12-07-2023, 15:55
Yaponiya Ukraynaya PUA-ları aşkarlayan sistem təhvil verəcəkYaponiya Rusiyanın təcavüzü fonunda ölkəyə yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının aşkarlanması sistemini təhvil verəcək. Bunu Yaponiya baş naziri Kişida Fumio bildirib. Qeyd edək ki, bu gün NATO-Ukrayna Şurasının toplantısı keçirilir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
12-07-2023, 15:20
Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm"Ukrayna NATO-ya həmişəkindən daha yaxındır". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. "Mən Ukrayna rəsmiləri ilə NATO tərəfdaşları kimi görüşəcəyimiz günü gözləyirəm", - o əlavə edib. Baş katib qeyd edib ki, Ukrayna şərtlər yerinə yetirildikdən sonra alyansın bir hissəsi olacaq. "Müttəfiqlər tələblərin yerinə yetirilməsi ilə razılaşdıqda biz Ukraynanı NATO-ya dəvət edəcəyik. Ukrayna uzunmüddətli təhlükəsizlik zəmanəti alacaq. Bu, müharibənin sonunda Rusiyanı çəkindirməyə kömək edəcək, Ukrayna isə NATO-ya üzv olacaq", - baş katib bildirib.
12-07-2023, 15:03
Taksi xidmətində bahalaşma müşahidə olunub2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
12-07-2023, 14:54
III Avropa Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıldıPrezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 900 min manat vəsait ayrılıb.
Sərəncama görə, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiqləməlidir. Eyni zamanda, Gənclər və İdman Nazirliyi ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təşkil etməli, Maliyyə Nazirliyi isə maliyyələşməni təmin etməlidir.
12-07-2023, 14:48
Ərdoğan Albaniyanın Baş naziriylə görüşdüTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın Baş naziri Edi Rama ilə görüş keçirib. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli gündəlikdəki mövzuları müzakirə ediblər.
12-07-2023, 14:32
Bizim üçün konkret uğur olacaq - Zelenski"Sammitin nəticələri yaxşıdır, amma Ukraynanın NATO-ya dəvəti olsaydı, ideal olardı". Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Prezident əlavə edib ki, o, bugünkü sammitdə uğur əldə etməyi, xüsusən də məhz NATO-ya inteqrasiya yolunda təhlükəsizlik zəmanətlərini almağı çox istərdi. "Bu gün G7 bu təhlükəsizlik zəmanətlərini təsdiq edə bilər və düşünürəm ki, bu baş verərsə, biz bunun üzərində işləyəcəyik və bizim üçün konkret uğur olacaq", - Zelenski bildirib.
12-07-2023, 14:22
UEFA “Qarabağ” klubuna ödəniş etdiUEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb. Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.
12-07-2023, 12:34
Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim edildiAzərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları (hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları) Tarix Muzeyinə təqdim edilib. Bu barədə Tarix Muzeyindən məlumat verilib. Əşyaları onun həyat yoldaşı Ofelya Salmanova muzeyə təqdim edib. Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
12-07-2023, 12:19
Zelenski Kanadanın Baş naziri ilə görüşdüUkrayna prezidenti Volodimir Zelenski Vilnüsdə Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb. O, görüşdə müzakirə zamanı birinci məsələnin silah olduğunu vurğulayıb. Ukrayna prezidenti həmçinin NATO sammitinin iştirakçıları ilə danışıqların əsas mövzularını açıqlayıb. "Ordumuz üçün döyüş meydanında yeni yardım paketləri, NATO-ya dəvət və alyansa qoşulmaq yolunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri əsas mövzulardır", - deyə o qeyd edib.
12-07-2023, 12:10
Ermənistan sabit sülh sazişinin imzalanmasında maraqlıdır - QriqoryanErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesab edir ki, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında münasibətləri intensivləşdirmək və dərinləşdirmək üçün əla fürsət var. Bu barədə ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan "Amerikanın Səsi"nə müsahibəsində bildirib. "ABŞ-ın regionda demokratiyaya marağı belə əməkdaşlıq üçün geniş meydan açır. Təhlükəsizlik, enerji və iqtisadiyyat bizim müzakirə etdiyimiz və əməkdaşlığımızı necə genişləndirə biləcəyimizi görmək üçün növbəti iki gün ərzində müzakirə edəcəyimiz gündəm bəndləridir", - o qeyd edib. Qriqoryan Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını bəyan edib. "Ermənistan sabit sülh sazişinin tezliklə imzalanması üçün imkan yaratmaqda maraqlıdır, çünki regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq", - Qriqoryan deyib.