Zaxarova: “Razılaşmalar var, onları icra etmək lazımdır”“Əldə olunmuş razılaşmaları icra etmək lazımdır. Bu, elə zəmanət deməkdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, əgər razılaşma olubsa, üstəlik imzalar atılıbsa, üstəlik yüksək səviyyədə bu imzalar atılıbsa, bunu reallaşdırmaq lazımdır:
"Üçüncü tərəfləri, artıq üçüncü deyil, beşinci, onuncu tərəfləri cəlb etməklə yeni konstruksiyalar fikirləşmək lazım deyil… Razılaşmalar var, onları icra etmək lazımdır. Bu elə zəmanət deməkdir”.
Rusiya XİN sözçüsü Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyində ciddi dəyişikliyin olduğunu xatırladıb: “Ermənistan rəhbərliyinin əsas məsələ ilə bağlı mövqeyi kardinal şəkildə dəyişib".