Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
20-07-2023, 16:00
Ukrayna ABŞ istehsalı kaset sursatlardan istifadə etməyə başlayıb


Ukrayna ABŞ istehsalı kaset sursatlardan istifadə etməyə başlayıb

Ukrayna qoşunları Rusiya ordusuna qarşı ABŞ istehsalı kaset sursatlarından istifadə etməyə başlayıb.
Bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, sursat Rusiya ordusunun mövqelərini yarmaq məqsədilə cənub-şərq sektorunda tətbiq edilib.
Bildirilir ki, kaset sursatları Baxmut yaxınlığında da istifadə olunmağa başlaya bilər.
Qeyd edək ki, Ukrayna iyul ayında ABŞ-dan kaset sursatları alıb.
20-07-2023, 15:07
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışda iştirak etdi


İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışda iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Füzuli rayonunda olub.
Dövlətimizin başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq.
Yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.
Məlumat verildi ki, layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir.
Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur.



20-07-2023, 14:18
Qadın basketbolçularımız ilk dəfə Avropa çempionatında iştirak edəcək


Qadın basketbolçularımız ilk dəfə Avropa çempionatında iştirak edəcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.
Bu, Azərbaycanın qadın basketbolu tarixində ilkdir.
Yığma FİBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.
20-07-2023, 13:50
Erməni batalyonu Donetsk istiqamətində məhv edildi


Erməni batalyonu Donetsk istiqamətində məhv edildi

Erməni muzdluları tərəfindən yaradılmış “Arbat” batalyonu Donetsk istiqamətində məhv edilib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu “Arbat” batalyonuna sarsıdıcı zərbələr endirib. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama verilməsi gözlənilir.
Xatırladaq ki, “Arbat” batalyonu erməni muzdlularından təşkil olunaraq, Ukraynaya qarşı döyüşə cəlb olunub.
20-07-2023, 13:44
Rusiya nümayəndələri İstanbulu tərk etdi


Rusiya nümayəndələri İstanbulu tərk etdi

Rusiya nümayəndələri İstanbul şəhərində yerləşən taxıl sazişi üzrə Birgə Əlaqələndirmə Mərkəzini tərk edib.
Bu barədə TRT məlumat yayıb.
Bildirilir ki, saziş qüvvədən düşdüyü üçün Rusiya nümayəndə heyəti mərkəzdəki fəaliyyətini başa vurub.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.
Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
20-07-2023, 13:30
Prezident Cəlilabad rayonundakı açılışda iştirak etdi


Prezident Cəlilabad rayonundakı açılışda iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.
Dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq.
Məlumat verildi ki, hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.
Bildirildi ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək.
Dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış oldu.
Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.
Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq.
Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanacaq.
Qeyd edək ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.








20-07-2023, 13:17
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
20-07-2023, 13:04
Ermənistanla Türkiyə sərhədində tikinti işləri başa çatır


Ermənistanla Türkiyə sərhədində tikinti işləri başa çatır

Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq. Bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib.
“Hökumətin iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edilib. "Marqara"da aktiv tikinti işləri aparılır. İşlərin tezliklə başa çatacağını söyləyə bilərəm”, - Badasyan deyib.
20-07-2023, 12:53
Ermənistandakı yer adları tarixi toponimlərimizə uyğun yazılacaq


Ermənistandakı yer adları tarixi toponimlərimizə uyğun yazılacaq

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edib.
Qərara əsasən, qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır.
Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır.
Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən yuxarıda qeyd edilən tələblər tətbiq ediləcək.
20-07-2023, 12:31
Millimiz dünya reytinqində 121-ci yerdədir


Millimiz dünya reytinqində 121-ci yerdədir

Milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan millisi dünya ölkələrinin reytinq sırasında 121-ci yerdə qərarlaşıb.
Hazırda milli komandamızın hesabında 1143 xal var. Canni De Byazinin yetirmələri ötən cədvəldəki mövqeyini qoruyub. Hesabat dövründə matç keçirməyən komandamızın xal hesabı dəyişməz qalıb.
Qeyd edək ki, siyahıya 1844 xala malik Argentina başçılıq edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!