhərinə qayıtdığı barədə məlumat verilib. Nazir Ceyhun Bayramov bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb. Çıxışında ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsinin əhəmiyyətindən söz açan nazir Ceyhun Bayramov keçmiş münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməklə bağlı davamlı çağırışlarımıza məhəl qoymadığı bildirilib. Sonda nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.
6-06-2023, 19:50
Erməni silahlı dəstələri fortifikasiya qurğularını quraşdırmağa cəhd etdi


Erməni silahlı dəstələri fortifikasiya qurğularını quraşdırmağa cəhd etdi

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
6-06-2023, 19:39
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutdu


Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutdu

İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
6-06-2023, 18:03
XİN başçısı ATƏT-in növbədənkənar iclasında çıxış etdi


XİN başçısı ATƏT-in növbədənkənar iclasında çıxış etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vyanada ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib. Xatırladaq ki, Ceyhun Bayramov bu gün Avstriyaya işgüzar səfərə gedib. Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada da iştirak edib. İclasdan fotoları təqdim edirik:



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!