Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-07-2023, 13:56
İranda polis məntəqəsinə silahlı basqın


İranda polis məntəqəsinə silahlı basqın

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər. Hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub. İnsidentin yerli vaxtla saat 7:15-də əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir. Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.
8-07-2023, 13:11
XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildi


XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda xarici işlər nazirinin müavinləri Elnur Məmmədov və Fariz Rzayevə də fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
8-07-2023, 12:17
Peskovdan açıqlama: Putinlə Ərdoğanın görüşü olacaq


Peskovdan açıqlama: Putinlə Ərdoğanın görüşü olacaq

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, daha əvvəl liderlərin avqust ayında görüşəcəkləri bildirilmişdi.
8-07-2023, 11:44
Taekvondoçularımız Ankarada keçirilən çempionatda 4 medal qazandı


Taekvondoçularımız Ankarada keçirilən çempionatda 4 medal qazandı

Azərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən açıq Türkiyə çempionatında 4 medal qazanıblar. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, yarışın ikinci günündə mübarizəyə qoşulan yığmamız aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb. Millimizin üzvü Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medalla kifayətlənib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.


8-07-2023, 10:29
Türkiyə Ukrayna xalqı ilə həmrəydir - Ərdoğan


Türkiyə Ukrayna xalqı ilə həmrəydir - Ərdoğan

Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib. Türkiyə lideri, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib. “Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb. Ərdoğan onu da diqqətə çatdırıb ki, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.
8-07-2023, 10:11
Gəncədə bədbəxt hadisə: Beton metal yığan şəxsin üzərinə düşdü


Gəncədə bədbəxt hadisə: Beton metal yığan şəxsin üzərinə düşdü

Gəncədə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb. Hadisə şəhərin "çay qırağı" deyilən ərazidə baş verib. Belə ki, satmaq məqsədi ilə metal yığan 33 yaşlı R.Heydərov dəmir parçasını götürmək istəyən zaman beton parçası onun üzərinə aşıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
8-07-2023, 03:10
FHN-ə yeni səlahiyyət verildi


FHN-ə yeni səlahiyyət verildi

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"na dəyişiklik edib. İndiyə qədər idarənin müdiriyyəti və ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi fərdi dozaların üzərində radiasiya nəzarətinin vaxtında və keyfiyyətlə keçirilməsinə, habelə şüalanma yüklərinin uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməli idilər. Dəyişikliyə əsasən, müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edilməlidir. Əgər indiyə qədər fərdi dozaların normadan artıq yüksək olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin rəhbərliyinə, idarə rəhbərliyi isə öz növbəsində ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsinə məlumat verməli idisə, dəyişikliyə əsasən artıq fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir. İndiyə qədər əhali və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə təbii və ya texnogen dəyişdirilmiş radiasiya fonu normadan artıq olan yerlərdə kollektiv fərdi dozimetrlərdən istifadə etməklə həmin ərazidə radiasiya nəzarəti müvafiq olaraq ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi və idarə müdiriyyəti tərəfindən aparılıb. Artıq əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!